_____________Milli Kitabxana______________
"Xəmsə"si, Füzulinin "Leyli və Məcnun" məsnəvisi məhz belə mötəbər,
təkrarsız ədəbi qaynaqlardır. Sədinin "Gülüstan"ı və "Bustan"ı, Hafiz
Şirazinin, Kəmali Xocəndinin, Hacı Seyid Əzim Şirvaninin, məliküşüəra
Baharın ən yaxşı qəzəlləri, Molla Pənah Vaqif Qarabağinin zərif qoşmaları,
M.Ə.Sabirin satiraları da qədirşünas oxucuya məhz belə təsir bağışlayır.
Əsərlərindəki mötəbər fikirlərin, əlvan duyğuların, incə mətləblərin
təqribən son yarım əsrdə yetişən yeni-yeni nəsillərə güclü təsir göstərməsi,
onların mənəviyyatında böyük intibahlar oyatması baxımından Seyid
Məhəmmədhüseyn Şəhriyar da bu cür nadir sənətkarlardan biridir.
Bu, əlbəttə, bəzi digər məqamları da nəzər almaq şərtilə, Şəhriyar irsinin
iki çox mühüm keyfiyyətilə bağlıdır. Həmin keyfiyyətlərdən birincisi budur
ki, şairin həm fars, həm də Azərbaycan dilində yazmış olduğu müxtəlif
mövzulu əsərlərin bir çoxu bütün zamanlar, ölkələr və insanlar üçün
gərəkli, maraqlı olan dərin və ali fikirlərlə, incə və zərif bəşəri duyğularla
zəngindir. İkinci vacib keyfiyyət isə bu fikir və duyğuların bir söz ustadı
kimi müəllif tərəfindən yüksək dərəcəli sənətkarlıqla, təzə, təravətli,
orijinal, bədii ifadə vasitələrilə, ürəyə yatan ahəng və cazibədarlıqla, ən
yüksək bədiilik tələblərinə cavab verən səviyyədə təsbit olunmasıdır.
Şəhriyarın yaradıcılığında xalqın maddi və mənəvi həyatının bütün
cəhətləri, insan taleyinin bütün yönləri üçün görməli, götürməli, öyrənməli,
faydalanmalı məqamlar istənilən qədərdir. Bu misralar əsasən Qurban
bayramı münasibətilə xalqa ünvanlanmış mübarəkabadlıq sözlərindən
ibarətdir.
Başdan, candan keçən millət,
Bayramın mübarək olsun!
Küfrü kəsib biçən millət,
İslamın mübarək olsun.
Ay atalar, ay analar,
Ehsansız qəbul olubdur.
Kuyi-Minada kəsilən
Qurbanız qəbul olubdur.
Cihada bel bağlayandan
İmanız qəbul olubdıır.
_____________Milli Kitabxana______________
Səflər içrə san verdin sən,
Cəbhələrdə can verdin sən.
Millətüvə kömək çıxdın,
Qansızlara qan verdin sən.
O pak qana qanlar qurban, bayramın mübarək olsun!
O pak cana canlar qurban, bayramın mübarək oisun!
... Dünyadan vaz keçən oğul, bayramın mübarək olsun!
Şəhid camın içən oğlu, bayramın mübarək olsun!
(“Bayramın mübarək olsun”)
Şəhriyarın bu sözləri məşhur "Hədiqətüs-süəda" əsərində Kərbəla
faciəsinin ürəkləri yandıran məqamlarını təsvir etmiş böyük Azərbaycan
şairi Məhəmməd Füzuli Bağdadinin kəlamı ilə çox gözəl səsləşir:
Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,
Nəqdi-can sərf eyləyib, dünyada kam almaq gərək!
İcz ilə dönmək ədudən səhlidir, himmət tutub
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!
Hər iki əsri oxuyarkən bəzən adama elə gəlir ki, Şəhriyar da, Füzuli də
bu misraları yazanda öz qələmlərini mürəkkəbə yox, ürəklərinin qanına
batırmışdır. Odur ki, Füzulinin İmam Hüseyn faciəsini əks etdirən məşhur
məqtəlini müqəddəs Kərbəlada qələmə almasından 450 il, Şəhriyarın isə
Təbrizdə camaatta bayramlaşmasının nəticəsində doğulmuş "Bayramın
mübarək olsun" şerinin yazılmasından isə təqribən 30 il keçdiyinə
baxmayaraq, həmin əsərlər dərin ümumiləşdirmə keyfiyyətinə malik
olduqları üçün bir çox digər ölkələrdə, o cümlədən də bizim tərəflərdə hər
kəsi düşündürür. Qəlbində Allah nuru olan bu şairlər oxucu və
dinləyicilərinə təlqin edirlər ki, azadlıq, istiqlaliyyət, müqəddəs dinimiz
yalnız xəyal bəsləməklə əldə edilən nemətlər deyildk. Dini mübarəkimizi,
azadlıq və istiqlaliyyətimizi, vətən sərhədlərinin toxunulmazlığının əldə
silah cəbhələrə gedən qeyrətli vətən balaları öz qanı və canı ilə
qazanmalıdırlar. İranın qeyrətli övladları Yaxın Şərqin ən güclü
_____________Milli Kitabxana______________
orduya, hərbi texnikaya malik olan şahlıq səltənətinə qarşı şanlı
mücadiləsində, beynəlxalq imperializmin fitnələrindən doğmuş "Körfəz
müharibəsi" zamanı yadellilərə qarşı apardığı qəhrəmanlıq mübarizəsində
bunu dönə-dönə sübut etmişdir.
Şəhriyarın azadlıq və istiqlaliyyətin tərənnümünə həsr olunmuş bu ruhlu
əsərləri İranın şimal qonşusu olan Azərbaycan cümhuriyyətindəki bugünkü
durumu, xalqımızın düçar olduğu ağır müşkülləri və təcavüzə qarşı
mübarizəsini də müvəffəqiyyətlə ehtiva etməkdədir. On beş ildən artıqdır
ki, Azərbaycan öz nankor qonşusu Ermənistanın silahlı təcavüzünə məruz
qalmışdır. "Arxalı köpək qurd basar" demişlər. Rusiya cəbhəxanalarından
gah gizlin, gah aşkar yollarla alınan, bahası hər dəfə milyard dollarla
hesablanan ağır silahlarla təchiz olunmuş düşmən torpaqlarımızın iyirmi
faizini işğal etmiş, o ərazidə ələ düşən, dişə dəyən nə varsa, hamısını soyub
aparmışdır. Məscidlər, məktəblər, səhiyyə ocaqları, ictimai iaşə binaları
dağıdılmışdır. On minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, hesabı dəqiq
bilinməyən soydaşımız yaralanmış, bir milyondan artıq müsəlman öz
doğma ev-eşiyindən, od-ocağından qaçqın düşmüşdür.
Çadırlarda
acınacaqlı güzəran keçirən bu zavallı həmvətənlərimizin bir qisminə kömək
əli uzatdığı üçün əlinə düşmüş bu fürsətdən istifadə edərək, İran İslam
Cümhuriyyətinin dövlətinə, bu ölkədəki öz din qardaşlarımıza dərin
minnətdarlığımı bildirirəm.
Ədalət nazilər, amma üzülməz deyiblər. Əlbəttə, belə qalmayacaq. Ya
beynəlxalq dairələrin nəzarəti altında sülh yolu ilə və yaxud da Şəhriyar
şerinin
qəhrəmanları
kimi
qanımız,
canımız,
başımız
bahasına
torpaqlarımızı təcavüzkardan təmizləyəcəyik və o zaman, el arasında
deyildiyi kimi, bizim də küçəmizdə bayram olacaqdır, inşallah!
Mən buna bütün varlığmıla inanıram və oxucuları da inandınram ki,
həmin bayramda məsud vətəndaşlarımızın oxuyacaqları mahnılar, şeirlər
arasında Şəhriyarın bu misraları da özünə yer alacaqdır:
İnqilabdan kam almışıq,
Nəngi verib, nam almışıq,
Küfrdən islam almışıq,
Taza ilə taza girdik,
Qışdan çıxıb, yaza girdik.
Dostları ilə paylaş: |