89
Procurement Systems – məhsul istehlakçılarının isteh-
salçılar ilə, alıcıların satıcılar ilə əlaqələr sistemidir. Bir qayda
olaraq, bu sistemlərdə alıcılar və satıcılar kimi hüquqi şəxslər
çıxış edirlər və bu və ya digər dərəcədə inkişaf etmiş bek-ofis
sistemləri mövcuddur.
Bundan başqa, B2B sistemlərinə Supply Chain Mana-
gement istiqaməti də aiddir ki, o da müəssisəni mal göndə-
rişləri və logistika haqqında fasiləsiz informasiya ilə təmin
edir.
• B2C
(bi-tu-si) sistemləri (Business-to-Consumer,
Biznes- stehlakçı). Elektron kommersiyanın bu növü onunla
xarakterizə olunur ki, burada müştəri kimi malların və xid-
mətlərin alışlarını və ödənişlərini nternet vasitəsilə həyata
keçirən fərdi şəxs çıxış edir.
• G2B (ci-tu-bi) sistemləri (Government-to-Bisiness,
Administrasiya-Biznes) – dövlət sifarişinin xidmət olunması.
Administrasiya-biznes kateqoriyasıına şirkətlərlə hökumət
təşkilatları arasında bağlanılan bütün sövdələşmələr daxildir.
Məsələn, ABŞ-da hökumət tərəfindən planlaşdırılan alışlar
haqqında informasiya nternetdə yerləşdirilir və şirkətlər öz
təkliflərini elektron üsulu ilə göndərə bilirlər.
• C2C (si-tu-si) sistemləri (Consumer-to-Consumer, s-
tehlakçı- stehlakçı) – elektron auksionları (hərracları), elanlar
lövhəsi və s. .
B)
Elektron kommersiya sisteminin müəssisədə yerinə
görə
:
• Elektron kommersiya sistemi müəssisənin hər bir
bölməsində element kimi
• Elektron kommersiya sistemi müəssisənin ayrıca bir
bölməsi kimi
• Elektron kommersiya sistemi filial və yaxud törəmə
ş
irkət kimi
• Elektron kommersiya sistemi kənar təşkilatların xidməti
kimi (autsorsinq)
90
C)
Müəssisənin elektron kommersiya sisteminə müna-
sibətinə görə
:
• Elektron kommersiya sistemi biznesin aparılmasının
ə
sas üsulu kimi
• Elektron kommersiya sistemi yeni bir hal kimi, biznesin
aparılmasının köhnə üsul və metodlarına əlavə kimi
• Elektron kommersiya sistemi biznesin aparılmasının
mövcud üsul və metodlarının reinjinirinqinin nəticəsi kimi
Ç)
Fəaliyyətin yenilik dərəcəsinə və yaxud elektron
kommersiya sistemi tərəfindən göstərilən xidmətlərə görə:
• Tamamilə yeni, əvvəlllər mövcud olmayan fəaliyyət
növü kimi
• Müəssisə üçün yeni fəaliyyət növü
• Keçmiş fəaliyyətin yenidən təşkili
• Köhnə fəaliyyət, elektron kommersiya sisteminin yeni,
ə
lavə imkanlarından istifadə olunmaqla
3.
Elektron kommersiya istifadəçilərinin və obyektlə-
rinin təsnifatı
Elektron kommersiya sisteminin istifadəçilərini istifadə
olunma tipinə görə, sistemdən istifadənin xarakterinə və döv-
riliyinə görə bölmək olar.
stifadəçinin tipinə görə onları fərdi şəxslərə və kor-
porativ istifadəçilərə bölmək olar.
Sistemin istifadə olunmasının xarakterinə görə onlar
malları və xidmətləri istehlak edənlərə (alanlara) və onları tək-
lif edənlərə (məsələn, C2C sistemində elektron auksionda sa-
tanlar və yaxud B2G sistemində tenderdə iştirak etmək üçün
sifariş verənlər).
Sistemin istifadə olunma dövriliyinə görə:
• Sistemdən bir dəfə istifadə edənlər (məsələn, elektron
mağazada bir alış edən)
• Dövri istifadəçi
• Daimi istifadəçi
91
Obyektlərin (malların və xidmətlərin) təsnifatı adətən
malın və xidmətin növünə görə həyata keçirilir:
stehsalat təyinatlı mallar.
stehlak malları
Elektron kommersiya sistemi vasitəsi istehlak malları
kateqoriyası daima genişlənir:
- kompyuterlər, komplektləşdirici və proqram təminatı;
- kitablar;
- geyim və ayaqqabı;
- audio CD;
- videokasetlər və DVD-disklər;
- məişət texnikası;
- güllər, hədiyyələr;
- kinoya, teatrlara və s. biletlər;
- avia- və dəmir yol biletləri, turist göndərişləri (putyov-
kaları), mehmanxanalarda yerlərin bronlaşdırılması və s.
Xidmətlərlə ticarət
:
• Autsorsinqin müxtəlif variantları (kənar təşkilatlar tərə-
findən mükafat əsasında ayrı-ayrı proseslərin xidmətinin
göstərilməsi)
• nternetə, Web-hostinqə və s. çıxış üzrə xidmətlər
• On-line nəşrlərinə və s. abunələr
• nformasiya məlumat bazasına ödənişli çıxış
• nteraktiv TV və radio
• nternet şəbəkəsinin əyləncə resurslarına ödənişli çıxış
• Distant (məsafədən) təhsil və s.
• Rabitə xidmətləri və s.
Ə
lavə xidmətlərin göstərilməsi
: satışdan qabaq- və sonrakı
yardım (məhsullar və xidmətlər haqqında tam məlumat, məhsuldan
istifadə üzrə təlimat, sifarişçilərin suallarına cavab və s.).
Kommersiyada malların alıcılara çatdırılmasının aşağı-
dakı üsullarından istifadə olunur:
92
- beynəlxalq kuryer xidməti vasitəsilə (UPS (dünyanın
istənilən nöqtəsinə 3 gün ərzində), DHL (2-4 sutka ərzində,
tarifləri nisbətən bahadır), WestPost (3-6 sutka ərzində) və s.;
- mağazanın özünün kuryer xidməti və yaxud peşəkar
kuryer xidməti vasitəsilə;
- poçt vasitəsilə (qabaqcadan ödəniş və yaxud qoyulmuş
ə
lavə ödənişlə);
- magistral nəqliyyatdan istifadə etməklə malın çatdı-
rılması (iriölçülü yüklər, məsələn, mebel və yaxud böyük mal
partiyaları üçün tətbiq olunur);
- özü tərəfindən malın çıxarılması – müştəri sifariş
olunmuş malın dalınca özü gəlir;
- telekommunikasiya şəbəkələri vasitəsilə - informasiya
məzmunlu məhsullar üçün.
4.
Elektron kommersiya sistemlərinin biznesmodellərinin
struktur və funksional sxemləri
Elektron kommersiya sistemlərinin biznes-modellərinin
ə
sas elementlərinə: maliyyə institutları; biznes-təşkilatlar (mal-
göndərənlər, distribütorlar, logistik vasitəçilər, informasiya
vasitəçiləri və s.); müştərilər (alıcılar, xidmətlərin istehlak-
çıları); dövlət daxildir.
Subyektlər – elektron kommersiya sisteminin işti-
rakçıları və müştəriləri, yəni kommersiya müəssisələri, xüsusi
mülkiyyəti olan fərdi şəxslər, dövlətin özü və yaxud öz fəaliy-
yətini elektron kommersiya sistemi çərçivəsində və ya onunla
ə
laqədə aparan istənilən digər təşkilat və birlik formalarıdır.
Maliyyə institutları – müxtəlif təşkilatlar, lakin birinci
növbədə, banklar ola bilər, çünki elektron kommersiya sub-
yektləri onlarda hesablara malikdirlər və vəsaitlərin real hərə-
kəti oralarda həyata keçirilir.
Biznes-təşkilatlar – öz daxilində və yaxud xarici elek-
tron informasiya bazası ilə qarşılıqlı əlaqədə olan istənilən
təşkilatlar. Daha dar mənada, bunlar ya nternet vasitəsilə mal
Dostları ilə paylaş: |