MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə37/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   33   34   35   36   37   38   39   40   ...   106

_____________Milli Kitabxana______________

Ömür gedib, köçür artıq bu karivan, ey gül,

Bu yolda sən də mənim tək güzar edib getdin.

Amandı, zülfünə şanə toxunmasın bir də,

Könül evin əbədi tarimar edib getdin.

Nigarı tərk eləmək bizlərə deyil adət,

Vəfasızım, niyə bəs tərki-yar edib getdin?

Gülüm, səhər şəfəqim, mənsə bir sönən şəməm,

Bu son nəfəsdə təbəssüm nisar edib getdin.

Ümid təkcə sən idin, alovlu eşqim sən,

Şəbidinəm, məni şəmi-məzar edib getdin.

Vüsalə, hicrə özün hakim idin, ey dilbər,

Mənə həmişə feraq ixtiyar edib getdin.

Mənim gözəl maralım, tülküyə şikar olma,

Məhəbbətinlə sən aslan şikar edib getdin.

Xarab könlüm işıqlandı şəmi-arizlə,

Məni qəzəldə, gülüm, Şəhriyar edib getdin.

ƏBƏDİ XƏZAN

Günəşim, ay üzlü yarım məni dərdə yar edibdir,

Nədən ötrü, sor qəmindn, məni böylə zar edibdir?

Demə aşiqin bəlası fəqət ayrılıqdı ancaq,

Məni vəslin intizarı əcəb intizar edibdir.

Bu cavanlığın meyindən belə sərxoş olmusan sən,

Görə bilmisən ki, həsrət məni də xumar edibdir.

Elə sanma Xosrovun var yenə də şikarə meyli,

Bu kəməndi-zülfi-Şirin həvəsi şikar edibdir.



_____________Milli Kitabxana______________

İti kirpiyin bir iynə, sapı öz telindən olsun,

Yaralı könül həyatın sənə etibar edibdir.

Elə bil şikəstə sazam, acı keçmişin xəyalı,

Məni sevgilim, özündən sənə yadigar edibdir.

Qəmi-ruzigara söylə, məni öz halımda qoysun,

Məni böylə qəm əsiri, qəmi-ruzigar edibdir.

Demə arzumun bahan əbədi xəzanə məhkum,

Nə qəm ol xəzanə ki, yaz onu tarumar edibdir?!

Ürəyim yanan ocaqtək yenə odlu sözlər istər,

Alışan, yanan bu qəlbim məni Şəhriyar edibdir.

TƏDRİCİ ÖLÜM

Gəncliyimdən xəcalətəm, çünki yoxdur zindəganlıq,

Həyatımda nə sevinc var, nə bir fürsət, nə cavanlıq.

Az ömrümdə cana doydum, həyatımdan bezdim inan,

Nə yaxşı ki, birce ömrə yazılmamış cavidanlıq.

Oyananda hər gün səhər qara bulud gördüm ağlar,

Bu üfüqlər bircə dəfə görməmişdir şadmanlıq.

Bəlkə kədər özü mənə bir tədrici ölüm ola,

Əfsus ölüm özü belə olmamışdır bircə anlıq.

Sillələrlə üz qızardan elə bilmə təkcə mənəm,

Bu məclisdə bir üz belə görməmişdir ərğəvanlıq.

İt cildində pasibanlıq eyləyən o qurdlara bax,

Ağa canı belə deyil, belə olmamış çobanlıq.

Xəzan vurmuş Şəhriyarın gülşənini, gülünü de,

Bülbül təbi susan gündən qalmamışdır nəğməxanlıq.

QƏMLİ NEY

Bu gecə ay ürəyə təskindi,

Ayrılıqdan mənitək küskündi.

Ayrı düşdüm günəşimdən, ayrı,

Ey hilal, dərdini duydum indi.

Gəz pərişan bu məhəbbət çölünü,




_____________Milli Kitabxana______________

Ürəyimdə yenə həsrət dindi.

Göz yaşı gövhəri saxlar ətəyim,

Ətəyində gövhərin min-mindi.

Qəm qubarın hamı mehtabla yuyar,

Bu gecə mehtab özü qəmgindi.

Taleyimtək səni məhzun görürəm,

Gözlərim inci tökər Pərvindi.

Gül əkər, xar dərər bağbanlar,

Get gülüm, layiqin ol gülçindi

Torpağından göyərib Fərhadm,

Qəmli ney bəlkə dinən Şirindi.

Poz, dağıt, dər, sovur, xəzan küləyi,

Padaşın bircə eylə nifrindi,

Qapımı hey döyür bu tufanlar,

Ey qaranquş, tələs, fərvərdindi.

Şəhriyara, məhəbbət olsa əgər,

Elə dünya sənin behiştindi.



VƏHŞİ ŞİKAR

İntizarda qoyduğun məni yetər, sevgilim,

Aynlığın ölümdən daha betər, sevgilim.

Dünən zülfün dil açdı sazın pərdelerində,

Ayrılığın əzabı nə vaxt bitər, sevgilim?

Sazım kövrək sözümlə dil tapmışdı bu axşam,

Sandım qara günüm də sona yetər, sevgilim.

Ulduz batdı, öldü şam, kimsə oyaq qalmadı,

Yuxum xəyallarında batar, itər, sevgilim.

Dedin ki, Rey qızları, şair, laləüzlüdür,

Səndən başqa gözəllər, gözə neştər, sevgilim.

Təbim kəməndə düşmüş, ahu şikar istəməz,

Aslandır, aslan kimi şikar istər sevgilim.

Sındırmaz zindanları heç vaxt acı tənələr,

Dünya qəfəs olsa da, ürək ötər, sevgilim.

Xəcalətdən ölürəm, sənsiz diriyəm hələ,

Sənsizliyim nə zaman sona yetər, sevgilim.

Şerin tacı başımda, sənsizəm, ey qəzalım,

Eşqin mülkündə şair şahlıq istər, sevgilim.



_____________Milli Kitabxana______________

GÖVHƏR SATAN

Ömrümü sənə qıydım, eşqində ilk qurbanam,

Sən artıq bir anasan, mənsə subay-sultanam.

Sən cigərparəni də süddən ayırdm, gülüm,

Çarəsiz yalqızınam, dərbədər, bağın qanam.

Ürəyimin qanını içərəm səhər, axşam,

Budur günahım: ancaq düşünən bir insanam.

Eşqimin sərabında itdi cavanlığını da,

Xatirat qoynunda da qəlbi qırıq cavanam.

Atan qızıla satdı sənintək gövhərini,

Bu eşqin yollarında viranə xanimanam.

Necə qiymətsiz imiş boyük eşqim, hünərim,

Kim bilir ki, dürr ilə varlanmış bir ümmanam.

Kaş ki, girov qoyaydım qızıla hünərimi,

Bu alver bazarında oli boşda qalanam.

Dünya lənətləmişdir bu on üç rəqəmini,

Mən də bu rəqəm kimi hər yerdən qovulanam.

Köhnə əhdi, ilqarı bir də təzələməkçün

Gülüm, sizin qapıdan yol salardım bir zaman.

İndi özgəninkisən, mənə bəsdir xatirən,

Məni başqa biçimdə yaratmışdır bu dövran.

Qəlbimdə dalğalanan ləl, yaqutdur qanım,

Bu ömür kürəsində mənəm alışan, yanan.

HİCABIN ÜZ QARALIĞI

Aytək üzündən at, gözəlim, o niqabı sən,

Ta ki, xəcalət eyləyəsən afitabı sən.

Gör, mən yazıq ki, gözlərinin bir fədasıyam,

Bundan xərab eyləmə mən tək xərabı sən.

Qorxum budur ki, tapmayasan gülməyə macal,

Axtar bu göz şüşəmdə o gülgün gülabı sən.

Onda ki, gözlərin süzülüb bir çimir gəzər,

Qov lap uzaqlara belə qəflətli xabı sən.

Gör, inqilab bayrağı zülfündə gizlənir,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə