60
müxtəlifdir. Bunlar yerinə görə, mühitinə görə və mövzusuna görə mühacirət
suyunu bulandırmaq, nüfuz sahibi siyasiləri mənən ləkələməkdən baĢlayaraq,
cismən meydandan qaldırmağa qədər türlü Ģəkillər olaraq dəyiĢir.
YaĢadığımız mühacirət həyatının çəkilməz Ģərtləri içərisində çox kərə
obyektiv vəziyyəti ihmal (unudaraq) edərək subyektiv amillərin təsirilə hərəkət
edən vətəndaĢ, çox kərə zahirdə haqq görünən sözlər arxasında gizli qəsdlər
saxlandığının fərqində olmur, öz arzuları xaricində, bir də baxırsan ki, QPU-nun
kim bilir neçənci əldən atdığı bir tuzağa düĢmüĢ olur.
YaĢadığımız dövrün, keçirdiyimiz mühacirlik həyatının müĢkülatı sadə,
maddi məhrumiyyətlərlə dolu əngəllərdən ibarət deyildir. Ən böyük müĢkülat
bütün dünyanın da tutulduğu mənəvi böhran və bilxassə siyasi ideyalar sahəsindəki
anarxiyadadır.
Cahan heç bir zaman bəlkə bu gün olduğu qədər bir ideya böhranı içində
olmamıĢdır. Müstəqil məmləkətlərində, öz evlərində yaĢayan firqə və zümrələri
belə, əsasından sarsaraq, saç-baĢ buraxan bu böhranın bizim kimi vətənsizlər
üzərində yapacağı təsir bəllidir.
DüĢmən, özünə məxsus sinsi (gizli) bir hərəkətlə səflərimiz arasına girərək,
Ģübhə yoxdur ki, ən böyük strategiyasını özəlliklə bu fikir anarxiyası üzərinə qurur.
Buna diqqət edək, «hər gələn xoĢ avazın quran olduğunu» düĢünəcək qədər sadədil
olmayaq!...
Gürcülər, ermənilər və digər milli mühacirlər arasındakı pozğunçu
fəaliyyətinin bir nümunəsinə Ģahid olduğumuz düĢmənin bizim aramızda
çalıĢmadığını düĢünürsək əlbəttə ki, yanılarıq.
Belə bir yanlıĢlığa meydan verməmək üçün daim diqqətli davranaq və hər
zaman düĢmən intirqası ilə QPU fitnəsinə hədəf olduğumuzu gözdən iraq
tutmayaq. DüĢmənin bizi daima demoralizə və dezorqanizə etmək üzrə olduğunu
bir an üçün olsun unutmayaq.
Hə, QPU iĢləyir, buna diqqət edək: onun iĢini qısır buraxdırmaq bizə
borcdur.
Bu borcumuzu müvəffəqiyyətlə icra etmək üçün: Ģübhəli sözlər, Ģübhəli
iĢlər və Ģübhəli adamlardan saxlanmaq, istiqlal idealının ötədən bəri tanınmıĢ
kadrosu ətrafında birləĢərək bu cidalın sınanmıĢ taktikasından qətiyyən
ayrılmamaq lazım.
Ġman və dissiplin - budur, QPU iĢini qısır buraxacaq Ģüar...
“Ġstiqlal”, 1 iyul 1933, Berlin.
ĠYUL HADĠSƏSĠ MÜNASĠBƏTĠLƏ
«Pravda» qəzetinin Ġzmir mühakiməsi münasibətilə yazdığı yazıların
Türkiyə mətbuatında doğurduğu inikaslar bir hadisə Ģəklini aldı.
61
Sovet hökumətinin bolĢevik firqəsi diktatorluğuna verilmiĢ hüquqi bir
isimdən ibarət olduğunu bilməyən yoxdur; «Pravda» isə bolĢevik firqəsi mərkəz
heyətinin fikirlərini nəĢr edən rəsmi bir qəzetdir. Belə rəsmi bir qəzetin Türkiyənin
daxili iĢlərinə bu qədər açıqdan müdaxiləsi və Türkiyə kommunistlərini bu qədər
əlaqə və hərarətlə müdafiəsi, baĢda «Milliyyət» qəzeti olmaq üzrə, Türkiyə
mətbuatının çox haqlı olaraq müqabiləsini cəlb etdi.
Gündəlik mətbuat moskvalı qəzetin «hədyanlarmdan» bəhs edərkən,
«düĢmən ağzından çox dinlədikləri sözlərin eynini dost bildikləri ağızlardan da
eĢitdiklərini qəribə» bulur.
Onlarca qəribə görülən bu «hədyan» bizə görə heç də qəribə deyildir.
Cümhuriyyət Türkiyəsilə Sovet Rusiyası siyasətcə dost ola bilirlər, mənfəətləri bir
qaldıqca bu dostluq da varlığını mühafizə edə bilir. Fəqət, unudulmamalıdır ki,
Türkiyə Cümhuriyyətilə Sovetlərin siyasi mənfəətləri bir zaman üçün bir olsa da,
bu iki təĢəkkülü (quruluĢu) canlandıran əsil əsaslar arasında dərin bir müxalifət
vardır. Milliyyətçiliklə kommunizmin yekdigərinə dost bir qüvvə olduğunu kim
iddia edə bilir?...
BolĢevizm məlum olduğu kimi, burjua sisteminin düĢmənidir. Milliyyətçilik
isə onun görüĢündə burjua sinfinin məfkurəsidir. Onun bütün dünyaya yaymaq
istədiyi inqilabın yıxacağı qüvvə bir milliyyət qüvvəsidir. Doğrudur, kapitalizmə,
burjua aləminə bir küll olaraq hərb elan etmiĢ olan bu qızıl qüvvə daha yeni
toparlanmaqda olan Ģərq milliyyətçiliyilə ora milliyyətçiliyi arasında fərq qoyur,
birincinin ikinciyə qarĢı almıĢ olduğu vəziyyətə görə, onu özünə müəyyən bir
zaman üçün yol yoldaĢı görür. Fəqət, ancaq müəyyən bir zaman üçün.
Bu zaman hankıdır, nə zamana qədər milliyyətçi ġərq, kommunist
Rusiyanın dostudur?...
Buxarinin bu xüsusdakı klassik tərifi H. Sübhi bəyin bu nüsxəmizdə nəqlən
dərc olunan məqaləsində qeyd olunmuĢdur.
*
Uzaq Ģərqdən tutaraq, Yaxın Ģərqə qədər bütün təcrübələrilə sabit olduğu
kimi, Sovet hökumətinin müəyyən bir Ģərq məmləkəti və milliyyət hərəkatı ilə
münasibəti o, məmləkətdəki kommunist hərəkatının vəziyyəti və o məmləkət
hökumətinin beynəlmiləl Moskva siyasətinə qarĢı «sədaqəti»nə bağlıdır.
Onunla dostluqda bulunan bir ġərq məmləkəti Avropa dövlətlərilə
əlaqəsində çox istiqlal göstərdimi Moskva o istiqlalı mütləq Ģübhə gözü ilə görəcək
və buna qarĢı dərhal tədbirlər alacaqdır. Bu tədbirlər isə o məmləkət
kommunistlərinin Üçüncü Ġnternasionalın bir iĢarəsilə qiyama hazır olmasıdır və
bunun üçündür ki, «öz daxilində kommunistləri təqib edən milli bir Ģərq
hökumətinin Avropa kapitalistlərindən heç də fərqi yoxdur».
*
Daha çox məlumat üçün müraciət olunan «Milliyyət və bolĢevizm». M.Ə. Rəsulzadə, Ġstanbul, 1928.
Dostları ilə paylaş: |