Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

51 
 
ƏSKĠ NƏQARAT 
(Bütün və parçalanmaz Rusiya) 
 
Milyukovçular  hay-haray  qopardılar.  «Posledniye  Novosti»  qəzeti  «Bütün 
və  parçalanmaz  Rusiya»  əleyhinə  yeni  bir  sıra  «sui-qəsdlər»dən  bəhslə  «iftira  və 
iftiraçılar»  haqqında  yeni  bir  qələm  səfəri  açdı.  Bu  qəzet,  indi,  son  zamanlarda 
daha  ziyadə  qüvvətlənən  kazak  və  Ukrayna  istiqlalçılarından  tutaraq  «Promete» 
cəbhəsindəki bütün milli hərəkatlara aid həyəcanlı məqalələr yazır 
Mürtəce çar imperializminin bu liberal varisi bu dəfəki yazısına adəta əskəri 
bir  Ģəkil  vermiĢ  və  iĢə  məĢhur  «Bütün  və  parçalanmaz  Rusiya»  Ģüarının  məĢhur 
qəhrəmanı  general  Denikinin  sonu  saldatca  təhdidlə  bitən  bir  məqaləsilə 
baĢlamıĢdır. 
Sadə  rusdan  olmayan  millətləri  deyil,  özündən  ad  etdiyi  cəmiyyətlərin  də 
Rusiyadan ayrılmaq üzrə olduğunu görən generalın özünü anlarız - dərdi böyükdür. 
Rus  birliyini  gözətməklə  mükəlləf  siyasi  zümrələrdə  dəxi,  o,  -  rusluq  namına  - 
faciəli bir zaf (hücum) görür. Sağ cinahdakı rus nasionalistləri «hər hankı vasitə ilə 
olursa  olsun  bolĢevizmdən  xilas»  -  deyə,  Rusiyanı  parçalamağa  mütəvəccih 
(çalıĢan) əcnəbi intriqalarını xoĢ görür; «Ukrayna oyunu» ilə oynayırlarmıĢ. 
General  Denikin  bu  məqaləsinə  özü  biçimindəki  rus  ricalı  (baĢçıları)  üçün 
xarakterik bir ünvan vermiĢdir. 
«Civar vilayət məsələsi». 
Hə,  «parçalanmaz  Rusiya»  Ģüarının  bu  silahlı  müdafiəçisincə  Rusiyada 
milliyətlər yox, sadə civar vilayətlər məsələsi vardır. 
Rus  inqilabının  ilk  sənələrində  çar  ordusu  enkazından  (qalıqlarından)  bir 
qismini  bəyaz  (ağ)  ordu  adı  ilə  yenidən  təĢkil  edərək,  qızıl  Moskva  üzərinə  sövq 
edən Denikin eyni zamanda «Cənub hökuməti»nin də rəisi idi. 
Bu  hökumət  dəxi,  eynilə  rəisi  kimi,  milliyyət  məsələsini  anlamamıĢ,  o 
zamankı federasiya Ģüarını ta kökündən rədd etmiĢdi. 
Bəyaz  rusların  o  zaman  özlərinə  məxsus  kor  bir  inadla  rədd  etdikləri  bu 
Ģüarı  düĢmənlər  qızıllar  çox  məharətlə  qullandılar.  Millətlərdən  bir  çoxunu  o 
zaman  federasiya  rabitəsi  təmin  edirdi.  BolĢeviklər  daha  irəli  getdilər: 
«federasiyamı?  -  istərsiniz  ayrılın  belə!»  -  dedilər  və  qazandılar.  Hadisələri  görə 
bilməyər  kor  vəhdətçilik  istər-istəməz  -  qeyb  etdi.  Mövqeyini  daha  kurnaz 
(gözüaçıq) tabiyəçilərə (strateqlərə) qapdırdı. 
O  zamandan  indi  on  beĢ  ildir  keçir.  Sabiq  Rusiya  imperatorluğuna  daxil 
olan  millətlərdən  bir  qismi  tamamilə  ayrılmıĢ,  istiqlallarını  edinmiĢ.  «Millətlər 
Cəmiyyəti»nə  girmiĢ,  beynəlmiləl  bir  həyatla  fəxr  və  mürəffih  (xoĢbəxt)  olaraq 
yaĢayırlar.  BolĢevik  Rusiya  əsarətində  qalanları  dəxi.  mənən  və  feilən  (gerçək) 
deyilsə də, ismən və rəsmən bir hökumət halına gəlmiĢ, iç etibarı ilə boĢ olsalar da, 
milli  bir  zərfə  (quruluĢa,  hakimiyyətə)  malikdirlər.  Eyni  zamanda  da  bu 
cümhuriyyətlərə mənsub milli qüvvələr gizli surətdə daxildə, açıq surətdə xaricdə, 


52 
 
öz  istiqlallarını  tamamilə  ələdə  etmək  üzrə  çox  böyük  bir  ümid  və  həyəcanla 
çalıĢır,  çarpıĢır  və  sovet  rejiminə  qarĢı  «imperatorluğun  əsil  kütləsini  təĢkil  edən 
velikoruslardan daha ziyadə bir cəladət (igidlik) və rəĢadətlə yürüyüb gedir, istiqlal 
uğrunda qan axıdaraq böyük bir hərəkatı təmsil edirlər. 
Nəticədə  hər  zaman  ancaq  süncü  və  zor  qüvvəsilə  duran  rus 
imperatorluğunun  bolĢevik  rejiminin  süqutu  üzərinə  bır  daha  qurula  bilməyəcəyi 
fikri  zeyinlərə  yerləĢir;  rusların  etnoqrafiya  etibarı  ilə  özlərindən  saydıqları 
Ukrayna  ünsürü içində dünən ruslarla bərabər gedən ömürlərdə belə, ayrılmaq və 
Ukrayna istiqlalına xidmət etmək əzmi gündən-günə kökləĢir. Siyasi orientasiya və 
ictimai  məfkurə  hesabı  ilə  müxtəlif  cərəyanlarla  təmsil  olunsa  da,  Rusiyadan  ayrı 
müsətqil  bir  Ukrayna  dövləti  təsis  etmək  qayəsi  beynəlmiləl  bir  qiymət  və 
əhəmiyyət kəsb edir. 
Sadə,  ukraynalılar  deyil.  Romanov  imperatorluğunun  dəstəyini  təĢkil  edən 
kazaklar arasında belə iftirak (ayrılma) və istiqlal cərəyanları vardır. Bu cərəyanlar 
geniĢlənir. 
Denikini  mövzusundan  bəhs  edilən  məqaləni  yazdırmağa  sövq  edən  amil 
zatən bu Ukrayna məsələsi ilə bu kazak məsələsidir. 
ĠĢ  o  yerə  gəlmiĢdir  ki,  sabiq  çar  səfiri  və  nazirinin  katibi  olan  iki  rus 
diplomatı,  mənĢə  etibarı  ilə  ukraynalı  olduqlarını  duyaraq.  Londonda  ingiliscə 
aylıq bir məcmuə çıxarır və yüksək London mühafilinə (vəzifəlilərinə) yol bularaq 
Ukrayna hərəkatı lehində qayət müsaid (əlveriĢli) bir cərəyan doğururmuĢ. 
Sabiq rus diplomatı Krestovets [artıq ukraynalılığını dərk etmiĢ olan bu çar 
diplomatı]  -  general  Denikinin  anlatdığına  görə  bütün  bu  təĢəbbüslərində  Don, 
Kuban və Terek vilayətlərinə mənsub məĢhur kazak atamanları ilə birlikmiĢ; eyni 
zamanda siyasi bəzi rus zümrələrinin də hüsnü təvəccöhünü görürmüĢ. 
General  rus  milliyətçilərinə  mənsub  «Vozrocdeniye»  qəzetindən  aldığı 
sətirlərlə  bu  zümrənin  general  Miller  rəyasətindəki  əskəri  rus  təĢkilatı  olduğunu 
telmih (üstüörtülü) edir. 
Ġngilislər  vaqeələr  qorxuncdur  deyərlər.  Denikini  qorxudan  vaqeələr 
həqiqətən də qorxuncdur. Cahan məsələlərini Rusiya hesabına həll etmək fikri heç 
bir  zaman  beynəlmiləl  planlardan  əskik  olmamıĢ,  müxtəlif  dövrlərdə  müxtəlif 
Ģəkillər ərz edən bu plan, milyukovçulara  görə, bu günlərdə, bolĢeviklərin süqutu 
yaxınlaĢdıqca  daha  məxsus  olur;  Avropa  paytaxtlarında  Rusiyanı  parçalamaqla 
uğraĢılırmıĢ. 
Denikin  bu  dəfə  gec  qalmaq  istəmir,  ehtimal  olunan  hadisələr  qarĢısında 
milliyyət məsələsindəki bugünkü duyuĢunu ortaya tökür. Rica edirik gülməyin: o, 
artıq  federalistdir.  O  qədər  federalist  ki,  Rusiyadan  ayrılmıĢ  olan  millətləri  belə 
zorla təkrar bu kayıt (hakimiyyət) altına almaq niyyətində. 
Hətta  Finlandiya  ilə  PolĢa  istiqlalını  müstəsna  olaraq  lütfən  tanıdığı  halda, 
elə  düĢünür  ki,  PolĢa  üçün  belə  ən  çıxar  yol  təkrar,  gələcək  yeni  Rusiya  ilə 
konfederasiya yapmaqdır. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə