MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə19/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

_____________Milli Kitabxana______________

Dünbələndüz bir adamdır, iki dünyası da var,

Gəlməyib əyri-yalan söz bu cavanın dilinə.

Şəhriyar şeridi bu, yaz ürəyə qoy qalsın,

Ürəyində yazılan söz, da gərəkməz silinə.

BƏLALIBAŞ

Yar günümü göy əskiyə tutdu ki, dur, məni boşa,

Cütcü görübsən öküzə, öküz qoyub buzov qoşa?

Sən əllini keçib yaşun, mən bir otuz yaşında qız,

Söylə görüm otuz yaşın nə nisbəti əlli yaşa?

Sən yerə qoydun başuvu, mən başıma nə daş salım?

Bəlkə mən artıq yaşadım, neyləməli? Dedim: yaşa.

Bir də bəlalı baş neçin yanına süpürgə bağlasın?

Börkü başa qoyan gərək börkünə də bir yaraşa.

Bir də kəbin kəsilməmiş, sən mənə bir söz demədin,

Yoxsa cəhazımda gərək gələydi bir hoqqa-maşa.

Dedim: qəza gəlib tapıb, bir iş idi olub keçib,

Qurbanam ol ala gözə, heyranam ol qələm qaşa.

Mənki özümdə bir günah görməyirəm, çarə nədir?

Pis bəşərin qaydasıdır, yaxşını tapsa dolaşa.

Dostla mürüvvət etməli, düşmən ilə keçinməli,

Qayda budur, heyif deyil bəşər yolun azıb, çaşa?

Mən də sənin dayoğluvam, sən də mənim bibim qızı,

Könül baxırsa günəşə, göz də gərəkdir qamaşa.

İndi bizim maral kimi üç balamız vardı, gərək.

Ata-ana savaşsa da, bunlara xatir barışa.

Hər kişiyə əyalı da öz canıtək hörüklənib,

Hədyə də olmaz eləsin arvadı qardaş-qardaşa.

Bu dünya bir yol kimidir, biz axirət müsafiri,

Kəcavədə hamaş gərək öz hamaşilən yanaşa.

Axirəti olanların dünyası qəmsiz olmayıb,

Seldi, gələr, axar, keçər, amma gərək aşıb-daşa.

Məsəldi: "Yer ki, bərk olur, öküz öküzdən inciyir".

Hey dartılır ipin qıra, yoldaşıyla bərk savaşa.



_____________Milli Kitabxana______________

Bizim də ruziyarımız yamandı, bizdə eyb yox,

Bəlkə vəzifədir: bəşər qonşular ilən qonuşa.

Həqqi-həyat yox daha bizlərə, çox böyük başı

Zindanımızda həqqimiz, bir baca tapsaq, tamaşa.

Amma onun şəmatəti, Allaha xoş gəlməyibən –

Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa!

NAZ EYLƏMİSƏN

Çoxlar incikdi ki, sən onlara naz eyləmisən,

Mən də incik ki, mənim nazımı az eyləmisən.

Etmisən bu nazı viranə könüldə sultan,

Evin abad ola - dərvişə niyaz eyləmisən.

Hər baxışda çalısan kipriyi mizrab kimi,

Bir qulaq ver, bu sınıq könlü nə saz eyləmisən.

Başdan aç yaylığı, əfşan elə susən-sünbül,

Sən bizim bayramımızsan, qışı yaz eyləmisən.

Kakili başda vurub eyləmisən tac kimi,

O qızıl teldən onu güllü qotaz eyləmisən.

Sən Gün ol, qoy qəmimiz dağda qar olsun, ərisin,

Mənim ancaq işimi suzü güdaz eyləmisən.

Sinə bir dəşti-Muğandır, quzu yan-yanə yatub,

Mənim ağlar gözümü orda Araz eyləmisən.

Xəttü xalından alıb məşqimi "Quran" yazaram,

Bu həqiqətdə məni əhli-məcaz eyləmisən.

Dəstəmaz eyiədiyin çeşmə müsəlman qanıdır,

Bilmirəm hansı kəlisada nəmaz eyləmisən.

Bu gözəllik ki, cahanda sənə vermiş tanrı,

Hər qədər naz eləsən eylə ki, az eyləmisən.



_____________Milli Kitabxana______________

Mən "Əşiran" oxusam, pəncə "İraq" üstə gəzər,

Gözəlim, türk olalı tərki-"Hicaz" eyləmisən.

Mən bu mənada qəzəl yazmağa halım yox idi,

Sən mənimtək qocanı fırfirabaz eyləmisən.

Məni bu suz ilə atdın, aralandın, bilirəm,

Aranı bir para namərd ilə saz eyləmisən,

Ey dan ulduz, məni sən yaxşı tanırsan ki, səhər

Üfüqü xəlvət edib razü niyaz eyləmisən.

Şəhriyar darda qalıb, dağda daşa daldalanıb,

Özün insaf elə, Məhmudi Ayaz eyləmisən.

MƏMMƏD RAHİM

HƏZRƏTLƏRİNƏ CAVAB

Ağ göyərçin, ağ qanadın açarsan,

Dam-divardan bir qovzanıb uçarsan,

Ulduzlanıb, Bakı deyə, qaçarsan,

Öpüşləri Rahim beyə səpərsən,

Qardaşımın bal dodağın öpərsən.

Deynə: Qardaş, məktub gəldi yetişdi,

Sevincimiz qalxıb qəmlə atışdı.

Atışdıqca yaralarım bitişdi,

Qara baxım yenə üzü ağ olsun,

Yar da bizdən yad eyləyib, sağ olsun!

Heç kimsəyə belə sovqat gəlməyib,

Heç bir üzə belə bir gül gülməyib.

Göz yaşımı anam belə silməyib,

Belə meyvə görməz bizim qanalar,

Qocalmasın sizi doğan analar!

Bakıdan çox sovqat gəlib Təbrizə,

Sabiq zaman biz çox gələrdik sizə,




_____________Milli Kitabxana______________

Siz də nolaydı bir gələydiz bizə,

Ayrılığın daşın birdən ataydıq,

Canı-cana, malı-mala qataydıq.

Uca dağlar bir-birlərin görərlər,

Görüşlərin baxışla göndərərlər,

Səba ilə pəyam alıb verərlər,

Şair olur bir-birini görməsin?

Saz, söz ilə pəyam alıb verməsin?

Qurban olum mən o şirin dillərə,

Uzaq düşdük, həsrət qaldıq ellərə,

Səhər-axşam yalvarıram yellərə,

Qardaşıma məndən salam yetirsin,

Ondan da bir xəbər-ətər gətirsin.

O taydadı Şəki, Şirvan, Qarabağ,

Bu tayda da Meşgin, Əhər, Qaradağ,

Bir-birini Arazdan alrmş soraq,

Araz bizi ayırmadan dağlayıb,

Son özü də gecə-gündüz ağlayıb.

Bu təqsimat bundan artıq olanmaz,

Atom əsri ixtilaflar qalanmaz,

Bir qanım olmasa, dünya dolanmaz,

İndi dünya yüz də desən sağ-soldu,

Muşək üçün iki saatlıq yoldu.

İnsanlarıq, insanlığı xoşlayın,

Bir millətik birləşməyə başlayın,

Bu xan-xanlıq hökumətin boşlayın,

Bu gün bəşər gərək olsun bir millət,

Bir miliətə olarmı yüz hökumət?

Bizlər ki, lap bir dil, bir qan qardaşıq,

Qardaş qalsın, insanlarıq, yoldaşıq,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə