Mədəniyyət XX əSRİN ƏVVƏLLƏRİNDƏ



Yüklə 16,2 Kb.
səhifə2/5
tarix22.03.2024
ölçüsü16,2 Kb.
#183508
1   2   3   4   5
Təqdimat (8)

Azərbaycan demokratik ziyalıları Azərbaycan qadınlarının da savadlanması istiqamətində fəal iş görürdü. 1901-ci il oktyabrın 1-də Azərbaycan milli burjuaziyasının lideri və Azər­baycan maarifçiliyi tarixində özünəməxsus yeri olan H.Z.Tağıyev öz hesabına “Bakı rus-müsəlman qadın məktəbi” açmışdı. Bunun ardınca 1902-ci ildə Gəncədə qadın məktəbi, daha sonra Ağdamda, Qazax qəzasının Salahlı kəndində, Göyçay qəzasının Zəyəm kəndində, Şuşada, Şamaxıda və başqa yerlərdə qadın məktəbləri açıldı. Bu məktəblərdə H.Məlikova, X.Ağa­yeva, R.Hacıbəyova, S.Vəzirova, Ş.Əfəndiyeva, A.Sul­tanova kimi ziyalı Azər­baycan qadınları müəllimlik edirdilər.

  • Azərbaycan demokratik ziyalıları Azərbaycan qadınlarının da savadlanması istiqamətində fəal iş görürdü. 1901-ci il oktyabrın 1-də Azərbaycan milli burjuaziyasının lideri və Azər­baycan maarifçiliyi tarixində özünəməxsus yeri olan H.Z.Tağıyev öz hesabına “Bakı rus-müsəlman qadın məktəbi” açmışdı. Bunun ardınca 1902-ci ildə Gəncədə qadın məktəbi, daha sonra Ağdamda, Qazax qəzasının Salahlı kəndində, Göyçay qəzasının Zəyəm kəndində, Şuşada, Şamaxıda və başqa yerlərdə qadın məktəbləri açıldı. Bu məktəblərdə H.Məlikova, X.Ağa­yeva, R.Hacıbəyova, S.Vəzirova, Ş.Əfəndiyeva, A.Sul­tanova kimi ziyalı Azər­baycan qadınları müəllimlik edirdilər.

Əsrin əvvəllərində Bakı və sair şəhərlərdə yaşlıların da təhsil alması üçün əsasən bazar günü fəaliyyət göstərdikləri üçün “Bazar günü məktəbləri” adlanan müəssisələr də fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycan mədəniyyət xadimlərinin qarşısında duran ən mühüm vəzifələrdən biri də tədris-metodik vəsaitlər hazırlayıb nəşr etdirmək idi. Bu işdə R.Əfəndiyev, S.S.Axundov, F.Ağazadə, A.Şaiq, M.Mah­mudbəyov, A.Səhhət, Ə.Əfən­di­yev, Q.N.Nəriman­bəyov, Q.Qəmərlinski, Ü.Hacıbəyov, F.Köçərli kimi Azərbaycan ziyalı­larının böyuk rolu olmuşdu. A.Şaiqin rəhbərliyi altında “Uşaq çeşməyi”, “Gülzar” kimi dərsliklər, A.Mahmudbəyovun redaktorluğu ilə “İkinci il”, “Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası”, M.Şahtaxtinskinin “Şərq əlifbasının fonetikası” adlı dərsliklər yazılmışdı

  • Əsrin əvvəllərində Bakı və sair şəhərlərdə yaşlıların da təhsil alması üçün əsasən bazar günü fəaliyyət göstərdikləri üçün “Bazar günü məktəbləri” adlanan müəssisələr də fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycan mədəniyyət xadimlərinin qarşısında duran ən mühüm vəzifələrdən biri də tədris-metodik vəsaitlər hazırlayıb nəşr etdirmək idi. Bu işdə R.Əfəndiyev, S.S.Axundov, F.Ağazadə, A.Şaiq, M.Mah­mudbəyov, A.Səhhət, Ə.Əfən­di­yev, Q.N.Nəriman­bəyov, Q.Qəmərlinski, Ü.Hacıbəyov, F.Köçərli kimi Azərbaycan ziyalı­larının böyuk rolu olmuşdu. A.Şaiqin rəhbərliyi altında “Uşaq çeşməyi”, “Gülzar” kimi dərsliklər, A.Mahmudbəyovun redaktorluğu ilə “İkinci il”, “Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası”, M.Şahtaxtinskinin “Şərq əlifbasının fonetikası” adlı dərsliklər yazılmışdı

Yüklə 16,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə