Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

55 
 
Bizcə,  ehtimal  olunan  hər  hankı  bir  beynəlmiləl  toqquĢmada  milli 
mənfəətlərin  zəruri  müdafiəsi  üçün  diplomatik  bir  kombinasiya  olmaq  üzrə, 
Sovetlərlə anlaĢmaq taktikası ağlabatan görünməməklə bərabər, anlaĢılırsa da, sırf 
hürriyyət  prinsiplərinin  himayəsi  üçün  Moskva  diktatorlarına  güvənmək  qətiyyən 
anlaĢılmaz! 
Sosializmin  əski  nəzəriyyəçilərindən  Kautski  haqlıdır.  Demokratiya  ilə 
diktatorluğun bir arada itilafı mümkün deyildir. Bu diktatorluğun mövzusu nə olsa 
da, qəza eynidir. 
Ümumi cahan sülhünün olduğu kimi, ümumi cahan demokratiyasının da ən 
böyük düĢməni yenə Moskvadadır. 
Ġkinci  Ġnternasionalın  baĢ  katibi  Adler  ilə  etdiyi  münaqiĢədə  Kautski 
Üçüncü Ġnternasional ilə birləĢmək təklifini kökündən rədd edərək deyir ki: 
«Fəhlələrin  vəhdətini  iĢğal  edən  düĢmən  Moskvada  oturur.  Moskva  ilə 
sosialist fəhlələr arasındakı təzad, təsadüfi deyildir, o, diktatorluq sistemilə sosialist 
fəhləsinin  əsasən  qəbul  etmiĢ  olduğu  demokratiya  sistemləri  arasındakı  təbiəti 
əĢyadan  doğan  normal  bir  nəticədir.  Bütün  cahan  fəhləsi  cəbhəsinin  yenidən 
birləĢməsi  ancaq  Rusiyaya  bəla  olan  diktatorluğun  süqutu  ilə  mümkündür. 
Kommunist  diktatorluğunun  Rusiyada  devrilməsi  deyil,  bütün  cahan  fəhlə 
hürriyyət  hərəkatına  zərər  verən  Ģey,  əksinə  bu  diktatorluğım  orada  davam  edib 
durmasıdır». 
Bəli,  bu  bir  həqiqətdir.  Həqiqətdir  ki,  Rusiyadakı  diktatorluğun  maddi  və 
mənəvi  təsirilə  hər  tərəfdə  sinif  diktatorluğu  təĢəbbüsündə  olan  kommunizm 
cərəyanları məlum səbəblərlə böhranlar içərisində olan milləllərdə - istər-istəməz -
diktatorluq ideologiyasını daĢıyan  müqabil qüvvələrin doğulmasına  səbəb olur  və 
bu surətlə, bilxassə  hərbdən  məğlub çıxan  millətlərdə özlərini qorumaq  əndiĢəsilə 
milli  diktatorluq  cərəyanları  qüvvətlənir.  Bu  «nəticə  diktatorluğa»  qarĢı  mücadilə 
etmək  üzrə,  о  «səbəb  diktatorluğu»  qüvvətləndirmək  qədər  çaĢqın  bir  hərəkət 
təsəvvür oluna bilməz. 
Əgər  milli  davalarını  fəlakətlərinin  səbəbi  olaraq  gördükləri  demokratiya 
sistemli  dövlətlərə  qarĢı  müdafiə  etmək  zərurətilə  demokratiyanı  inkar  vadisinə 
sapmaqda  olan  alman  kimi  millətlər  üçün  psixoloji  bir  izan  (anlayıĢ)  varsa,  qızıl 
rusluğa  və  diktatorluq  sisteminə  qarĢı  mücadilə  edən  bizim  kimi  millətlərə 
demokratiya ideologiyasına sarılmaq qədər təbii bir Ģey ola bilməz. 
Milli istiqlal qayəsini  və  milli  mənlik  fikrini Ģiddətli  mənimsəyən  faĢizmlə 
istiqlal və milli mənlik naminə vuruĢan millətlər üçün sözün beynəlmiləl mənası ilə 
zəmin və zamana görə bir anlaĢma imkanı qeyri  varid deyildir, fəqət milli istiqlal 
davası  ilə  hürriyyət  və  demokratiya  sistemi  arasında  sıx  bağlılıq  duyan  Rusiya 
əleyhdarı  milli  istiqlal  hərəkatları  üçün  sosialist  ideologiyasını  daĢısalar  belə, 
Moskva  diktatorluğu  ilə  birləĢənlərə  qarĢı  hüsnü  rəğbətlə  baxmaq  imkanı  heç  bir 
vəchlə varid ola bilməz! 


56 
 
Hə, Rusiya imperializminin hər hankı rəngdə olursa olsun bulunduğu cəbhə 
heç  bir  zaman  Rusiya  əsarətindəki  millətlərin  olduğu  birləĢmiĢ  bir  cəbhə  ola 
bilməz! 
Cahanın xətərli və əndiĢəli günlər içərisində olduğunu biz də təqdir edirik. 
Dünyanın çıxacaq yeni hərb təhlükəsi qarĢısında duyduğu iztirabı Ģübhəsiz biz də 
duyuruq;  fəqət,  rus  istilası  ilə  kommunizm  diktatorluğunun  nə  olduğunu  Ģəxsən 
üzərimizdə  edilən  qanlı  və  vəhĢətli  təcrübələr  nəticəsində  çox  böyük  acılarla 
duyduğumuzdan,  nə  sülhün,  nə  də  hürriyyətin  Rusiya  qüvvəti  və  kommunizmlə 
itilaf  (uzlaĢma)  surətilə  müdafiə  edilməyəcəyini  dəxi  iki  dəfə  iki  dörd  edər  kimi, 
mühəqqəq (qəti) bilirik. 
Onun üçündür ki, yolumuz aydın və taktikamız aĢkardır. 
Demokratiya - ideologiyamız, Sovetlərsə - düĢmənimizdir. 
 
“Ġstiqlal”, 20 mart 1933, Berlin. 


57 
 
 
ORTAQLI BĠR GÜN 
 
«Azərbaycan istiqlalçılığının kökü Azərbaycan türkünün rus çarizminə qarĢı 
davam  etdirdiyi  milli  kültür  uğrundakı  mücadilədir».  Bu  mücadiləni  o,  yalnız 
baĢına  deyil,  onunla  eyni  bəlaya  mübtəla  olan  digər  türk  ellərilə  bərabər  olaraq 
davam etdirirdi. 1905-ci ildə  Nicnidə intiqal (keçirilən) edən  «Müsəlman Ġttifaqı» 
konqresində  Azərbaycan  təmsilçiləri  fəal  surətdə  iĢtirak  eləmiĢ;  1917-ci  ildə 
Moskva konqresində  dəxi azərbaycanlıların çox  mühüm rolları olmuĢdu.  Çarizmə 
qarĢı  mücadilələrində  Azərbaycan  türkləri  Krım,  Kazan  və  Türküstan  türklərilə 
ortaq  çalıĢmıĢlar.  Milli  mədəniyyət  xüsusatının  rus  təcavüzündən  mühafizəsinə 
yönəlmiĢ  mücadilədə  Rusiya  müsəlmanları birlikdə  hərəkət eləmiĢ, kar  və  ziyana 
daima Ģərik olmuĢlar». 
«28 may 1918-ci ildə elan olunan Azərbaycan istiqlalı, 1917-ci ilin mayında 
Moskvada  münakid  «Ümumrusiya  müsəlmanları qurultayı»nda elan olunan milli-
məhəlli muxtariyyət prinsipinin təkamülündən baĢqa bir Ģey deyildi». 
«Azərbaycan  istiqlalçılığı  Rusiya  əsarətindəki  türk  elləri  istiqlalçılığının 
piĢdarı (öncülü) idi. Bu etibarla 28 may yalnız Azərbaycan istiqlalçıları nəzərində 
deyil, Rusiya  əsarətinə qarĢı  qiyam edən bütün türk elləri  nəzərində də  möhtərəm 
bir cidal (dava) günüdür». 
28  may  1926-cı  ildə  çıxan  «Yeni  Qafqaz»  məcmuəsinin  baĢ  məqaləsindən 
aldığımız  bu  sətirlərlə  bizə  məxsus  dərc  olunan  «QardaĢ  səsləri»  nə  qədər 
ahəgdardır. 
Türküstan  milli  hərəkatının  möhtərəm  təmsilçisincə:  «28  may  Rusiya 
əsarətindəki bütün türklər üçün ümumi bayram olmalıdır». 
«Edil-Ural  Ġstiqlal  Komitəsi»nin  rəisi  isə,  28  mayı  «yalnız  azərbaycanlılar 
üçün deyil, Rusiya əsarətindəki bütün türk elləri üçün» yeni bir dövrün baĢlanğıcı 
olaraq alır və onu Rusiya əsarətindəki bütün türk ellərincə sayğılı  «böyük bayram» 
olaraq tələqqi (anlayır) edir. 
«Yeni  Qafqaz»  Azərbaycan  istiqlalçılığının  kökünü  milli  kültür  uğrundakı 
mücadilədə bulurdu. Ayaz Ġshaki bəy də milli kültür əsəri «Tərcüman» bayramı ilə 
milli  siyasət  əsəri  «28  may»  arasında  sıx  bir  əlaqə  görür.  «Tərcüman»ın  kültür 
sahəsində  etdiyi  iĢi  «28  may»  siyasət  sahəsində  etmiĢdir.  «Tərcüman»  Rusiya 
əsarətindəki  türkləri  «millət»  halına  qoymaq  istəmiĢ,  «28  may»  isə  bu  məqsədin 
ancaq dövlət olmaqla hasil olacağını elan etmiĢdir. 
Bu tərif doğrudur. «Tərcüman»la «28 may» arasında rabitə dərindir. Rusiya 
türkləri  arasındakı  siyasi  fikir  cərəyanları  tədqiq  olunursa  görülür  ki. 
azərbaycanlıları  28  mayda  öz  istiqlalını  elana  sövq  edən  siyasi  cərəyan  sadə. 
Azərbaycanı  deyil,  bütün  türk  ellərinin  dəxi  bu  nəticəyə  gəlmlərini  düĢünürdü. 
1917-ci  ilin  mayında  toplanan  «Ümumrusiya  müsəlmanları  quru  tayı»nda  yeni 
Rusiyanın milli-məhəlli muxtariyyət əsası üzərinə müstənid (dayanan) qoĢma xalq 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə