Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

49 
 
ilə  yenə  ümumiyyətlə  passiv  müqavimətlə  qarĢılanaraq  Stalinin  müxtəlif 
manevrlərini mucib oldu. 
Sovet  iqtisadi  siyasətinin  tarixi  fəhlə  diktatorluğu  ilə  köylülər  arasında 
bəzən  çox  qanlı  səhifələrə  tökülmək  surətilə  çox  müxtəlif  Ģəkillər  ərz  edərək, 
mütəmadi davam edən bir mücadilənin tarixidir. 
Köylünü qazanmazsa, fəhlə hakimiyyəti Rusiyada paydar (uzunömürlü) ola 
bilməz.  BolĢevik  rejiminə  normal  bir  yaĢayıĢ  verə  bilmək  üçün  köylü  sinfinin 
etimadını  qazanmaq  və  onun  dostluğunu  təmin  etmək  lazım  Leninin  öz 
tərəfdarlarına mütəmadi təlqin etdiyi fikir bu idi. Ġndi bolĢevik diktatorluğunun 15-
ci  ildönümündə  Kremlin  milyonlarca  insana  müsəllət  (bəla)  yeni  sahibləri  əcəba, 
bu «etimad və dostluğu» qazana bilmiĢlərmi?...HaĢa! 
«Berliner  Tağeblatt»  qəzetinin Moskva müxbiri tərəfindən  öz qəzetinə  bu  
yubiley  münasibətilə  göndərdiyi  məqalənin    bəzi    qismlərini    bu    nüsxədə    nəĢr 
edirik.  Həddi  zatında  (özlüyündə)  Sovetlərlə  itilaf  (anlaĢma)  tərəfdarı  olan  bu 
müxbir    «dostlarının»  beynəlmiləl  diplomatik  müvəffəqiyyətlərini  qeyd  etməklə 
bərabər, bu mühüm nöqtədə bolĢevik təcrübəsinin uğursuzluğa uğradığını yazmaq 
zərurətindədir.  Köylünün        «fəhlə»yə  qarĢı  etdiyi  aktiv  müqavimət  hər  nə  qədər 
Stalinin təmsil etdiyi zabitə və cəbr qüvvələri tərəfindən qısılmıĢsa da, «rus xisləti» 
olan passiv müqavimət eynilə qalmıĢdır. 
Bu  bir  həqiqətdir.  Həqiqətdir  ki,  bolĢevik  təcrübəsi  nəticəsində  Ģəhərlərdə 
əski  Misir  ehramlarını  andıran  bir  takım  əzəmətli  binalar  və  sənaye  müəssisələri 
vücuda  gəlmiĢdir. Fəqət,  fironun zabitəsinin  yıxıcı qırmacları altında  o ehramlara 
daĢ  daĢıyan  qullar  kimi,  Rusiya  köylüsünün  dəxi  sovet  ehramlarından 
faydalanmadığı bir həqiqətdir. O qədər həqiqət ki, zavallı köylü ağzındakı bir dilim 
siyah (qara) çörəyi əlilə verdiyi halda ən zəruri fabrik əmtəəsinin üzünü görməkdən 
məhrumdur. 
Sovetlər Ġttifaqındakı müstəhsil (açı çəkən) xalq keçirdiyi müdhiĢ səfalət və 
çəkdiyi  bu  qədər  əzab  və  məĢəqqət  nəticəsində  yaxĢı  bir  gün  və  rifahlı  bir  həyat 
görə  bilmək  ümidini  tamamilə  itirmiĢlər.  Dünyanın  hər  tərəfində  ictimai  nizamı 
idarə edən baĢlıca amil ümid ilə qorxudur. Sovetlərdə birinci amil ortadan qalxmıĢ, 
onun  da  yerini  ikincisi  tutmuĢdur.  Bunun  üçündür  ki,  orada  həyatı  yürüdən  və 
rejimi tutan yeganə qüvvə ancaq terrordur. 
Rejimin 15-ci ildönümündə belə bir qorxu amili Sovetlərin ilk təsis edildiyi 
günlərdə olduğu qədər təsirlidir. Milyonlarca insan sadə siyasi deyil, insanların dini 
və iqtisadi həyatlarına mütləq surətdə hökm edən qəddar bir istibdadın qurbanı və 
onun  istinaf  qəbul  etməyən  (hüquq  tanımayan)  keyfi  əmrlərinə  itaət  etməklə 
mükəlləfdir. 
Bu  məcburiyyət  sadə  fərdlərə  deyil,  millətlərə  də  aiddir.  Proletar 
diktatorluğu  demək,  bilxassə  köyün  Ģəhərə  tabeliyi  deməkdir.  Mərkəzi  Rusiyada 
köylü rus ilə Ģəhərli rus münasibəti Ģəklində olan bu tabeçilik mərkəzi Rusiya ilə 
Sovetlər  Ġttifaqındakı  qeyri-rus  məmləkətlər  arasında  təbiətilə  -  sənayecə  daha  az 


50 
 
inkiĢaf  etmiĢ  olan  qeyri-rus  məmləkətlərin  Rusiyaya  tabeçiliyi  Ģəklini  almıĢdır. 
Sözdə öz iradələri ilə Sovetlər Ġttifaqına daxil olan milli cümhuriyyətlər, gerçəkdə 
misli  dünyanın  heç  bir  müstəmləkəsində  görünməyən  müdhiĢ  bir  istismara 
məruzdurlar. 
Əgər  benefsih  (çökmüĢ)  Rusiyasını  təĢkil  edən  Velikorusiya  daxilində  rus 
köylüsü baĢına keçən bu müdhiĢ rejimə qarĢı sadə, passiv bir metodla qarĢı gəlirsə, 
Qafqaz,  Türküstan  və  Ukrayna  kimi  rusdan  olmayan  məmləkətlərdə  bu  passiv 
müqavimət, çox zaman qanlı qiyamlar Ģəklində aktiv bir Ģəkil almaqdadır. 
Türkiyəli  rəfiqələrimizdən  bəziləri  yubiley  dövrünü  təĢkil  edən  müddətin 
əhəmiyyətinə baxaraq, böyük qonĢular ilə «tarixi dostlarının» müvəffəqiyyətindən 
bəhs  və  onu  bu  münasibətlə  təbrik  etdilər.  Bu  qəzetlərə  görə,  Rusiya  inqilabı 
əvvəlki  cahanhĢümul  davasından  sərf-nəzər  etmiĢ,  indi  bütün  himmətini  Rusiya 
hüdudları daxilindəki icraata atf (yönəlmiĢdir) eyləmiĢdir. 
Bir dəfə Sovet diktatorluğuna atf olunan bu məhdud məqsəd özünü ovutmaq 
qəbilindən  yanlıĢ  bir  anlayıĢdır.  BolĢevizm  beynəlmiləl  bir  dava  ilə  doğulmuĢ  və 
bu  davasından  qətiyyən  sərf  nəzər  etməmiĢdir.  Lenin  cahan  inqilabının  yardıma 
gələcəyini düĢünmüĢdü. Fəqət, Stalin cahan inqilabına yardım etməyi düĢünür. Bu 
gün  yer  üzündə  cahangirlik  dininin  bir  məbədi  varsa,  o  da  Moskvadadır.  BeĢ 
sənəlik  plan  hərbi  bir  təcavüz  məqsədilə  cızılmıĢdır.  Bundan  baĢqa  bugünkü  halı 
ilə  belə  «rus  inqilabı»  öz  hüdudu  daxilində  qalmamıĢdır.  140  milyon  nüfuzdan 
(əhalidən)  yarısı rus deyildir. Azərbaycan da daxil olduğu  halda, Qafqaz və  sonra 
Türküstan, daha  sonra Ukrayna, Edil-Ural, Krım kimi məmləkətlər Rusiya  hüdud 
və məmləkəti deyə tələqqi edilə bilməzlər! 
Hə,  çar  diktatorluğu  süni  surətdə  milyonlarca  insanı  və  onlarca  millətləri 
necə  öz  cəbr  və  istilası  altında  tuturdusa,  bolĢevizm  diktatorluğu  da  eyni  surətdə 
hərəkət edir. 
Çarizmdən canı yanan köylülərlə millətləri, birincilərə torpaq, ikincilərə də 
istiqlal vəd etmək surətilə iĢ baĢına qolaylıqla gələ bilən macəraçılar on beĢ sənəlik 
təcrübələrilə  nə  müdhiĢ  bir  yalançı  olduqlarını  alelən  (on  yüksək  səviyyədən) 
göstərmiĢ,  təsis  etdikləri  iqtisadi  və  siyasi  rejimlə  köylünün  də,  millətlərin  də 
hürriyyət və istiqlalını göz görə çalmıĢlar. 
On  beĢ  sənə  əvvəl  yüksək  ideya  qüvvəsini  istismar  etmək  surətilə  qurulan 
bu  rejim,  indi  ancaq  cəbr  və  istibdad  qüvvəsilə  dayanan  bir  zülm  idarəsi  halına 
gəlmiĢdir  ki,  bu  növdən  bütün  idarələr  kimi.  o  da  gec-tez  çökməyə  məhkumdur. 
Sadə,  on  beĢ  sənə  deyil,  daha  uzun  müddəllərcə  yaĢamıĢ  idarələr  belə,  bu 
müqəddər aqibətdən (alın yazısı) qurtula bilməmiĢlər. 
 
“Ġstiqlal”, 6 dekabr 1932, Berlin. 
 
 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə