MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə96/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   92   93   94   95   96   97   98   99   ...   106

_____________Milli Kitabxana______________

BİLİK

İnsanlar biliklə hörmət qazanar,

Bunu heç bir zaman unutma, zinhar!

Bilməmək, bil günah sayılmaz müdam,

"Bilmhəm" deməkdən utanmaz adam.

Cəhli iqrar etmək səmimiyyətdir,

Haqqı danmaq isə alçaq sifətdir.

Düzlüyü özünə bir hünər bil sən,

Çəkinmə bilməyib üzr istəməkdən.

Ancaq avam ikən bəhs etsən, inan,

Dərhal bilinər ki, əsil avamsan.

Yalan zərər verər daim insana,

Yalançı bənzəyər məlun şeytana.

Günaha batarsan yalan deyərkən,

Hörmətdən düsərsən el içində sən.

İnsan hər bir şeyi bilə bilməz tam,

Bircə Allah bilər hər şeyi tamam.

Biliklə ucasan, bunu anla, qan!

Alim doğulmamış heç kəs anadan.

Bilməmək qədrini azaltmaz şəxsin,

Lakin öyrənməmək eyibdir, yəqin.

Əhrimən xisləti öyrənməməkdir,

Bu can düşmənini boğmaq gərəkdir.

Ar etmə biliyi əldə etməkdən,

Yoxsa ömür boyu boş qalar kəllən.

Öpməkçin müqəddəs bir mövqe varsa,

O da müəllimin əlidir, anla!

BEHİŞT VƏ CƏHƏNNƏM

Cənnətdə vuruşdu Adəmlə Şeytan,

Allahın acığı tutduğu zaman,

Onları endirdi yerə haman dəm,

Dedi: buradadır cənnət, cəhənnəm.

Cənnətdir, olarsa sülh ilə səfa,

Dünya cəhənnəmdir, etsəniz dava.



_____________Milli Kitabxana______________

Gör necə nadanıq, necə də aciz,

Şadlığı kədərə dəyişirik biz.

Məgər görməmişik cəngi-cahanı,

Od vurub yadırdı bütün dünyanı.

Yanğından otuz il keçsə də bu dəm,

Hələ də matəmə qərq olmuş aləm.

Bizə gah qəm verən, gah şadlıq verən –

Allah xatirinə çalışaq həmən.

Döndərək cənnətə bütün aləmi,

Olmasın hec kəsin kədəri, qəmi.

***

İsti qucağındır cənnətim, ana,

Ülfətim, şəfqətim, həsrətim ana.

Əlimdən alsa da ruzigar səni,

Gözlərim daima axtarar səni.

Şirin laylalarmın qulağımdadır,

Gözünün işığı çırağımdadır,

Əllərin beşiyi tərpədir, ana,

Dilinsə yalvarır göy asimana.

Axı bu gecəli-gündüzlü karvan,

Sənsən bu karvanın başında sarban.

Səsindir karvanın həzin ahəngi,

Laylayın olmuşdur dəvələr zəngi.

Yuxuda, xəyalda səninləyəm mən,

Sənin həsrətindir saçımdakı dən.

Laylayın ruhumda səslənir mənim,

Könlüm şəfqətinlə bəslənir mənim,

Daima duyuram qüdsiyyətini,

Uca xislətini, ülviyyətini.

Evdə nəyə baxsam nəzərdə sənsən,

Sənin varlığını unutmaram mən.

Vardır hər guşədə səndən nişanə,




_____________Milli Kitabxana______________

Sən işıq saçırsan bu xanimanə.

Ananın qədrini bilərsə külfət,

O evdə qol-qanad açar məhəbbət

Analı evlərdə cənnət yaranar,

Anasız evlərdə həsrət yaranar.

Döşlərin bir şirin ceşmədir, ana,

Bütün həyatımı borcluyam sana.

Behişt nəğmələri sənin səsindir,

Ruhumu oxşayan pak nəfəsindir.

Ana, qüssələrin qüssəmi aldı,

Gözüm nağılların dalınca qaldı.

Sənin pənahında qaldıq bir zaman,

Qorxmadıq divlərdən, damdabacadan.

O doğma qucağın olduqca sipər,

Qorxuda bilmədi bizi ifritlər.

Ana qayğısını görmüşsə hər kəs,

Onu, mənim kimi, unuda bilməz.

Yetimlik titrətsə söyüdtək canı,

Yəqin ki, dərk etməz əsil ananı.

Bir şagird anadan yetim qalarsa,

Onun qaşqabağı açılmaz əsla,

Ananın südündən doymadan uşaq,

Yetimlik çəngində inləyər ancaq.

Ananın südüdür bizi güldürən,

Ananın südüdür bizə ruh verən.

Kimə ki anası şirin can olar

Həyatı boyunca mehriban olar

Ana sevgisini görməyən bir kəs,

Heç kəsi bəladan qurtara bilməz.

Hörmət pərdəsini yırtanlar yəqin,

Uşaqkən görməmiş ana ülfətin.

Anacan, biz çətin hala düşərkən,

Cənnətə döndərdin cəhənnəmi sən.

Ana, gülüşünlə üfüqlər gülər,

Səmadan elə bil şadlıq tökülər.

Sənin şadlığınla yox olar dərd, qəm,

Ağlasan matəmə bürünər aləm.




_____________Milli Kitabxana______________

Ölüm aparsa da cismini, ana,

Sənsən həyat verən cisminlə cana.

Olmuş gül camalın mənə gülüstan,

Könlün qəm evində nurlu çırağsan.

Sənin göz yaşların səfamı almış,

Məni məhəbbətin oduna salmış.

Sınmış rübabımın sənsən fəğanı,

Sayəndə yaratdım mən bu divanı.

Sənə oxuyardım şerimi müdam,

Sən getdin, yüz qüssə qaldı natamam.

Həmişə ümidlə gözlərdin məni,

Mən isə ümidsiz gözlərəm səni.

Yadıma düşdükcə əzablı günlər,

Ürək kabab olur, odlanır ciyər.

Balalar yolunda keçdin canından,

Sən getdin, dağıldı sanki xaniman!

Ey ana, üzünü görmərəm daha,

Sən getdin, ümidim qaldı Allaha.

Sənin duan ilə yaşayıram mən,

Behiştlik olaram sən razı getsən.

Gözünlə baxsalar əgər dünyaya,

Heç kəsin qəlbində qalmaz kin, riya.

Allah rizasıyla baxır analar,

Ana sevgisində müqəddəs güc var.

Bir uşaq qanına qıysa bir barmaq,

Ana qarğışından cəza alacaq.

Xain çıxsa əgər bir qız, bir oğlan,

Qurtarmaz ananın ahü-vayından.

Ana hörmətini saxlamayan kəs

Ömrü boyu hörmət qazana bilməz.

Bəşərdə anaya ehtiram olsa,

Tökməz bir-birinin qanını əsla.

Dünyanı fəth etsə ana hörməti,

Yaradar dünyada əsil cənnəti.

Belə söyləmişdir böyük Məhəmməd:

"Ana ayağının altıdır Cənnət".



_____________Milli Kitabxana______________

BƏDBƏXTLİK

Gedir bədbəxtliyin ardınca bu avarə iranlı,

Qara bəxtini istiqbal edir biçarə iranlı.

Küçə, meydançada fal açdırır bədbəxt arvadlar,

Durub rəml atdırır rəmmalə, bəxti qarə iranlı.

Gəda divar küncündə elə cansız dayanmışdır,

Deyərsən ki, şəkil çəkmiş uçuq divarə iranlı.

Zülm qəsrində dustağəm, gözüm qan-yaş tökər daim,

Aman Allah, necə dözsün bu ahü-zarə İranlı.

Şınm açnnşdır alnında qoca vaxtda riya xətti,

Niyə möhtac o!ub ya reb, niye idbarə iranlı?

Dağılmışdtr könül mülkü, qəmin sultanı hökm eylər,

Gözəl Yusifini çəkmiş yenə bazarə iranlı.

Sən öz çiynində, öz azuqəni düşmənlərə çatdır,

Utanma əhl-əyalından, satıl əğyarə, iranlı!

Bizi qoymuş siyasətlər od ilə su arasında,

Nə vaxtdandır yad əllərdə çəkilmiş darə iranlı.

Elin amalını əks etməlidir məclisi-şura,

Cəhalət Kəbəsi məclis, dönüb zəvvarə iranlı.

Talanmış mərkəz əmrilə bizim ucqar vilayətlər,

Bizə yad olduğunca, doğmadır yadlara, iranlı.

Nədir atomlar əsrində cəhalət sehrinə düşmək?

İtirmiş ağlını vallah, açıq-aşkara iranlı.

Ümidin bar verər bəlkə, ümidsiz, Şəhriyar, olma!

Çıxar ağ günlərə bir gün, bu bəxti qarə iranlı.

CAMAL VƏ KAMAL

Bizim ki, süfrəmizdə yavan çörək də yoxdur,

Toxa nə var, yoxsula quru əppək də yoxdur.

Bir ərizə yazaraq, iş istədim rəisdən,

Cavab verdi: iş yoxsa, işə istək də yoxdur.

Əgər pozun alisə, cibin xalisə sənin,

Mənim ki, ürəyimcə şalvar-pencək də yoxdur.

Səy ilə bu ölkədə işlər getmir irəli,

Bir tufan qoparmağa qızıl şimşək də yoxdur.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə