Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

38 
 
təcrübə  edərik.  Ġndilik  isə  qısa  da  olsa,  bu  məqalə  ilə  mövzuya  girən  yuxarıdakı 
məsələlərə cavab vermək istəyirik. 
Milli dava və sosial  məsələ.  Bu iki anlamı bir-birindən ayırmaq qəbul olsa 
idi,  yuxarıdakı  ilk  suala  mənfi  cavab  verir,  «milli  hərkat  adamlarına  sosial 
məsələlərlə məĢğul olmaq caiz deyildir!» - deyərdik. Halbuki həqiqət belə deyildir: 
bir kərə «milləti»in özü ictimai, yəni sosial bir anlamdır. Milli dava da,  əhatəli və 
ötkün bir baxıĢla sosial bir davadır. 
Bir millət nə zaman müstəqil olur və bu istiqlalı nə üçün istəyir? Bu suallara 
cavab  aradığımız  zaman  milli  istiqlal  davası  ilə  sosial  məsələlər  arasında  ayrılıq 
deyil, dərin bir bağlılıq olduğunu görürük. 
Bir  millətin  dıĢarıya  qarĢı  həqiqi  istiqlalı  içəridəki  milli  hakimiyyətinin 
həqiqiliyilə  mütənasibdir.  Dövlətlər  arasında  «milli  istiqlal»  anlamının  bir  dövlət 
içindəki qarĢılığı «milli hakimiyyət» sözündəki mənadır. 
Azlığın 
çoxluq 
üzərindəki 
zülmünə, 
qolçomaqların 
əməkçiləri 
zorlamalarına,  qüvvəlilərin  zəifləri  qullanmalarına,  çalıĢdıranların  çalıĢanları 
əzdiklərinə təhəmmül (dözən) edən cəmiyyətlərdə milli hakimiyyətin kökləĢdiyinə 
qane  olmaq  qeyri  mümkündür.  Ġctimai  bünyəsi  (özülü)  o  və  ya  bu  Ģəkildə  həll 
edilməmiĢ  sosial  məsələlər  üzündən,  bir-birinə  zidd  mənfəətlər  daĢıyan  düĢmən 
zümrə  və  siniflərin  amansız  çəkiĢmələrilə  didilən  bir  cəmiyyətin  nə  içəridə  milli 
hakimiyyəti, nə də dıĢarıda milli istiqlalı qətiyyən təmin edilə bilməz. 
DıĢarıdan  gələn  bir  təhlükəni  bütün  millətin  eyni  həvəs,  həyəcan  və 
fədakarlıqla qarĢılaya bilməsi üçün o milləti təĢkil edən siniflərin o təhlükəni eyni 
dərəcədə  hiss  etmələri  lazımdır.  Və  yaxud  baĢdan  atılması  istənilən  bir  istilaya 
qarĢı  bütün  bir  millətin  ayağa  qalxması  üçün  ayaqlandırılacaq  bu  millət  kütləsini 
təĢkil  edən  sosial  təbəqələrin  ümumi  zəfərdən  edinəcəkləri  maddi-mənəvi  bütün 
mənfəətlər əvvəlcədən bilinməlidir. 
Hürriyyət,  milliyyət  və  istiqlal  kimi  mücərrəd  siyasi  Ģüarlar  münəvvər 
kütləyə  xitab  edən  və  onları  inqilabiləĢdirən  anlamlardır.  GeniĢ  xalq  təbəqələrini 
ayaqlandırmaq üçün sadə, Ģüarlar kafi deyildir. Onlar hərəkətə keçmək üçün daha 
maddi  və  sarih  (aydın)  Ģüarlar  istər.  Sosial  Ģüarların  xalq  kütlələrini 
ayaqlandırmaqda  siyasi  Ģüarlardan  daha  mühüm  bir  rol  oynadığı  hərb  sonu 
hadisələrində bilxassə görülmüĢdür. 
Kütlənin  sadə,  sosial  Ģüarlar  və  ancaq  maddi  mənfəətlər  saiki  (səbəb)  ilə 
hərəkətə  gətirilərək  inqilabiləĢdirə  biləcəyini  çox  hesaba  alan  inqilabçı  marksizm 
taktikasına  əsas  olaraq,  sinif  mücadiləsini  və  internasional  sosializmi  almıĢdır. 
Eyni  məktəbin  məhsulu  və  məmləkətimizin  bugünkü  müstəvlisi  iĢğalçısı  olan 
bolĢevizm  dəxi  -  məlum  olduğu  üzrə  -  eyni  məktəbin  Ģagirdi  və  eyni  taktikanın 
sahibidir. Onunca əsas, siniflər və onlar arasındakı mücadilədir. Bu isə milli deyil, 
beynəlmiləl bir iĢdir. «Millətlər isə - onun gözündə - tarixin keçici və epizodik bir 
hadisə  və  müəssisələridir.  BəĢəriyyətin  atlatdığı  gerilik  mərhələlərindən  milliyyət 
bəlkə  də  həzmi  çox  uzun  sürəcək  birisidir».  Bunun  üçün  də  bu  məsələ,  yəni 


39 
 
milliyyət  məsələsi,  bolĢeviklər  üçün  ikinci  dərəcədə,  sosial  məsələyə  -  sinif 
mücadiləsi mənfəətlərinə tabe bir məsələdir [Stalinin formulu]. 
Həyat  və  təcrübə  bu  baxıĢın  getdikcə  daha  ziyadə  ruslaĢan  bolĢevizmin 
yalnız  iĢinə  gəldiyini,  yəni  Rusiya  çarlığı  daxilindəki  məhkum  millətləri  təkrar 
Moskva  hakimiyyəti  altına  almaqdakı  qızıl  imperializmin  hiyləsinə  yaradığını 
göstərdisə də, bunun xaricində ümümi cahan ölçüsündə tamamilə əks bir qaziyəni 
isbat  etdi:  sosial  məsələlərin  milli  mənfəət  namına  və  milli  dövlət  çərçivəsində 
həlli padaq misallarla görülmüĢ oldu! 
Budur Ġtaliya, budur Almaniya!... 
Mussolininin internasional sosializm və sinif qovğası nəzəriyyəsinə verilmiĢ 
inqilabçı  italyan sosialistləri içindən gəldiyi  məlumdur. Bunun kimi Hitlerin təsis 
və idarə etdiyi partiyanın rəsmi adı «Milli Sosialist Alman Fəhlə Partiyası»dır. 
Burjua  rejiminin  məhsulu  tələqqi  etdiyi  milli  hüdud  və  dövlətlər  daxilində 
ediləcək  sosial  islahat  təcrübələrindən  radikal  fayda  ummayan  marksizm,  cahan 
hərbi  sonunda  Rusiyada  partlayan  kommunizm  ixtilalı  (inqilabı)  növündən 
beynəlmiləl  inqilablar  nəticəsində  «internasional  sosializmin»  bütün  dünyaya 
yoluxacağını gözləmiĢdi. Halbuki nəticə əksinə çıxdı: sosial inqilablar bir millət və 
dövlət  hüdudu  içində  vaqe  oldular.  Hətta  Rusiya  inqilabçıları  belə  -  Stalinin 
Ģəxsində  -  «bir  dövlət  içində  sosializm  nəzəriyyəsini  tərvic  (dəstəkləmək)» 
zərurətində qaldılar. 
Milliyyət  məsələsinin  tali  (ikinci)  deyil,  ali,  tabe  deyil,  mətbu  bir  məsələ 
olduğu - Ġtaliya və Almaniya kimi klassik iki misal ilə qafaya danq edər bir surətdə 
isbat edildi. 
Ġtaliyada  Mussolininin,  Almaniyada  Hitlerin  bolĢevizm  və  marksizm 
demaqogiyasına qapılmıĢ fəhlə və kasıb siniflərinə xitab edən sosial proqramları və 
iĢə gəldikdən sonra bu proqramların həmən müəyyən bir plan və sistem daxilində 
tətbiqi  xüsusunda  göstərdikləri  əzm  və  iradələri  olmasa  idi,  nə  ötəkisinin  yeni 
Roma  yaradacaq  qədər  iqtidarı,  nə  də  bərikisinin  Almaniyaya  milli  heysiyyət 
(duyğu) və istiqlalını qaytaracaq qədər müvəffəqiyyəti olurdu. 
Münəvvərlərin  milli  heysiyyət,  milli  qürur  və  vətənçilik  xislətinə  xitab  ilə 
bərabər,  geniĢ  xalq  kütlələrinin  eyni  hissiyyatla  bərabər  həyati  mənfəət  və 
ehtiyaclarına da cavab verə bilmələridir ki, bu iki hərəkat qeyd etdiyimiz bu parlaq 
nəticəni əldə etmiĢlər. 
Məsələ sadə, zamanımızın  Avropa səhnəsində cərəyan edən bu iki  mühüm 
hadisə ilə dəlilləndirilə bilməz. Əski - yeni milli bütün hərəkatlar diqqətlicə tədqiq 
olunursa, milli davaların sosial məsələlərlə sıx surətdə əlaqədar olduqları meydana 
çıxar.  Amerika  istiqlalı  oradakı  köylülərin  Ġngiltərəyə  qarĢı  öz  məhsullarını 
sərbəstcə  sata  bilmək  haqqını  qazanmaq  üçün  baĢlanan  mücadilənin  məhsuludur. 
VaĢinqton  bir  istiqlal  qəhrəmanı  olduğu  qədər,  bir  köylü  üsyanının  da  Ģefidir. 
Monreonun  «Amerika  amerikalılar  üçündür!...»  deyə  meydana  atdığı  Ģüar  dəxi 
milliyyət davası ilə sosial Ģüarların bir-birinə bağlı Ģeylər olduğunu ifadə edir. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə