_____________Milli Kitabxana______________
HARA QAÇSIN İNSAN?
Cana gəlmişik biz bu canan əlindən,
Ki nə ins aman tapdı, nə can əlindən.
Müsəlmanə bax, dinü iman qan ağlır,
Bu dinsiz, imansız müsəlman əlindən.
Bu şeytandı, biz ahu, göydə tovlar,
Qaça bilməz Adəm bu şeytan əlindən.
Alar əvvəl İmanı, sondan da canı,
Nə iman qalar dəbdə, nə can əlindən.
Qarışqa kimi div nəjadı qımıldır
Ki, xatəm çıxıbdır Süleyman əlindən.
Badımcan çoxu bazılarda küçüklər,
Da tərpəşmək olmaz badımcan əlindən.
Xoruz tək bizi dənləyib qurtarıbdır.
Çinə qalmayıb noçinedan əlindən.
Pənah olsa biz xəlqə kafər, qoy olsun
Sığıntı düşək küfrə iman əlindən,
Gedib çöldəki neyvana yalvaraydıq,
Ki gəlsin, bizi alsın insan əlindən.
Elə turşadıb İranın ayranın ki,
Gözəllər gözü yaşdı İran əlindən.
Salıbdır ətə sanki Musa əsasın,
Qaçır əjdahalar bu Söban əlindən.
Nə soltanlar olmuş əlində oyuncaq.,
Nə gəlsin oyuncaqlı soltan əlindən.
Beş-üç nəfər başbilən də qalırsa, uşaqtək
Qaçıb gizləniblər bu xortdan əlindən.
Evim, zindanım, məmurum öz içimdə,
Hara qaçsın insan bu zindan əlindən?
Biz insan olaq, ya ki heyvan, aman yox,
Nə insan qurtarmış, nə heyvan əlindən.
Nə divlər ki qaytanla zəncirləniblər,
Qənəflər qırılmış bu qaytan əlindən.
Salıb xəlqi dərman adilən nə dərdə
Ki, dərd ağlayır belə dərman əlindən.
_____________Milli Kitabxana______________
O bəy-xan yazıqlar nə insanmışlar,
Əbəs ağlayırdıq o bəy-xan əlindən.
Verərdik qədim divana ərzə, indi
Kimə ərzə vermək bu divan əlindən?
Nə tufana rast gəlmişik biz, məgər Nuh
Gələ qurtara xəlqi tufan əlindən.
"RÜTƏB VERİB, TƏZƏK ALDIQ"
Zəmanə bax ki, nə pis nəsli yaxşı nəslə qatır,
Nə çəkdirib ulağa madyanı, bax, doğdu qatır.
Südük atan it atılmış bizim atın belinə,
Suya yatan at olub bəxtimiz, su gördü yatır.
Dönüb çörəkçixana oldu bir qatırçıxana,
Xəmir tağarda neçindir - qeyiş! Şatır nə şatır!
Deyəndə: Bu nə çörəkdir? Şatır söyüş də verir,
Söyüş verir ki, dəxi qalmasın xalanda xatır.
Bu oldu bizdə təməddün! Məsəldi, "düz yerdə
Bizim ulağ gedə bilmir, şoxumda şıllaq atır".
Rütəb satıb alırux biz de eşşəyin təzəyin,
Alan görün nə alır, bir baxın, satan nə satır?
Bu tir-tikan da batır ox kimi mənim gözümə,
Daha həyat gözümdə günəş də olsa, batır.
Nə yaxşı kt, yeni karvan açanda yüklərini
Bizimki yüklərini bağlayıb çatıyla çatır.
MƏLUL YAZIQ NEYLƏSİN?
İtirmişəm kələfçənin başını,
Tapanmıram üzüyümün qaşaını,
Maşın bizi təbiətdən ayırıb,
Mürdəşirə verim belə maşını.
Naxoşluq da qocalıqla əlbirdir,
Qoymaz qoca dolandıra başını.
Ağız-burun zinə verir çeşmə tək,
Silənmirəm gözlərimin yaşını.
Düz qaməti çəkən nəqqaş dünyanın
_____________Milli Kitabxana______________
Göz üstündə əyri çəkmiş qaşını.
Yorulmuşam, bu dünyadan doymuşam,
Bir ataydım bu küllüyün daşını.
Bir göz damı qəbirdə versə, kasıb
Çul-palazın yığışdırıb, daşını.
Uymuş millət həbərutdan ayılıb,
Yığışdırıb çersini, xaşxaşını,
Cahad gəlib, məlul yaziq neyləsin?
Naməru məgər tək qoyu yoldaşını?
Aşuradır, qoca məlul başyaran,
Qan görəndə qeyrət başı qaşını.
Qanla şəhadət güllərin suvarır,
Almış ələ topların abpaşını.
"Ərteşi bist milyonu"
1
tənzim olur,
Şah İsmayıl yığır qızılbaşını.
Cəbhə dalında bacı şeyhə çəkir,
Şəhid verir cəbhədə qardaşını.
Şeytan da yığmış başına hər nə var,
Səddamlar tək əcamir-ovbaşını,
Amerikanın qazanları dib qapıb,
Qıjqırdacaq bozbaşını, aşını.
Min il səbrin tufanı var dalında
Nuh ki, dala gizlədənməz yaşını.
Fəcr açılıb, bülbül doğur çalılar,
Qurub boğur bayquşla xəffaşını,
Nayib imam gəlib, keçib ixtilaf,
İslam tapır itmiş qarandaşını,
Təfriqəni cəm edir əsnafımız,
Börkçi basır bağrına kəffaşını.
Vəhdətimiz bir qazanda qaynadır
Noxudunu, ləpəsini, masrnı.
Sənət yetir xudkəfahq mərzinə,
Ustakar etmiş ehtiyac naşmı.
Şəhriyann Məqsudiyyə zindanm
"Otuz bir" yaz oxumuşam kaşını.
İyirmi milyonluq ordu
_____________Milli Kitabxana______________
ƏZİZƏ CAN
Dərdin olmuş mənə bir simli xəncər yarası,
Fikrə getdikcə yaram günbəgün artıq eşilir.
Göz yaşım qanla qarışmış, ürəyim göynəmədə,
Bir biləydin içərimdə nə çibanlar deşilir.
Əzizim, doymadım səndən,
Nə tez məndən doyub getdin,
Əcəl gəlcək bu qürbətdə,
Məni yalqız qoyub getdin.
Toy, yas ol, gəlin getdi,
Qol, şil ol, əlin getdi,
Vur başa, yazıq bağban,
Bağ solub, gülün getdi!
BƏDÖV AT
Bədöv minib, ay bədöv bəsləyənlər,
Bədövdə nişanə neçə gərəkdi.
Fınxırıb, çımxırıb çub şığıyanda
Ceyrantək tullanıb keçə gərəkdi.
Uzaq qaraltısı qarışqadısa,
Qulaxlar şaxlanıb seçə gərəkdi.
Dırnağı altında daş-qum, dağ-dərə,
Döşənib yumuşaq keçə gərəkdi.
Səlqəli bal pətək saxlayanındır,
Mənim də şan balım beçə gərəkdi.
ALNIMIN YAZISI
(Sərbəst şeir)
Ayılanda da indilər yuxudan
Huş azıb, tez tapanmıram özümü.
Bilmirəm hardayam, bura haradır,
Ev-eşik yad gəlir hələ gözümə.
Elə bil qalmışam keçənlərdə,
Dostları ilə paylaş: |