Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə31/94
tarix08.07.2018
ölçüsü7,85 Mb.
#54270
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

55 
 
şəhəri) qəsəbələrində, həmçinin Gədəbəy mis mədənlərində (inzibati binalar) tikilmişdir. Bakıdakı polyak kostyolu 
(1909-1912-ci  illər,  memar  İosif  Kasperoviç  Ploşko),  Voronsov  (indiki  M.Əzizbəyov)  küçəsindəki  yaşayış  evi 
(1897-ci  il,  memar  İosif  Yinkenteviç  Qoslavski),  fransız  qotikası  ruhunda  tikilmiş  Murtuza  Muxtarovun  evi 
(indiki  Səadət  sarayı,  1911-1912-ci  il),  Venesiya  qotikası  üslubunda  inşa  edilmiş  "İsmailiyyə"  (indiki 
Azərbaycan MEA Rəyasət Heyətinin binası; 1908-1913-cü illər, hər iki binanın memarı İ.K.Ploşkodur) və sairə 
binalar  üslublaşdırılmış  qotikanın  maraqlı  örnəklərindəndir.  Yaşayış  evlərinin  tikintisi  ilə  yanaşı,  ictimai 
binaların inşası da xüsusi yer tuturdu. Bu baxımdan Bakıdakı indiki İncəsənət Muzeyinin (1888-1890-cı illər, 
memar Nikolay Avqustoviç fon der Nonne), Şəhər Dumasının (indiki Bakı Şəhər İcra Hakimiyyəti; 1900-1904-
cü illər, memar İ.V. Qoslavski), Dövlət Filarmoniyasının (1911-1912) binaları diqqəti cəlb edir. 
XIX əsrdə, yaşayış evləri istisna olmaqla, ən xarakterik tikililər ticarət binaları idi. Belə binalardan çox 
vaxt  həm  ticarət  müəssisəsi,  həm  də  sənətkarlıq  emalatxanası  kimi  istifadə  edilirdi.  Bakı,  Gəncə,  Şuşa  və 
Qubadakı  ticarət  dükanları  belə  tikililərin  ən  bitkin  örnəklərindəndir.  İkimərtəbəli  ticarət  binasının  maraqlı 
memarlıq  həlli  Şamaxı  memarı  Kərbəlayı  Əli  Rəcəb  oğlunun  layihəsində  (1832)  əksini  tapmışdır.  Şəkidəki 
Yuxarı və Aşağı karvansaralar planlaşdırma və memarlıq həllinə görə ən iri və klassik karvansaralardır.
 
 
XIX əsrin 2-ci yarısından hamam binaları memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə yerli və Avropa 
tiplərinə ayrılırdı ki, bunlardan da birincilər daha üstün idi. 
Bu dövrdə Azərbaycanda bir sıra xəstəxana, şəhərlərin əksəriyyətində kiçik tibb müəssisələri, Bakıda 
tədris müəssisələri üçün binalar inşa edilmişdir [Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qızlar məktəbi (hazırda 
AMEA  Əlyazmalar  İnstitutunun  yerləşdiyi  bina,  1898-1901-ci  illər,  memar  İosif  Vinkenteviç  Qoslavski), 
"Səadət"  məktəbi  (indiki  Elmi-Tədqiqat  Oftalmologiya  İnstitutu,  1911-1912-ci  illər,  memar  Zivər  bəy 
Əhmədbəyov)]. 
Azərbaycanda  ilk  teatr  binası  Şamaxıda  tikilmiş  (1858-ci  il,  memar  Qasım  bəy  Hacıbababəyov), 
sonralar isə Bakıda Tağıyev teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, 1883-cü il, memar 
P.İ.Koqnovitski) və indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı (1911-ci il, memar Nikolay Georgiyeviç 
Bayev) inşa olunmuşdur. 
XIX  əsrin  2-ci  yarısından  şəhərlərin  iqtisadi  inkişafı 
ilə  bağlı  iri  dini  binalar  inşa  edildi.  Bakıdakı  Bəy  məscidi 
(İçərişəhərdə,  1895-ci  il,  memarlar  Məhəmməd  Haşim  əl-
Bakuvi  və  Mirəli  ən-Naqi  bin  Seyyid  Hüseyn),  Qasım  bəy 
məscidi  (1896-cı  il,  memar  Məşədi  Mirzə  Qafar  İsmayılov), 
Təzəpir  məscidi  (1905-1914-ci  illər),  "İttifaq",  yaxud  Göy 
məscid  (1912-1913),  Əmircanda  Murtuza  Muxtarov  məscidi 
(1909-cu  il;  hər  üç  məscidin  memarı  Z.Əhmədbəyovdur) 
kapitalizm dövrü üçün ən xarakterik tikililərdir. 
XIX  əsrin  ortalarında  Qarabağda  özünəməxsus 
memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi 
yerli  ənənə  və  prinsiplərə  axıradək  sadiq  qalan  Kərbəlayı 
Səfixan  Qarabaği  olmuşdur.  O,  Bərdədə  İmamzadə 
kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-
1870),  Şuşada  Aşağı  məscidi  (1874-1875),  Yuxarı  məscid, 
yaxud Cümə məscidini (1883) və məhəllə məscidlərini, indiki 
Füzuli  şəhərində  Hacı  Ələkbər  məscidini  (1890),  həmin 
rayonun  Horadiz  (1891-1908)  və  Qoçəhmədli  (1906)  kənd 
məscidlərini, Odessada Tatar məscidini (1870-ci illər), Aşqabadda "Qarabağlılar" məscidini (1880-ci illər) və 
sairə tikmişdir. 
XIX  əsrin  80-ci  illərindən  Azərbaycanda  sənayenin  müxtəlif  sahələrinin  inkişafı  ilə  bağlı  sənaye 
memarlığı  formalaşmağa  başladı.  H.Z.Tağıyevin  toxuculuq  fabrikinin  tikintisi  (1898-1902-ci  illər,  memar 
İ.V.Qoslavski)  sənaye  memarlığının  inkişafında  xüsusi  yer  tutdu.  Bakı  dəmiryol  sahəsində  yolun  çəkilişi  və 
stansiyaların yerləşdirilməsi layihəsi 1881-ci ildə Peterburqda tərtib olundu. Bakı, Gəncə, Hacıqabul kimi 
mühüm  stansiyalar  üçün  həmin  yerlərin  fərdi  xarakterini  müəyyənləşdirən  müstəqil  vağzal  binalarının 
layihələri işlənib hazırlandı. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  (1918-1920)  mövcud  olduğu  qısa  zaman  kəsiyində  memarlıq 
sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Erməni-daşnak quldurları tərəfindən Bakının 1918-ci ildə 
yandırılmış möhtəşəm binaları - H. Z.Tağıyevin qızlar məktəbi, "İsmailiyyə" Cümhuriyyət dövründə şəhərin baş 
memarı  Z.Əhmədbəyovun  layihələri  əsasında  bərpa  olunmuşdu.  Erməni  quldurlarının  basqını  nəticəsində 
xarabalığa  çevrilmiş  Şamaxı  şəhərini  bərpa  etmək  üçün  Z.Əhmədbəyovun  təşəbbüsü  ilə  "Yeni  Şirvan" 
cəmiyyəti yaradılmışdı. 


56 
 
Sovet  dövrü  Azərbaycan  memarlığının  ilk  mərhələsi  Bakı  ətrafında  fəhlə  qəsəbələrinin  [Binəqədi 
(indiki  M.Ə.Rəsulzadə),  Razin  (indiki  A.Bakıxanov),  Montin  (indiki  N.Nərimanov  rayonu)]  salınması  ilə 
əlamətdardır.  1924-1927-ci  illərdə  Aleksandr  Platonoviç  İvanitskinin  rəhbərliyi  ilə  Bakının  baş  planı  işlənib 
hazırlandı. 1926-cı ildə Bakının neft rayonlarını şəhərlə əlaqələndirən elektrik dəmiryol xətti çəkildi. Bu, SSRİ-
də ilk elektrik dəmiryol xətti idi. Yol boyu inşa edilmiş tikililər kompleksi maraqlı memarlıq həlli ilə seçilirdi. 
Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası (memar N.G.Bayev) onların ən bitkin nümunələrindəndir. İlk 
yaşayış  massivlərindən  olan  Məmmədyarov  qəsəbəsinin  salınması  ümumittifaq  əhəmiyyəti  daşıyırdı.  1920-ci 
illərdə  inşaat  işlərinin  kompleks  şəkildə  görülməsi  müasir  şəhərsalma  sənəti  üçün  səciyyəvi  idi.  Sovet 
hakimiyyətinin ilk illərində əsas tikinti işlərinin Bakının fəhlə rayonlarında aparılmasına baxmayaraq, şəhərin 
özündə bir sıra binalar inşa edilir (Xəzər gəmiçiliyi işçiləri üçün indiki Neftçilər prospektində yaşayış binası, 
memar  Aleksandr  Andreyeviç  Nikitin;  Füzuli  küçəsi  ilə  Ş.Qurbanov  küçəsinin  kəsişdiyi  yerdə  "Beşmərtəbə" 
adlanan çoxseksiyalı yaşayış evi), milli memarlıq ənənələrindən istifadəyə cəhd göstərilirdi. 
Memarlığın  yeni  funksiyası  neftçilər  üçün  mədəniyyət  saraylarının  tikintisində  öz  əksini  tapdı. 
Konstruktivizm  üslubunda  tikilmiş  Neft  və  Kimya  Sənayesi  İşçiləri  Həmkarlar  İttifaqının  Mədəniyyət  Sarayı 
(indi  Xətai  adına  Mədəniyyət  Sarayı)  tanınmış  sovet  memarları  Leonid,  Viktor  və  Aleksandr  Vesnin 
qardaşlarının  ən  maraqlı  işlərindəndir.  Bakının  sovet  dövrü memarlıq  simasının  təşəkkülündə  Mətbuat  sarayı 
("Azərnəşr"in  keçmiş  binası,  memar  Semyon  Pen),  "Dinamo"  idman  cəmiyyətinin  sarayı  (memar  Konstantin 
İvanoviç Sençixin), "İnturist" mehmanxanası (memar Aleksey Viktoroviç Şusev) və başqa tikililər mühüm rol 
oynamışdır. XX  əsrin  30-cu  illərində fəal  yaradıcılıq fəaliyyətinə  başlayan  gənc  memarlar  Sadıq  Dadaşov və 
Mikayıl  Hüseynov  bir  çox  binaların  layihəsini  hazırladılar.  Bunlardan  Bayıldakı  fabrik-mətbəx  (indiki 
Ş.Ələsgərova adına doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni 
tədris  korpusu  (hər  ikisi  1932-ci  il),  İncəsənət  İşçiləri  Evi,  bir  sıra  yaşayış  binaları  kompleksi,  Qazaxdakı 
Pedaqoji Texnikumun binası (hamısı 1933-cü il) diqqəti cəlb edir. 
20-ci illərin əvvəllərində Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görüldü. 
Bu illərdə Sabir bağı ansamblı yaradıldı. 30-cu illərin əvvəllərində yeni Dənizkənarı bulvarın salınması (köhnə 
bulvarın  təbii  davamı)  Bakının  mərkəzi  hissəsinin  ümumi  memarlıq-plan  quruluşunun  yaxşılaşdırılmasına 
əhəmiyyətli təsir göstərdi. 
1934-cü  ildə  Bakıda  Sovetlər  Sarayı  layihəsi  üçün  müsabiqə  keçirildi.  Azərbaycan  SSR  Sovetlər 
Sarayının (indiki Hökumət Evi) layihəsi üçün birinci  mükafat Lev Vladimiroviç  Rudnev, Vladimir Munts və 
Konstantin  Tkaçenkoya  verildi;  bəzi  düzəlişlərlə  həmin  layihə  əsasında  indiki  bina  tikildi  (1936-1952).  Bu 
dövrdə  Bakının  memarlıq  inkişafı  1924-1927-ci  illərin  baş  planında  nəzərdə  tutulmuş  bir  sıra  iri  ictimai 
binaların tikintisinin başa çatdırılması və yaşıllaşdırılma işlərinin genişləndirilməsi ilə səciyyələnir. Baş planın 
həyata keçirilməsi sahəsində mühüm tədbirlərdən biri də indiki 28 May küçəsi ilə Bülbül prospektinin birləşdiyi 
ərazinin  yenidən  qurulması  idi.  S.Dadaşov  və  M.Hüseynovun  layihələri  ilə  həmin  ərazidə  tikilmiş  "Nizami" 
kinoteatrı  və  Azərbaycan  Respublikası  Yeyinti  Sənayesi  Nazirliyinin  keçmiş  binası  (hər  ikisi  1937-1939-cu 
illər) həcm-məkan quruluşuna və monumental tikililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S.Dadaşov və 
M.Hüseynov burada antik yunan və İntibah memarlığı üçün xarakterik olan üsul 
və  formalardan  yaradıcı  şəkildə  istifadə  etmişlər.  Hüsü  Hacıyev  küçəsi  ilə 
İstiqlaliyyət küçəsinin kəsişdiyi yerdə ucaldılmış və bu ərazinin ansamblına üzvi 
şəkildə daxil edilmiş "Monolit" adlanan bina (memar K.İ. Sençixin) 30-cu illərin 
əhəmiyyətli tikililərindəndir. 
1933-1936-cı  illərdə  Bakıda  və  respublikanın  başqa  şəhərlərində  geniş 
miqyasda  məktəb  tikintisi  işləri  aparılmışdır.  Bunlardan  S.Dadaşov  və 
M.Hüseynovun  tip  layihələri  ilə  Bakıda  və  respublikanın  başqa  şəhərlərində 
tikilən  dördmərtəbəli  məktəb  binaları  memarlıq  həllinin  ifadəliliyinə  görə 
fərqlənir. Bu layihələr üçün milli memarlıq ənənələri ilə yanaşı, klassik formaların 
tətbiqi  xarakterikdir.  1935-ci  ildə  Bakı  Şəhər  İcraiyyə  Komitəsinin  yaşayış  evi 
kimi  layihələndirilən,  sonralar  isə  Azərbaycan  KP  MK  və  Azərbaycan  SSR  Nazirlər  Soveti  üçün  yenidən 
qurulan bina (1938) ətraf mühitlə üzvi şəkildə uyuşur. 
1937  ildə  görkəmli  sovet  memarı  və  şəhərsalma  mütəxəssisi  Lev  Aleksandroviç  İlyinin  başçılığı  ilə 
Bakının baş planı yeni redaksiyada işlənib hazırlandı. Özündən əvvəlkini ümumi şəkildə təkrar edən baş planın 
yeni  redaksiyasında  Bakının  mərkəzi  hissəsinin  indiki  Azadlıq  meydanına  köçürülməsi  ilə  bağlı  müəyyən 
dəyişikliklər edildi. 30-cu illərin ortalarında Dağüstü parkın salınması (memar L.A.İlyin) Bakının Dağlıq yaylasının 
yaşıllaşdırılmasının  başlanğıcı  oldu  (1990-cı  ilin  Qanlı  Yanvar  faciəsindən  sonra  burada  Şəhidlər  Xiyabanı 
yaradılıb). Bu dövrdə Azərbaycan memarlarının yaradıcılıq axtarışları yeni memarlıq formalarını milli ənənələrə 
uyğunlaşdırmaq meyilləri ilə səciyyələnir. Bu istiqamətin inkişafında akademiklər Sadıq Dadaşov və Mikayıl 
Hüseynovun birgə fəaliyyəti aparıcı yer tuturdu. 1939-cu ildə Moskvada açılmış Ümumittifaq kənd təsərrüfatı 
sərgisindəki  Azərbaycan  SSR  pavilyonu  (SSRİ  Dövlət  mükafatı,  1941-ci  il)  bu  iki  görkəmli  memarın  birgə 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə