MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

 
 
155
Müəllifliyin  təsdiq  edilməsinin  sadə  üsulu  şəkil  12-də 
göstərildiyi kimidir. 
           bağlı açar                       açıq açar                      
                  ☺                               ☺
           
                                                       
 
 
 
              
                      
                     
 açıq mətn     imzalanma      imzalanmış  tutuşdurma     tutuşdurulmuş  
                                                      mətn                                    mətn 
 
Şə
kil 12.
 Müəllifliyin təsdiq edilməsinin sadə üsulu 
 
Məlumatın alanın açıq açarı ilə şifrlənməsi əvəzinə gön-
dərən  onu  özünün  şəxsi  imzası  ilə  «imzalayır».  Əgər  alınan 
imzalanmış  şifr-mətnin  tutuşdurulması  zamanı  alan  şəxs  mə-
lumatı göndərənin açıq açarı ilə aça bilirsə, məlumatın mənbəyi 
identifikasiya olunmuş hesab edilir. 
Lakin bu sadə üsul ciddi qüsurlarına görə tətbiq olunmur. 
Aydın  olmuşdur  ki,  məlumatın  açıq  açarla  şifrlənməsi  zamanı 
məlumatın həcmi təxminən iki dəfə artır.  
Üsulun  yaxşılaşdırılması  dəyişilmə  prosesinə  yeni  tər-
kibli ilkin məlumatın – birtərəfli davamlı heş-funksiyanın daxil 
edilməsi hesabına təmin olunur. 
Birtərəfli  davamlı  heş-funksiya  –  riyazi  alqoritm 
olmaqla  sərbəst  ölçüdə  olan  məlumatı  heş-əhəmiyyətə  (sabit 
uzunluğa malik olan sətrə) çevirir. 
Bu  cür  heş-funksiya  dəyişilmə  məqsədlərinə  tətbiqən  iki 
xüsusiyyətə malikdir: 
• bu  funksiyanın  heş-əhəmiyyətindən  ilkin  məlumatı  və 
yaxud  hər  hansı  bir  hissəsini  hesablayıb  çıxarmaq  mümkün 
deyildir; 
• iki  sərbəst  məlumat  üçün  heş-əhəmiyyətin  təkrarlan-
ması ehtimalı həddindən artıq azdır. 


 
 
156
Başqa  sözlə,  elə  bir  süni  yaradılmış  saxta  məlumat  yox-
dur ki, o, dəyişildikdən sonra ilkin məlumatın heş-əhəmiyyətini 
təkrarlaya bilsin. 
Birtərəfli  davamlı  heş-funksiyasının  dəyişilməsi  prose-
sindən  istifadə  edən  kriptosistemlərdə  ilikn  məlumatdan 
məhdud  uzunluqda  sətir  törənir  (generasiya  olunur)  ki,  bu  da 
məlumatın daycesti (message digest) adlanır.  
Sonradan  isə  məlumatın  alınmış  daycesti  (messajı)  gön-
dərənin bağlı açarı ilə «imzalanır» (yəni şifrələnir). Yaradılmış 
«imza» ilkin materiala calaşdırılır və alınmış material elektron 
poçt vasitəsilə alan şəxsə göndərilir. Alan şəxs bu məlumatı elə 
o  zaman  oxumaq  imkanına  malik  olur,  çunki  o,  açıq  mətni 
görür.  Göndərənin  müəllifliyinə  və  alınmış  məlumatın  bütöv-
lüyünə əmin olmaq üçün alan şəxs öz kompyuterində qurulmuş 
kriptosistemin  köməyi  ilə  göndərənin  açıq  açarı  vasitəsilə 
imzanın  şifrini  açır.  Əgər  ünvan  sahibi  (adresat)  tərəfindən 
hesablanmış  və  məlumatla  birlikdə  alınmış  daycestlər  üst-üstə 
düşürsə, onda məlumat imzalanqdan sonra dəişməmişdir. 
Şə
kil 13 bu proses haqqında təsəvvür yaradır.  
 
 
 
 
     
       
heş-funksiya 
    açıq mətn       
         
       
    
                             
                  
                                                              
açıq mətn
 
                                                                     
                                
  
            
 
Şə
kil 13.
 Birtərəfli davamlı heş-funksiyalı 
kriptosistemlərin sxemi  
 
məlumatın daycesti 
imza 
bağlı açarla imza-lanmış  
daycest 
göndərənin bağlı 
açarı 


 
 
157
 
XXI.
  ELEKTRON SƏNƏD DÖVR YYƏS     
S STEMLƏR  
 
1. Elektron sənəd dövriyyəsi sistemləri 
2. Sənəd dövriyyəsi sisteminin ümumi təsnifatı 
 
1.
  Sənəd dövriyyəsinin yaranması şirkətin idarə olunma-
sına və bütün mümkün ola bilən işgüzar proseslərin (və yaxud 
başqa  sözlə,  biznes-proseslərin)  təşkilinə  müəyyən  bir  formal-
lığın  tətbiqi  ilə  bağlıdır.  Bu  halda  gec-tez  idarəolunma  mexa-
nizmlərinin  heç  olmasa  bir  hissəsini  qaydaya  salınmış  sənədli 
ə
sasa keçirmək zərurəti yaranır (məsələn, müqavilədə vizaların 
toplanması,  daxil  olan  və  çıxan  məktubların  qeydiyyata  alın-
ması və s.). Nəticədə sənəd dövriyyəsi yaranır.  
Son  illərə  kimi  sənəd  dövriyyəsinin  problemləri  klassik 
kağız sənəd dövriyyəsi sistemi vasitəsilə həll olunurdu. Hazırda 
isə  elektron  məlumatların  geniş  istifadə  olunması  nəticəsində 
sənəd  dövriyyəsinin  elektron  sistemini  tətbiq  etmək  imkanı 
yaranmışdır. 
Elektron  sənəd  dövriyyəsi  kimi  müəssisənin  (təşkilatın) 
biznes-proseslərinin  effektiv  idarəolunmasının  təmin  edilməsi 
məqsədilə sənədlər axınının optimallaşdırılmasının avtomatlaş-
dırılmış sistemi başa düşülür.
 
«Kargüzarlıq»  və  «sənəd  dövriyyəsi  sistemi»  anlayış-
larını fərqləndirmək lazımdır. 
Kargüzarlıq  –  kontor  praktikasında  tətbiq  olunan  və  sə-
nədlərlə iş qaydalarının formal dəstini ifadə etmək üçün tətbiq 
olunan  termindir.  Kargüzarlıq  texnologiyaları  dövlət  standart-
larında,  kargüzarlıq  üzrə  təlimatlarda  öz  əksini  tapmışdır.  Sə-
nəd dövriyyəsi sistemi konkret təşkilatda qəbul edilmiş sənəd-
lərlə iş qaydaları ilə qurulub sazlanır.  
Sənəd  dövriyyəsi  sistemləri  adətən  müəyyən  təşkilat 
qarşısında  duran  məsələləri  həll  etmək  üçün  tətbiq  olunur  ki, 
onlardan daha tez-tez rast gəlinəni aşağıdakılardır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə