_____________Milli Kitabxana______________
QAFQAZLI QARDAŞLARLA GÖRÜŞ
Ey səfasın unutmayan Qafqaz,
Gəlmişəm zövq alam mərağından.
Qeyrəti coşğun olmayan nə bilər,
Ki nələr çəkmişəm fərağından.
Qoy gəlim bir qucaqlaşıb öpüşək,
Bir çəkək ruzigar əlindən dad.
Tanrının şükr edək cəlalına ki,
Bu qədərlikcə olmuşuq azad.
Oxuruq biz sizin təranələri,
Yadigar ömürlərdən, illərdən,
Bakının söz-soyu, hekayələri
Düşməz illər durunca dillərdən.
Sazımın qəmli simlərində mənim
Bakının başqa bir təranəsi var.
Sinəmin xərabəsində dərin,
Bu cəvahirlərin xəzanəsi var.
Mən sizin şanlı qəhrəmanlarızı
Sözlərimdə həmişə yad edərəm.
Zülmə qarşı qılınc sözüm kəskin,
Qəhrəmanlar kimi cəhad edərəm.
Sən kimi qardaş öz qardaşını
Atmayıb, özgə kimsə tutmayacaq.
Qoca Təbriz də yüz min il keçsə,
Bakı qardaşların unutmayacaq.
Gün o gündür ki, həq yolun düzlər,
Onda biz də düzü-düzə qoşarıq.
Ayıranmaz o gün bizi şəmşir,
Əbədi vəsl üçün qucaqlaşırıq.
Rahimin, Rüstəmin əlin sıxmaq,
Mənə dünya boyunca izzəti var.
_____________Milli Kitabxana______________
Qocalıqda bu izzəti tapmaq
Bir cavanlıq qərərcə ləzzəti var.
Dilimiz, qanımız bir otduqda
Qırmaq olmaz bu əhdü-peymanı.
Xəlq ilə ehdi möhkəm etdikdə
Boşlaya bilmərik bu imanı.
Gəlmişik doğma yurdumıız Bakıya,
Qoy bu tarixdə iftixar olsun.
Şəhriyardan da bu üfiiqlərdə
Bu sınıq nəğmə yadigar olsun.
QƏMLƏ ATIŞ-BARIŞ
Qəmə dedim: Haçanatək bizi bezikdirəcaqsan?
Dedi: Siyir, budu gəldim! Dedim ki, si...dirəcaqsan!
Dedi: Palan kimi tikdirmişəm qalın sənə bir çul,
Dedim ki, eşşək özünsən, tikmə, sökdürəcaqsan,
Dedi: Dübürdüvə de qoşmuşam hovia, xəbərin yox,
Dedim: Hovlanı qoşandan sora nə əkdiəcaqsan?
Dedi ki: Çor tapşırdım gələ, dedim: Neçə misqal?
Dedi: Nece neçə misqal? Qapanda çəkdirəcaqsan!
Dəvə gəlib çuri çatmış, qapında istiri çöksün,
Dedim ki: al dəvəni öz qapunda çökdürəcaqsan.
Dedi: qanın tökərəm, hər kim oldu hizbi-ədalət,
Dedim ki: Hizbi-zəlalət qanın da tökdürəcaqsan?
Dedi: Samavərə də neftimiz tükəndi, da sən də
Qaz üste "Kitri"de çay dəmləyib birikdirəcaqsan.
Dedim: Qayış yaxama tikmə, al qutar bu canı get!
Dedi: Hələ neçə bayram donun da tikdirəcaqsan.
Abı mahutlan bəzzaz kəsəndə, dərzi biçəndə -
Gözəlcə tikdirib ağ buxçalarda bükdürəcaqsan.
Darıxma! Gəl barışaq! Qışların çıxıb-çıxarında,
Mişovda kəhliyi qarda qovub hənikdirəcaqsan.
Hələ qocalmamısan, qoy sənə ərus gələ, damad,
Fərihləri hələ kəhlik sayağı səkdirəcaqsan.
_____________Milli Kitabxana______________
YALAN DÜNYA
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Təxt üstündən salan dünya.
Xəstə Qasım
Sənin bəhrən yeyən kimdir?
Kiminkisən? Yeyən kimdir?
Sənə doğru deyən kimdir?
"Yalan dünya, yalan dünya!"
Səni fərzanələr atdı,
Qapıb divanələr tutdu,
Kimi aldı, kimi satdı,
Satan dünya, alan dünya,
Atı əzəl dağa saldıq,
Yorulduqca dalı qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya.
Çatıb səndən keçən keçdi,
Əcəl camın içən keçdi,
Olan-oldu, keçən-keçdi,
Nə istirdin alan dünya.
Boğulaydın doğan yerdə,
Doğub, xalqı boğan yerdə,
Oğul nəşin oğan yerdə
Ana zülfün yolan dünya.
Qazanıb, hey talanıbsan,
Qalanıb hey calanıbsan,
Əzəldən çalxalanıbsan,
Yenə də çalxalan, dünya!
_____________Milli Kitabxana______________
Nənə qarnı ilk beşiyin,
Qəbristanlıq sən deşiyin.
Nə içərin, nə eşiyin,
Qaranlıq bir daları dünya.
Səni bayquşlar alqışlar,
Dəli viranəni xoşlar.
Dolan əqlə səni boşlar,
İçi boşla dolan dünya.
Sənə Qarunlar allandı,
Qızıldan təlli qallandı,
Batıb zülmatə quylandı,
Ölüb təlli qalan dünya.
Ocaq ikən sönəymişsən,
Çanaq ikən çönəymişsən,
Nə pis qan nənəymişsən
Nağıl! Yalan-palan dünya.
Biri ayna, biri pasdır,
Biri aydın, biri kasdır,
Gecə toydur, səhər yasdır,
Gül içində solan dünya.
İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın yeyən,
Özü yenə qalan dünya!
Nə qandın, kim gül əkəndir?
Kim qılınc tək qan tökəndir?
Teymur hələ kürəkəndir,
Çingiz canın alan dünya.
Yaman qurğu, yığılaydın!
Tufanlarda boğulaydın!
Noleydi bir dağılaydın,
Bizi derdə salan dünya.
_____________Milli Kitabxana______________
SÜLEYMAN RUSTƏMƏ
İkinci məktub
Demədin sözümə niyə ağladın?
Söz ki sən söylədin, mənə saz oldu.
O söze ağlayan tək mən deyiləm,
Siz çalan sazlara aləm baz oldu.
Bir gecə daradı ahım qəfəsi,
Ah çəkib Araza saldım nəfəsi,
O taydan səslədin, aldım o səsi,
Onda qış çevrilib mənə yaz oldu.
Xızr ilə istədim aşnalıq salım,
Qismətim yar olsa, əbədi qalım,
Yeni ki, o hüsnün mətahın alım,
Can nəqdin sanadım, gördüm az oldu.
İsfənd, 1348
SAZLI ŞAİRİMİZ SAFİ RUHUNA TƏQDİM
Sızıldar sinemin sazı "Dəraməd" eylərəm "Şuri",
"Çobanım" sən də "Səlmək"lə sızıldat tari-tənburi.
"Hüseyni" kəkilin "Üzari" getdi, nəzmi olmuş kəsr,
Çağır "Şahnaz"mı, mənzum edək bu şeri-mənsuri.
"Şikəstə" qəddi "Azərbaycan" "Dilkəş"lə qılsın "Rast",
"Əraqi" - "Rak"dən endir firuzda bağla "Mahur"i.
Çal ol "Cargah"də “Zabil”, "Müxalif varsa "Məğlub" et,
"Hasar" içrə darıxdım, qoy dara çəksinlə "Mənsur"i.
Sazunda simlərin ol tar zülfün tək olub nacur,
Daraq, mizrabə cövr et, bəlkə cövr etsin bu nacuri.
Sızıldat "Dəşti" və "Sarəng" - "Türk əfşarini" neydə,
"Bəyati-kürd"ü çal, son "İsfəhan" kök eylə sənturi.
Dostları ilə paylaş: |