MəHƏMMƏd füzuli


BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə39/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

204 
 
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR 
 
Nə dilbər kim, dəmadəm aşiqə ərzi-cəmal etməz,  
Qalır naqis, bulub feyzi-nəzər kəsbi-kəmal etmə. 
 
Degil cəzb etməyən üşşaqı mə'şuq olmağa qabil,  
Nə hasü hüsni-surətdən ki, cəzbi-əhli-hal etməz. 
 
Gərək rüxsareyi-mə'şuq məxfi qeyri-arifdən  
Ki, arif olmayan idrak sün'i-zülcəlal etməz. 
 
Həvayi-vəsldir kim xublər vəslinə talibdir, 
Və gər nə, eşqi-kamil fərqi-hicranü vüsal etməz. 
 
Olan nəqdi-həyatın aşiqin mə'şuqə sərf eylər,  
Bu zülmü, ah, əgər mə'şuqinə aşiq həlal etməz. 
 
Məcaz əhlinə xublar cilveyi-naz eyləsinlər kira,  
Özün əhli-həqiqət mübtəlayi-xəttü xal etməz. 
 
Füzuli, aləmi-surətdə sərgərdan gəzər zahid,  
Zəhi qafil, bu sevdanın sərəncamın xəyal etməz. 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Xətm eyləmədən sözünü ol mah,  
Bir naqənişin göründü nagah.  
Naqə ilə bir nəfər səbükxiz,  
Gördü ki, gəlir nəsimtək tiz.  
Bildi büti-gülrüxü səmənbuy  
Kim, özü üçündür ol təlcü puy.  
Bildi ki, rəqib bədgümandır,  
Ənduhi-dilü bəlayi-candır.  
Ol mahivəş olduğunda qaib  
Olmuş ona sürət ilə talib.  
Gülzara hənuz yetmədən xar, 
 
  


205 
 
Gül qıldı vidayi-səhni-gülzar.  
Ol halına vaqif olmadan qeyr,  
Təprətdi cəmazeyi-səbükseyr.  
Cuyəndə görüb ol afitabı,  
Tərk etdi şitabü iztirabı.  
Tövfiqi-murada oldu xoşdil,  
Düşdü önə, qıldı əzmi-mənzil.  
Şəhbazı yetirdi aşiyana,  
Tapşırdı nihah bağibana.  
Məcnun yenə qaldı zarü məhcur,  
Həmsöhbəti marü həmdəmi mur.  
Nə durmağa taqətü qəran,  
Nə gəzməyə əldə ixtiyarı. 
  


206 
 
BU, MƏCNUNUN ME'RACİ-FƏZAİLİDİR 
və 
BƏYANİ-MƏRTƏBEYİ-HÜSNİ-XƏSAİLİDİR 
 
Şahənşəhi-mülki-möhnətü dərd, 
Yə'ni Məcnuni-dərdpərvənd 
Bir pak idi ki, bu ərseyi-xak 
Onun kimi görməmişdi bir pak. 
Mömureyi-qürbi-Həq məqamı, 
Ərvaha fərizə ehtiramı. 
Çün nifrəti-şəm'-nəsli-adəm 
Qıldı ona vəhşəti müsəlləm, 
Hər vəhşi donunda bir firiştə 
Yar oldu ol adəmisiriştə. 
Zahirdə rəfiqi vəhşlə teyr, 
Batində məlaik ilə həmseyr. 
Qılmışdı kəmali-e'tidali 
Kəsrət ələmindən onu xali.  
Çəkməzdi cahanda ol cahangərd  
Əndişeyi-gərmü qüsseyi-sərd.  
Bilmişdi cahanın e'tibarın,  
Yox yerinə satmış idi varın.  
Tutmuşdu təriqi-əhli-tövhid,  
Bulmuşdu kəmali-tərkü təcrid.  
Olmuşdu vücudi-pakı pürnur,  
Alayişi-əklü şürbdən dur.  
Təhsil qılıb səfayi-siyrət,  
Görmüşdü məcazdan həqiqət.  
Ə'yana yox idi e'timadı,  
Nəqqaş idi nəqşdən muradı.  
Mövzun idi təb'İ-nüktədam,  
Hər nüktəde vaqifi-məanı.  
Avazi idi bəsi mülayim,  
Üslubu dürüst, üsulu qaim.  
Təhrir ilə hər çəkəndə avaz,  
Quşlara tutardı rahi-pərvaz.  
Gahi qəzəlü gəhi qəsidə 
  


207 
 
İnşa qılıb ol sitəmrəsidə  
Suz ilə oxurdu gahü bigah,  
Bir neçə əziz onunla həmrah,  
Yazarlar idi təmam şe'rin,  
Oxurlar idi müdam şe'rin.  
Aləmlərə ol qəribü məhcur  
Əksər bu səbəbdən oldu məşhur.  
Avaziyü zehniyü cəmalı  
Qılmışdı müqəyyəd əhli-halı.  
Kim olsa bu üç kəmala qabil,  
Demək olur ona zati-kamil.  
Peyvəstə qılıb kəmalın izhar,  
Bu beytləri qılırdı təkrar: 
 
 
BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR 
 
Biz cahan mə'murəsin mə'nidə viran bilmişiz,  
Afiyət gəncin bu viran içrə pünhan bilmişiz. 
 
Gər özün dana bilir təqlid ilə surətpərəst,  
Aləmi-təhqiqdə biz onu nadan bilmişiz. 
 
Bixəbərlər şərbəti-rahət bilirlər badəyi, 
Biz həkimi-vəqtiz, onu tökmüşüz, qan bilmişiz. 
 
Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa,  
Ol zamandan kim, onu mülki-Süleyman bilmişiz. 
 
Ayrı bilmişsən, Füzuli, məscidi meyxanədən,  
Sehv imiş ol km, səni biz əhli-irfan bilmişiz. 
  
 


208 
 
BU, LEYLİNİN 
BAHARİ-ÖMRİ XƏZANA İRDİGİDİR 
 
Saqi, gözə gəldi nəş'əyi-mey,  
Bir neçə qədəh yürüt peyapey!  
Əzmi-tərəb etdin, ehtimam et,  
Zövqün tərəb əhlinin təmam et!  
Bəzm əhlinə cami-laləgun tut,  
Əmma mənə cümlədən füzun tut!  
Zira ki, hənuz nimməstəm,  
Qəm silsiləsinə paybəstəm.  
Xoşdur tərəb əhlinin bu bəzmi,  
Dağılmağa olmasaydı əzmi.  
Tarixnəvisi-halieyyam,  
Bu qissəyə böylə verdi itmam  
Kim, vəsldən olmayıb təsəlli,  
Məcnundan olanda dur Leyli  
Kəsmişdi təəllüqün cahandan,  
Qət'i-nəzər eyləmişdi candan.  
Bir fösl ki, dəsti-qarəti-dey,  
Gülzar büsatın eylədi tey,  
Matəmkədə oldu ərseyi-bağ,  
Matəmdə sürud naleyi-zağ.  
Leyli kimi oldu lalə məstur,  
Məcnun kimi şaxi-ərğəvan ur.  
Rənci-yərəqandan oldu əşcar  
Lərzanü zəifü zərdrüxsar.  
Söndü gülü laləniıı çırağı,  
Sərsər yeli zülmət etdi bağı.  
Gül bimi-təərrüzi-həvadan,  
Lalə sitəmi-dəmi-səbadan  
Rəxtini yaşırdı
1
 bağlarda,  
Lə'lini itirdi dağlarda.  
Bir mar misalı oldu hər nəhr. 
Hər lərzədə su məsabeyi-zəhr. 
  
                                                            
1
 
Gizlətdi
 


209 
 
Göydən yerə endigində baran,  
Hər qətrə olub misali-peykan,  
Guya ki, yetirdi bağə bidad  
Kim, şö'bədeyi-təhərrüki-bad  
Bir sehr ilə abı ahən etdi,  
Ondan təni-bağə cövşən etdi.  
Bir gün bu həvada Leyliyi-zar  
Qəm dəf'inə etdi meyli-gülzar.  
Gördü gülü lalədən əsər yox,  
Ənvai-şəcərdə bərgü bər yox.  
Səhni-çəmənin səfası getmiş,  
Nöqsani-səfa kəmala yetmiş.  
Nə səbzə tənində tab qalmış,  
Nə bərg üzündə ab qalmış.  
Matəmkədə gördü busitanı,  
Riqqət oduna tutuşdu canı.  
Suzi-cigərilə yanə-yanə,  
Şərh etdi qəmini busitanə:  
"K'ey bağ, nədir bu ahi-sərdin?  
Mən xəstəyə zahir eylə dərdin!  
Mən dəxi sərtin kimi nizarəm,  
Bir güldən iraqü zərdü zarəm;  
Nə dövləti-qürbünə qəbulum,  
Nə rövzeyi-kuyinə vüsulum.  
Sən gərçi xəzanəsən giriftar,  
Əlbəttə, bəharə yetməgin var.  
Ümmidi-vüsal məndə yoxdur,  
Səndən qəmü qüssə məndə çoxdur!"  
Artırdı qəm ağladıqca dərdin,  
Giryan göyə tutdu ruyi-zərdin. 
 
  
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə