MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə45/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   41   42   43   44   45   46   47   48   ...   106

_____________Milli Kitabxana______________

Nə xoşdu xəstə dəmimdə əgər gələ nigarım,

Yenə təbibim ola gözləri xumar mənim.

Kəsib məlamət ilə sultanım sözü, getdi,

Sanıbdı söhbətimi bəlkə də o ar, mənim.

Bu qönçə qəlbimi həsrət yamanca sarsıtdı,

Yenə açılmayacaq gəlsə yüz bahar, mənim.

İlahi, qaytar özün Şəhriyara nəğməsini,

Desin, baharda gələr xatirimə yar, mənim.

ƏBƏDİYYƏT

Əbədiyyət nə zaman, harda təcəlla elədi,

O bizim ayinədə qəlbləri yəğma elədi.

Biz də şahid sayağı onda necə məğrur idik,

O da bu ayinəyə böylə tamaşa elədi.

Qəlbimin tüstüsü eşqiylə yanan oddandır,

Külə dönmüş sinəmi ayəti-sina elədi.

Müddəi atdı üzündən elə ki, örtüyünü

Eşqini saldı üzə məlumi-dünya elədi.

Sənilə aşina olmaq elə asan da deyil,

Gözlərin sirrini qaşlar açıb ifşa elədi.

Məst olub saqi ilə mən də şəbüstanda idim,

Sübh eşitdim ki, şərab kuzədə qovqa elədi.

O sədəf camın içində iri bir dürr gördüm,

Sanki zülmət gecəni ay yədi-bəyza elədi.

Ey kərəm sahibi, bu gövhəri kim verdi, dedim,

Dedi bu töhfəni bəxşiş sənə dərya elədi.

O ki, öz başmı şəmşirə verib xoşluq ilə,

Bizə şam oldu, fəqət sirrini ifşa elədi.

Külə dönmüş sinəsində şəmi pünhan tutdu,

Odlanan qəlbi yenə göz yaşı rüsva elədi.

Ürəfa məclisi idi bu ötən gün, orada

Hafizin şeri yenə mərəkə qovqa elədi.

Kipriyinlə tozunu sil bu sənət məbədinin,

Dərdinə, istəyinə bəlkə müdava elədi.



_____________Milli Kitabxana______________

BU SƏNSƏN, HAFİZ

Hüzuruna gəlmişəm, əl çəkməm damənindən,

Bəxtimə inanmıram, doğrudan bu sənmisən?

Dolanmışam Şirazı, düşüb əldən-ayaqdan,

Ayağına baş qoyub rahatlanım indi mən.

Kəbəndə savad aldım, ancaq ürək dedi ki,

Kəbəni görmək üçün bu səfərə çıx hətmən.

Müsəlmanlar, sinəmdə bu Kəbədən alov var.

Bu atəşə alışmaz qəlbi kafir bir bədən.

Ürfan kitabxanəsi kitablarla dolubdur,

Hafizin şerindədir, məhəbbətdən olan fən.

Bu torpağın altında Hafiz yatır, İlahi,

Niyə matəm səsinə qərq olmayıb bu gülşən.

Bu camıma şərab süz, pəhriz etmək hədərdir,

İçimdə atəşim var, pəhrız edim mən nədən.

Hafizin qəbri üstə dua etmək vacibdir.

O, səadət çətrini edib ömrümə yelkən,

Əziz tut öz canından, Şəhriyar, bu türbəti,

Müqəddəsdir səninçin Hafiz yatan bu mədfən.

HAFİZDƏN SÖZ AÇARKƏN

Qiblə bildim haranı, mən səni gördüm, canan,

Qaşmı mehrab edib çünki əzəldən yaradan.

Üzünün xəttidi hər çöhrədə aydın görünən,

Aynanı saxlamısan pərdə dalısında nihan.

Zülflərin çiyninə düşmüş ipək örtük yerinə,

Topuğa tək uzanan qara saçındı, ya ilan?

Qəlb evində bataca bir baca var xəlvətdə,

Kuyinə bir cığır açmış ürəyim o bacadan.

Bunu eşq əhli olanlar hamısı yaxşı bilir,

Sənə eşqin qalasın almaq olubdur asan.

Qəlb evin yıxmağa çatmaz hünəri Əhrimənin,

Qala olmuş komanı məhv edə bilməzlər, inan.

O ki, bağlar qapını bil ki, sənin cadundur,

Qapını qırmağa tək səndə var ancaq imkan.



_____________Milli Kitabxana______________

Su axan yerdə çinarlar ucalar, kölgə salar,

Tək sənin kölgənə həsrət çəkir hər aşiq olan.

Hər kimin var şərabı kuzədə, bil cənnəti var,

Mənə cənnət yolunu camdakı mey verdi nişan.

Sinədə olmuş o əfsanə, ya zərgər danasın

Qaşın ilə gözünün işvəsi etmişdi yalan.

Bizdə divanəlik üz versə də vardır səbəbi,

Zülfünün silsiləsində eləyib fitnə məkan.

Qocalıq dərdi soyutdu bədənimdə həvəsi,

Sən mənim eşqimə həm dərman idin, həm loğman.

Şəhriyar hardakı səndən söz açır, ey Hafiz,

Ləl kimi bil qızarır onda xəcalətdən hər an.

İRƏCİN QƏBRİ BAŞINDA

Başını qaldır, ey İrəc, təzə dövran gəldi,

Çünki əmr oldu, sənin eşqinə heyran gəldi.

Söhraba töhfəsi Simurğ quşunun ləngidi çox,

Çox təəssüf ki, gec oldu ona səndan gəldi.

Sanki, səndən onun heç qorxusu yoxdur əsla,

Şir ölüb, meydanına körpəcə ceyran gəldi.

Qalx, bahar gəldi, təbiətdə yenə qovqa var,

Biz də pərvanə olaq, sevgiyə meydan gəldi.

Ruhum arxanca uçan quş kimi pərvaz eləyir,

Görürəm söhbət uzandı, boğaza can gəldi.

Sən də qaldırbaşını, torpağın altdan, İrəc,

Bu cavan nəsl məzar başına mehman gəldi.

Gec gəlibsə bu şirin üzrünü sən gəl qəbul et,

Çünkü üzr istəməyə indi bu imkan gəldi.

Bu günahın səbəbin sorma, həyatdan gəlir o,

İmkanı yox, bu əmrdən çıxa insan, gəldi.

Nəsimin laylayıdır, yoxsa neyin naləsidir,

Dinlə pəsdən, ya da zildən niyə nalan gəldi?

Gülzarın bülbülünə bənzəri vardır təbimin,

O behişt quşlarıtək etməyə tüğyan gəldi.

Tapşır eşq məktəbini Şəhriyara, ey ustad,

Deməsinlər bu məqama o da asan gəldi.



_____________Milli Kitabxana______________

EŞQİN İNTİQAMI

Meylin salıb ol mah, cəfakara özündən,

Qəlbin verib o indi dilizara özündən.

Hərçənd mənim tək ona min-mindi giriftar,

Olmuşdu giriftar, o giriftara özündən.

Çox qəlbi giriftarlara vermişdi cəfalar,

Axırda giriftardı cəfakara özündən.

O xəstə gülün çoxlu pərəstarları vardır,

Bax indi pərəstardı o, bimara özündən.

Durdum yolun üstündə onu bəlkə görüm mən,

Kimsə eləmişdi onu avara özündən.

Dünyada nə gül varsa gözümdə tikan idi,

Xar rast gələcəkmiş demə ki, xarə özündən.

Ey canım alan, ey büti-əyyar, sənə əhsən,

Çaldın, ürəyin rast gəlib əyyara özündən.

İnsaf deyil incidəsən sən o nigarı,

Rast gəlmədi çün canlar alan yara özündən.

Tapşır məni də sən ona bu eşqdə ancaq,

Qayil deyil o, çünkü vəfadara özündən.

Gördükdə şirin təbimi ol ləl dodaqlar,

Bənzətdi onu şəhdi-şəkərbara özündən.

SÜRƏYYANIN ŞÖBƏDƏSİ

O qara gözlərini süzmə, gözün qurbanı,

Bir qıya baxmaq ilə məhv eləmə pünhanı.

Fitnəkar gözdə nə var, ay onu görcək gecələr,

Özünə məskən edər dalğalı bir ümmanı.

Sən özün, gül libasın, bir də o vəhşi baxışın,

Səbrini əldən alıb saqilərin pünhanı.

Zülfünü eylə kəmənd, sal kəhərin boynuna sən,

Ahular görsə yəqin tərk eləyər səhranı.

Ovlanır indi şəhərdə nə qədər nazlı maral,

Ver xəbər, çöldə marallar bilə bu dastanı.

Qalmayıb başda nədəndir daha eşqin havası,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə