_____________Milli Kitabxana______________
Bircə bəndini nümunə kimi verdiyimiz "Səhəndiyyə" şeri dərin xəlqi
məzmunu zəngin, obrazlı ifadə vasitələrilə və bu dərəcədə ahəngdar əks
etdirməyin bariz nümunəsi kimi S.Vurğunun, R.Rzanın və B.Vahabzadənin
ən yaxşı əsərlərilə, Şəhriyarın özünün "Heydərbabaya salam" poeması ilə
yanaşı durur. Ədəbiyyatımızın ənənəvi janrı olan qəzəli də ana dilimizdə
sadə, aydın və yenə də ahəngdar səsləndirmək baxımından bu beytlər nadir
nümunələrdir:
Çoxlar incikdi ki, sən onlara naz eyləmisən;
Mən də incik ki, mənim nazımı az eyləmisən.
...Hər baxışda çalısan kirpiyi mizrab kimi,
Bir qulaq ver bu sınıq könlü nə saz eyləmisən!
Bir halda ki, söhbət obrazlılıqdan və ahəngdarlıqdan düşdü, Şəhriyarın
"Aman ayrılıq" şerinin bu bəndinin üstündən qətiyyən sükutla keçmək
olmaz:
Ayrılıq gələ bir kərəm qıla:
Bir neçə gün də bizdən ayrıla.
Qəm də bir biz tək saralıb-sola;
Hanı bir belə güman, ayrılıq?
Aman ayrılıq, aman ayrılıq!
Yüz illər boyu Şərq, o cümlədən də Azərbaycan şerində ayrılıqdan
(hicrandan) dönə-dönə, acı-acı şikayətlər edilmiş, vətən həsrətindən də az
yazılmamışdır. Lakin bu şeirdə ayrılıq ilk dəfə olaraq geniş miqyaslı ictimai
anlam səviyyəsinə qaldırılmışdır. Şair ayrılığı müşəxxəsləşdirib ondan
xalqa kərəm qılmağı diləyir, həmişəlik olmasa da, barı bir neçə günlüyə
ayrılığın bizdən uzaqlaşması təmənnası ilə az qala ona yalvarır ki, xalqın
bir çayın iki sahilində yaşayan, dəmir pərdə ilə ayrı salınmış iki parçası qısa
bir müddətdə, bir neçə günlüyə də olsa bir-biri ilə görüşə, qovuşa bilsin,
qohum-qardaş bir-birinin ölüb-qalanından xəbər tutsun...
Şəhriyar ayrılığı bir növ qarğış obyektinə çevirmişdir; həm də misraların
birində bənzəyənlə bənzədilən arasındakı münasibətlər çox ustalıqla
səciyyələndirilmişdir: "qəm də bir biz tək saralıb sola".
_____________Milli Kitabxana______________
1990-cı ildə hər iki tərəfdən qohum-qardaşın dəstə-dəstə sərhəd xəttini
yarıb bir-birilə görüşməsi epizodları yəqirı ki, çoxlarının yadındadır.
Sərhədçilər o zaman adamlara niyə atəş aça bilmədilər? Çünki onları
Şəhriyarın, onun xalqının ahı tutmuşdu; qəm də ahın təsirindən saralıb-
solmuş, aylıq qısa bir müddətə də olsa bizdən üz döndərmişdi...
Mənim qənaətimə görə, indi sərhədlərimizdə gediş-gəlişin səhmana
düşüb vüsətlənməsində "Heydərbabaya salam" və "Aman ayrılıq!" müəllifi
Şəhriyarın tarixi xidmətləri heç bir diplomatın, əlbəttə, heç bir silahlı
qüvvənin xidmətləri ilə müqayisədə ölçüyə-gəlməz dərəcədə böyükdür.
Tamamilə təbiidir ki, bu gün Şəhriyarın həyat və yaradıcılığı onun sənətinin
qaynaqları, poeziyada sələfləri, şerinin məna və mətləb dərinliyi, kəlamının vüsəti,
incəliyi, poetikasının sirləri, əsərlərinin bütün hüceyrələrinə hopub onların
mahiyyətinə çevrilmiş xəlqiliyin üfüqləri Təbrizdə də, Bakıda da, Ankarada da,
İstanbulda da, Berlində də bir sıra digər Asiya və Avropa elmi dairələrində də
alimlərin diqqət mərkəzindədir.
Mən isə gələcəkdə hərtərəfli işlənməsini vacib hesab etdiyim bir-iki məsələyə
dair mülahizələrimi oxuculara çatdırmaq istərdim. Bu vacib
məsələlərdən biri
Şəhriyar
yaradıcılığının
və
Azərbaycan
poeziyasının
irs-varis
münasibətlərinin araşdırılması ilə bağlıdır.
3
Şəhriyarın yaradıcılığını alimlər haqlı olaraq Şərqin Xaqani, Nizami,
Sədi, Hafiz kimi dahi söz və fikir bahadırlarının irsi ilə üzvi əlaqədə tədqiq
edirlər. Lakin onun ana dilində yazmış sənətkarlarla əlaqələrindən nadir
halları çıxmaq şərtilə demək olar ki, bəhs edilmir. Halbuki, Şəhriyarın
əsərlərində bilavasitə Füzulidən də, XVIII-XX əsrlərdə inkişaf etmiş "bu
taylı" poeziyadan da nə isə bir duz var. Başqa cür desək, Şəhriyarın mövzu
və mənaca zəngin, şəkilcə, təsvir və ifadə vasitələri etibarilə əlvan sənət
bağçasında klassik Azərbaycan dilli şerin ətrini verən çiçəklər də az deyil.
Tipoloji baxımdan bu keyfiyyətlərin araşdırılması Şəhriyar irsinin
məktəblərimizdə öyrədilməsi baxımından da çox maraqlıdır.
_____________Milli Kitabxana______________
Elə Molla Pənah Vaqifdən başlayaq. Onun ən geniş yayılmış
şeirlərindən birini - "Bayram oldu..." qoşmasını yadımıza salaq:
Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdu.
Düyilə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalumız var.
Allaha şükür ki, kamal da yoxdur
İndi də tanınmış şairəmiz Hökumə xanım Billurinin tərcüməsində
Şəhriyarın "Yoxdur" rədifli qəzəlindəki bəzi beytlərə fikir verək:
Bizim ki, süfrəmizdə yavan çörək də yoxdur,
Toxa nə var, yoxsula isti xörək də yoxdur,
Qış günü pambıqdan ağ, üzüm kömürdən qara
Ocaqda yandırmağa quru təzək də yoxdu.
... Nə camaldan, nə də ki, kamaldan pay almışam
Həsrətinə yanmağa bir şux mələk də yoxdur!
Biri Azərbaycan dilində, aşıq şeri ahəngində, qoşma janrında, digəri isə
fars dilində, klassik Şərq şeri ruhunda, qəzəl janrında təqribən 150 illik
zaman fərqində yazılmış bu iki orijinal əsərdə biri-biri ilə səsləşən ümumi
cəhətlər vardır! Şeirlərin ikisi də üzü qara yoxsulluqdan acı-acı şikayət
notları ilə aşılanmışdır. Bu əsərlərin ikisində də yoxsulluq istedad, hünər
sahibi olan sənətkarların dərdi kimi ümumiləşdirilmişdir. Lakin bir vacib
poetik detal "Bayram oldu..." qoşması ilə "Yoxdur" rədifli qəzəli xüsusi bir
ortaq məxrəcə gətirir ki, onu ayrıca qeyd etmək vacibdir. Həmin ortaq
məxrəc hər iki
Dostları ilə paylaş: |