MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə46/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   42   43   44   45   46   47   48   49   ...   106

_____________Milli Kitabxana______________

Bəlkə o ahuların yoxdu buna imkanı?

Atdanıb eşqə nə ah çək, nə də tök göz yaşını,

Kim ki, haqq aşiqidir eşqin olar qurbanı.

Nəyə lazımdı qəbilə hamısı Məcnun ola,

Bəs edər bircə qəbilə sevə tək Leylanı.

Sən inanma ki, Züleyxanı unutmuş Yusif,

Qocalıq salmayacaqdır araya hicranı.

Fərqi yox, baxmayacaq olsa da Məryəm hətta,

Vamiqin axtaracaq gözləri bil Əzranı.

Yox Sürəyya kimi bu göz yaşını rəsm eləyən,

Ay ilə ulduzu rəsm eyləyən olmuş, bəs hanı?

Yetmişəm cənnətə bir gün, haram olsun, mən əgər

Özümə məskən edəm mən orada Tubanı.

Şəhriyar, sən də bizim dilbərə eyb axtarma,

Söyləmə sən o, fəramuş eləyib cananı.



HAFİZİN FALI

Nə qəm məni tərk edər, nə də ki, gəlməz həvəs,

Heyranam ki, nə yaxşı kəsilməyibdir nəfəs.

Sən olanda nə qəm var, nə də ömrün əzabı,

Haray çəksəm hayıma tapılacaq dadirəs.

Evdə dərdi-sor olsa soruşarlar tez onu,

Ancaq ürək dərdimə ortaq olmaz bircə kəs.

Yoxsulları oğrular soysa təəccüb deyil,

Çəyirtkə toxumunu milçək yesə onda bəs?

Yusif quyuda qəmgin, ulduz ona söyləyər,

Karvan gəlir, görürəm, qəmgin olma sən əbəs.

Baharın sübh yelindən təbiət də oyanar,

Ətrafa ətir yayar təzə soğanla ədəs.

Qəfəsdə qalmış quşu azad etsən getməz o,

O yazıq adət edib, cəlb edər onu qəfəs.

Bu həyatın işləri şahmata bənzər inan,

Nə qədər güclü olsa fil etməz fərzi əvəz,

Sən ibrət bacasından başını çıxarıb bax,

Bir qədər getsən əgər qarşma çıxar Ərəs.



_____________Milli Kitabxana______________

Göyün əyrisi altda zamanm selinə dal,

Gedən karvan fərqi yox bir gün dönər, ya dönməz.

Öndə də, arxada da birdir əsrin qatarı,

Eşq olanda deyirlər nə avand var, nə də tərs.

Gecə gedən divardan, ya əsadan tutacaq,

Gecə keşikçiləri qaldıracaq onda səs.

Çəməndəki gülləri bada verən dövranın

Süpürgəsi həyatda nə xar qoyar, nə də xəs.

Qaşqabaqlı oturma süfrəsində Tanrının,

Sanma ki, sən boş qalan yerə başqası gəlməz.

Gecənin zülmətində görüb Qüdsün işığın

Musa yenə yol gedər, vadidə qorxu bilməz.

Şəhriyar sübh zamanı Xacə ilə fal açdı,

Müjdə gəldi, Məsiha nəfəsidir bu nəfəs.

SƏHƏR ŞANAPİPİYİ

Kim ayağın tozunu sürmə edər, əhsən ona,

Verərəm gözlərimi döndərə o, sürmədana.

Bülbülün nəğməsinə gözlərini açdt fələk,

Tutiya etmək üçün sən yenə düşdün yadına.

Heç olubmu görəsən kama çatan xoşbaxtlar

Düşünə nakamı da, çarə edə hicranına.

Çatacaqmı görəsən göydə müsəlla yerinə,

Asiman da yetişə Şərq ilə Qərbin dadına.

Hicranın təlxəyini bilməyir eşqin təbibi,

Müşkül işdir o çata xəstələrin imdadına.

Hikmətin sirrini nadan nə bilir ki, nə desin,

Biz kimi hey soruşa, hey yana hikmət oduna.

Şah odur ki, unudub taxtü tacı, səltənəti,

Harada olsa çatar rəiyyətin fəryadına.

Yığışıb el hamısı nifrət edir düşmənə bax,

Bu geniş qəlbli rindlər eləyir şükrü səna.

Düşmən ancaq bunu bilmir ki, bu dostun əməli

Tanrının əmri ile daxil olub qəlbə, qana.

Əsl sufi şəraba məstlik üçün meyl eləmir,




_____________Milli Kitabxana______________

Məstlər guya içirlər şərabı sufiyana.

Bu kəramət ki, edirsən, o riyasızdır əgər,

Həsir ilə xalı mümkünmüdü bahəm dayana.

Asılan pərdədə ibrətlə dolu lövhə bizim

Eləyib sinəmizi xatirələrlə sinema.

Yıxılan bir kəsi görsən tut əlindən qaldır,

Bir bəla gəlsə gərəkdir dönə əllər həyana.

Şəhriyar, üzmə böyüklər qapısından əlini,

Odur imdad qapısı, çarə yox ondan o yana.



EY ŞİRAZ

Səni gördüm ürəyim oldu aram, ey Şiraz,

Verirəm baş əyərək mən də salam, ey Şiraz.

Borcluyam çünkü sənə, indi xəcalət çəkirəm,

Borcunu verməmişəm çünkü tamam, ey Şiraz.

Sən mənim bəxtim olubsan, bunu Tanrım da bilir,

Yoxdu qəlbimdə mənim özgə məram, ey Şiraz.

Bağına, bostanına baxmağa gəldim bura mən,

O gözəl güllərinin ətrin alam, ey Şiraz.

Bilmirəm bağa baxım, ya çəmənə, ya çiçəyə,

Bu gözəllikdə çaşıb qalmış adam, ey Şiraz.

Bürünüb tazə gəlin tək yaşıla boylu çinar,

Söykəyibdir buluda başını şam, ey Şiraz.

Sənin hər kərpicinin, hər daşının tarixi var,

Keçmişindən mənə verməkdə pəyam, ey Şiraz.

Sərvlər sərv kimi qızlarına bənzəmədə,

O gözəllərdi verən sərvə inam, ey Şiraz.

Əsrlər keçsə yenə Sədini olmaz unudan,

Onu illər yaşadar sanki ənam, ey Şiraz.

Sədi şerində soyub sözlərin atmış qabığın,

Söz deyil, məna olub onda kəlam, ey Şiraz.

Hafizin içdiyi ləl rəngli o meyden nə olar,

İstərəm lütf edəsən, sən mənə cam, ey Şiraz.

O xorabatda ki Xacə oturarmış, mən də

Nə ola bir bucağında oturam, ey Şiraz.



_____________Milli Kitabxana______________

Eşqdə yanmamışam, düz demir ariflər inan,

Sən yanar odsan əgər, mən hələ xam, ey Şiraz.

Yarı yanmış kimiyəm, heç xoşa gəlməz bu yəqin,

Gərək eşqimdə yanam mən də tamam, ey Şiraz.

Elə hakim deyiləm sözdə, çəkəm xəncərimi,

Söyləyəm, mən də bu meydanda varam, ey Şiraz.

Şəhriyaram, toza, torpağa boyandım yolda,

Xacə Hafiz qapısında qulamam, ey Şiraz.

İQBAL VƏ MUSİQİ

İqbala olmuş idi sevgili yar musiqi,

Güllər açdı əliylə, oldu bahar musiqi.

Səsi qulaqlarımda əks-səda verər hey,

Sanki axar dağlardan bir abişar musiqi.

Ömrün xəzan çağında min bir fəziləti var,

Budaqlarda səslənir leylü nahar musiqi.

Sinəsində aynatək cilvələnir hər zaman,

Olub lalə yanaqlı, nazlı nigar musiqi.

Bulaq kimi çağlayan ürəyimin şövqündən

Lalə açıb eylə bil bir laləzar musiqi.

Tərəzidə qizıltək, gümüştək çəkmək olmaz,

Olmayıbdır onlarla çün həməyar musiqi.

Allaha and içirəm sənin nəğmələrintək,

Görməyib indiyəcən bir şahkar musiqi.

Orda şerin qartalı uçmağa imkan etməz,

Sənin mahnılarından məclis qurar musiqi.

Farsdilli şerlərin canıma od salıbdır,

Şahinləri ovlayan göyərçinvar musiqi.

Deyər ona himmətlə İqbalın bayrağını

Götürsün öz çiyninə o şahsuvar, musiqi.

Sənin iftixarına bu qəzli yazmışam,

Eyləyirəm bununçün mən iftixar, musiqi.

Nəsil-nəsil ruzgarın dönüb ağır yükünə,

Qaldı sənin üstündə bir yadigar, musiqi.

Sən əbədi yaşarsan, səndən sonra bərbət, saz




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə