3
2009-cu il Az
ərbaycan Respublikasının bütün sahələrin də dinamik inkişafla
əlamətdar olmuşdur. Yaradılmış işgüzar mühit, mədəniyyət və turizm sahəsində bir
sıra böyük layih
ələrin reallaşmasını təmin etmiş, Azərbaycanın dünya ölkələri
arasında mövqeyinin daha da güclənməsi baxımından əhəmiyyətli olmuşdur.
Az
ərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi,
t
əşəbbüskarlığı, qətiyyətli qərarları ilə bir-neçə il öncə yalnız arzu olunan mütərəqqi
işlər reallığa çevrilmişdir.
Ölk
ə Prezidentinin mədəniyyət və turizm sahələrinə dair imzaladığı fərman və
s
ərəncamlar, verdiyi göstəriş və tapşırıqlar, iri miqyaslı mədəniyyət və turizm
layih
ələrinin dövlət tərəfindən yaxından dəstəklənməsi uğurlu nəticələrin əsas
bazasına çevrilmişdir.
2009-cu il
əsasən “Bakı – İslam mədəniyyətinin paytaxtıdır – 2009” beynəlxalq
layih
əsi və bu layihə çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlərlə xarakterizə
olunur. Eyni zamanda bu il m
ədəniyyət və turizm sahələrində həm yerli, həm
beyn
əlxalq səviyyəli digər layihələr həyata keçirilmiş, eyni zamanda xalqımız
t
ərəfindən mədəniyyətin inkişafına bəslənən ictimai fəallıq artmışdır.
İncəsənət,
mədəniyyət siyasəti, mədəni irsin qorunması, turizmin və beynəlxalq
m
ədəni əlaqələrin inkişafı, nəşriyyat, mədəniyyət müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməs i, kadr məsələlərinin həlli və digər məsələlərlə bağlı
qısa məlumatları təqdim edirik.
İNCƏSƏNƏT
2009-cu ild
ə İncəsənət sahəsində ölkəmizdə və onun hüdudlarından kənarda
100-
ə yaxın dövlət əhəmiyyətli tədbir keçirilmiş, Dövlət teatrlarında 87 yeni və
əsaslı bərpa olunmuş tamaşalar hazırlanmış, Azərbaycan incəsənət ustalarının
4
dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilmiş, ölkə daxilində və xaricdə
müxt
əlif təsviri tətbiqi sənət sərgiləri keçirilmişdir.
“Bakı 2009 İslam Mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər
planına əsasən 6-13 mart tarixində Muzey Mərkəzində «Qadın portretləri» adlı sərgi,
«Şərq və Qərb moda təqdimatı», habelə Azərbaycan qadın bəstəkarlarının
əsərlərindən ibarət konsert təşkil edilmişdir.
18-25 mart tarixl
ərində Heydər Əliyev Fondu və Azərbaycan Bəstəkarlar
İttifaqı ilə birgə Bakıda «Muğam aləmi» Beynəlxalq Muğam Festivalı keçirilmişdir.
Festival ç
ərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam müsabiqəsi
v
ə festival konsertləri silsiləsi təşkil olunmuş, eyni zamanda, 2009-cu ilin martında I
Respublika Muğam müsabiq
əsi keçirilmişdir. Müsabiqəyə 100 -dən artıq ərizə
verilmişdir. Respublika müsabiqəsinin qalibləri Təyyar Bayramov (I yer), Vəfa
Orucova (II yer), Bab
ək Niftəliyev (III yer), və diplomantlar - Arzu Əliyeva və
S
əbuhi İbayev ölkəmizi Beynəlxalq Muğam Müsabiqəsində təmsil etmişlər.
Beyn
əlxalq Muğam Müsabiqəsi 22-24 mart tarixlərində Azərbaycan Dövlət
Kukla Teatrında keçirilmişdir. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəki stan,
Tacikistan, Qazaxıstan, Misir, Türkiy
ə və Almaniyadan 67 iştirakçı qatılmışdır.
Festival konsertl
ərində 10 ölkədən - İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin,
Hindistan, Misir, Özb
əkistan, Azərbaycandan musiqiçilər çıxış etmişlər. Beynəlxalq
Muğam Mərkəzində keçirilmiş konsertlərdə Azərbaycan muğam ustalarının ifasında
yeddi
əsas Azərbaycan muğamı ifa olunmuşdur. Muğamları Alim Qasımov, Mənsum
İbrahimov, Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Səkinə İsmayılova,
Nuriyy
ə Hüseynova, Zabit Nəbizadə ifa etmişlər.
Festival ç
ərçivəsində F.Əmirovun, Niyazinin, A.Əlizadənin, N.Əliverdibəyovun,
C.Cahangirovun
əsərləri ifa olunmuşdur. Konsertlərdə tanınmış Braziliya dirijoru
Silvio Sergio Barbato v
ə Fəxrəddin Kərimov dirijorluq etmişlər.
Beyn
əlxalq Muğam Müsabiqəsində Qran-Pri Təyyar Bayramova (Azərbaycan),
Birinci mükafat Yıldız Turdiyevaya (Özb
əkistan), ikinci mükafat Məhəmməd
Motamediy
ə (İran), üçüncü mükafat Mustafa Səidə (Misir) verilmişdir. Tacikistan
musiqiçisi Xurşid İbrahimov «Qarabağ şik
əstəsi»ni
n
ən yaxşı ifasına görə