MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə35/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

_____________Milli Kitabxana______________

KƏC BƏXT

Nəzərim onda ki ol türreyi-tərrarə düşər,

Bu məhəbbətzədə könlün güzəri darə düşər.

Güzərin düşdü, gülüm, indi də bazarə tərəf,

Qorxuram razi-nihanım da bu bazarə düşər.

O qara zulfünü qoyma tuta ay tək üzünü,

Əfi tək kölgə salar, ay üzünə qarə düşər.

Tari-zülfünlə o mehrab qaşun görsə əgər,

Həvəsi söylə kimin kilsəyə, zünnarə düşər?

Kim səri-zülfünə uymuşsa, bilir halımızı,

Dərdlinin dərdini çəkmək yenə qəmxarə düşər.

Şəmə pərvanənin, əlbəttə, olur söhbəti xoş,

Dərd olar onda ki, yar söhbəti əğyarə düşər.

Kuyinə düşsə güzarım, gözəlim, incimə gəl,

Gülün hər yerdə bilirsən, ətəyi xarə düşər.

Saqinin nərgisinin məsti olub məclisimiz,

Şəhriyar, burda utanmaq yazıq huşyarə düşər.

DƏLİ PƏRİ

O göyərçin ki, vəfa dağına düşmür səfəri,

İtdi gözdən nə yazıq, bir de görünmür o pəri.

Yenə röyada pəri zülfünü görməkdi peşəm,

Andırır görkəmim indi yenə divanələri.

Bəlkə bir də yetişəm xaki-səri-kuyinə mən,

Bir nəsimi-səhərəm, eşqin olub dərbədəri.



_____________Milli Kitabxana______________

Quş kimi könlüm əsir oldu qəfəsdə necə gör,

Yaxdı gül fəsli bu həsrət, nə edim balü-pəri.

Yad edib gül üzünü, şəbnəmi axdı gözümün,

Çəmənə axdı yaşım islada gülbərgi-təri.

Ahu gözlü gözəlim açdı yenə tellərini,

Saçlarından yerə saldı qana dönmüş ciyəri.

Bir xəbər tutmadım ömrüm nə zaman keçdi mənim,

Ah! Ömür getsə, daha gəlməz onun bir xəbəri.

Məni bihuş elədi dün bu könül nalələri,

Bülbülün naləsi ilə duya bildim səhəri,

Haləyəm ay kimi dövrəndə sənin, ay gözəlim!

Görmürəm əmni-aman mən yenə dövri-qəməri.

Əyilən təkcə mənəm sanma fərağmda sənin,

Əyilir dağ belə hicrində, öpür sanki yeri.

Xeyr ola yadi o tiflin ki, yeni dərsə gedir,

Keçib elmi-ədəbinlə neçə sahibnəzəri.

Məndən aldınsa məhəbbət ilə sevda dərsi,

Oldun ustad könül qırmağa sən, nazlı pəri.

Bəslədim göz yaşı gözlərdə mən övlad yerinə,

Axdı göz yaşları, yaxdı məni həsrət kədəri.

Həmdəm etdim özümə indi də tənhalığı mən,

Tək qalanda dedim insanın olur çox hünəri.

Sərvi-azad kimi göylərə yüksəldi başım,

Oldu barsızlığın, əlbət, mənə bir çox səməri.

Şəhriyar! Atdı səni, getdi o nazəndə pəri,

Kin atar eşqə düşən sən kimi divanələri?!



_____________Milli Kitabxana______________

QƏZAL VƏ QƏZƏL

Bu gecə badə ilə dəfi-məlal eyləmişəm,

Ömrümün bir gecəsində belə hal eyləmişəm.

Biz hara? Tar hara, yarəb, gecə meyxanə hara?

Unudub dərdi bu əyyamda məcal eyləmişəm.

Saqinin qəmzəsi ox, mey camı olmuş sipərim,

Fələyin cövrü ilə cəngi-cidal eyləmişəm.

Mey dəmir tək eləyib canımı, qəmlə vuruşum,

Qəm demə, düşmənimi Rüstəmi-Zal eyləmişəm.

Acı əyyamı şirin etməyə sərxoş dolanıb,

Könlümü indi əsiri-xətü xal eyləmişəm.

Görmüşəm mən üzünün yarısını, tək qaşmı,

Ay üzündə necə gör seyri-hilal eyləmişəm.

Getmiş hicran orucu görcək hilal qaşlarını,

Bayram olmuş bu görüş, əzmi-vüsal eyləmişəm.

Görmüşəm üzdə o zərrin teli pərvanə kimi,

Yanmışam odlara, tərki-pərü bal eyləmişəm.

Eşq dərsi mənə öyrətsə də hicran qəmini,

Eşqə düşməklə belə kəsbi-kəmal eyləmişəm.

Yatmayıb sübhə kimi mən gecə, günüzlü yarın,

Sinəsi güzgüm olub, seyri-cəmal eyləmişəm.

Saqinin zülfunə eşq bağlamasa ömrü əgər,

Mən belə dərk eləyib, böylə xəyal eyləmişəm.

Şəhriyari-qəzəl etmiş məni ceyran, gözəlim,

Gör qəzəl ilə necə seydi-qəzal eyləmişəm.



_____________Milli Kitabxana______________

EŞQİN MEŞƏSİ

Elə əsiri-qəmi-möhnəti-məlal oldum,

Xəyal tərkin edib, canlı bir xəyal oldum.

Çəkil ki, ləşgəri-hicran mənə edəndə hücum,

Uzatmadm əlini, yerdə payimal oldum.

Sənin meşəndə məni eşq bəbri məhv etdi,

Uşaq kimi mən də əsiri o xəttü-xal oldum.

Vüsal qəsrinə şövq ilə eylədim pərvaz,

Qanadlarım sınıb, indi şikəstəhal oldum.

Mən eşqin ormanına gəldim, əldə oxla kaman,

O şir baxışlarının seydinə qəzal oldum.

Rəqibin elləri dəydi sənin ipək telinə,

Cəmiyyət içrə bilirsən nə halbahal oldum.

Sənə şikayət üçün min sözüm var idi, fəqət,

Dilim tutuldu görəndə o hüsnü, lal oldum.

Ayüzlüm, ayrılığından sənin bir il keçmir,

Qocaltdı hicr məni, həsrəti-vüsal oldum.

Havayi-zülfün əyib qəddimi, əritdi təni,

O qaşların kimi, ay dilbərim, hilal oldum.

Gəlirmi xatirinə Şəhriyar, dedim. Susdu.

Sualım ilə mən öz ömrümə zəval oldum.

HAFİZ ƏBƏDİDİR

Nə qədər meykədədən yerdə nişan olmalıdır,

Qaşının tağı mənə qibleyi-can olmalıdır.

Qədəhin naləsini dərk eləməz sərxoş olan,

Arifə dərdlilərin dərdi əyan olmalıdır.



_____________Milli Kitabxana______________

Dolmamış torpaq hələ gözlərimin kasəsinə,

Bir gözəl görməyə hər an nigaran olmalıdır.

Nə qədər qalsa cahan, qalsa məhəbbətdən əsər,

Hafizin şeri də dillərdə bəyan olmalıdır.

Kim xərabatə gedib içməsə dirlik suyunu,

Olsa cənnət gülü bağında, xəzan olmalıdır.

Hafizin şeri günəş çeşməsidir, yoxdu sonu,

Əbədi feyz ilə bu çeşmə rəvan olmalıdır.

Dinlədim piri-xərabatımızın sözlərini,

Ruhum hər an belə söhbətlə cavan olmalıdır.

Nə qədər ki fələyin göydə yanan ulduzu var,

Parlayıb ay gecələr, nuru əyan olmalıdır.

Zülfünün xatirəsilə elə bağlandı könül,

Nə qədər sağdı canım, mişkfəşan olmalıdır.

Girdi zülmətlərə, can verdisə İskəndər əgər,

Başqa insanlar üçün dövrü zaman olmalıdır.

Şəhriyar, meykədədə aç əlini, qəlbin evi

Əbədi məhrəmi-əsrari-cahan olmalıdır.

İNSAN OL

Unutma əhdimizi, gəl vəfalı canan ol,

Keçim olub-keçəni, sən də gəl peşiman ol.

Gedən həyatını qaytar dübarə aşiqinə,

Zəif vücuduma qüvvət gətir, mənə can ol.

Cavanlığm niyə qalsın könüldə xatirəsi,

Qocalmışam, deyirəm, get nəsibi-nisyan ol.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə