MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

 
 
144
vəsaitlərinin  alınması  üçün  müəyyən  olunmuş  xərc  limiti 
çərçivəsində) həyata keçirməyə imkan verir.  
Hüquqi  şəxslərə  emitent  aşağıdakı  tipdə  bank  kartları 
verə bilər: 
 
korporativ  hesablaşma  kartları
  –  bank  kartıdır  ki, 
ondan  istifadə  hüquqi  şəxs  tərəfindən  səlahiyyət  verilmiş  kart 
sahibinə  müştəri  ilə  bağlanılmış  müqavilə  ilə  emitent  tərə-
findən  müəyyən  olunmuş  xərc  limiti  çərçivəsində  pul  vəsait-
lərinə sərəncam vermək hüququnu verir; 
 
korporativ  kredit  kardı
  –  bank  kartıdır  ki,  ondan 
istifadə  hüquqi  şəxs  tərəfindən  səlahiyyət  verilmiş  kard  sahi-
binə emitent tərəfindən açılmış kredit xətti və müştəri ilə bağla-
nılmış müqavilə ilə müəyyən olunmuş xərc limiti çərçivəsində 
pul vəsaitlərinə sərəncam vermək hüququnu verir.  
Bank kartları üç növdə olur: 
• maqnit zolağı ilə; 
• mikroprosessor ilə; 
• adi. 
Maqnit zolağı olan kart özlüyündə debet kartıdır. Debet 
(lat. debet – o, borcludur, ing. debit) kartı maqnit zolağa malik-
dir  və  orada  kart  sahibinin  (əmanətçinin)  məbləği  kodlaşdı-
rılmışdır.  Debet  kartları  vasitəsilə  ödəniş  ödəyicinin  (kart  sa-
hibinin)  hesabından  maqnit  zolağında  kodlaşdırılmış  puldan 
birbaşa  silinməsi  yolu  ilə  həyata  keçirilir.  Debet  kartı  onun 
sahibinə  pul  vəsaitlərinin  deponentləşdirilməsi  zamanı  bankda 
verilir.  
Mikroprosessor  ilə  kart    smart-kart  (ing.  smart  – 
ağıllı) və yaxud çip kard. Mikroprosessor onun sahibi və hesabı 
haqqında  böyük  miqdarda  informasiya  saxlaya  bilər.  Bundan 
başqa,  smart-texnologiya  karta  daxili  kriptoqrafik  mexanizm-
lərin olmasını da nəzərdə tutur ki, bu da onu hər hansı bir hiylə 
və  fırıldaqlardan  qoruyur.  Smart-kart  yüksək  hesablaşma 
sürətinə (ödəniş vaxtı 30 san.) malikdir, çünki o, emitent bank 
ilə tekefon əlaqəsini nəzərdə tutmur.  


 
 
145
Adi bank kartı – təsbit olunmuş alıcılıq qabiliyyəti olan 
karddır  ki,  onun  üz  tərəfində  istehsalçının  firma  nişanı  ilə 
indeksi (adı), kart sahibinin adı və onun identifikasiya (eyniləş-
dirilmə) nömrəsi, arxa tərəfində isə - kart sahibinin imzası olur.  
 
4. Elektron ödənişlərin digər formalarına aiddir: 
 
elektron çeklər; 
 
rəqəmli pullar; 
 
elektron pullar. 
Elektron  çek (kommersiya qiymətli kağızının növü) elə 
bir sənəddir ki, burada ödəyici öz bankına pulların köçürülməsi 
haqqında  göstəriş  verir.  Elektron  hesablaşma  çeki  adi  kağız 
hesablaşma  çekinin  xüsusiyyətlərinə  malikdir.  Elektron  çek 
alıcı  tərəfindən  elektron  poçtla  pul  ödənişinin  alanı  olan 
satıcıya ötürülür. Satıcı bank çeki təqdim edir və onunla pulunu 
alır. Bundan sonra çek alıcıya qaytarılır və ödəniş faktını sübut 
edən sənəd olur. Satıcı malı alıcının evinə çatdırır. Elektron çek 
vasitəsilə hesablaşmanın aparılması şəkil 6-da göstərilmişdir.  
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
Şə
kil 6.
 Elektron çek vasitəsilə malın alışı  
üzrə hesablaşmaların sxemi  
Satıcı 
Web-server 
Web-server 
 
Satıcının bankı
 
 3 
Alıcı 
Web-server 
 
Web-server 
 
Alıcının bankı 
 7 








 
 
146
Şə
rti işarələr: 
1. 
seçilən mala görə çekin satıcıya verilməsi; 
2. 
çekin yoxlanılmaq üçün banka göndərilməsi; 
3. 
alıcının çekinin autentifikasiyası və avtorizasiyası; 
4. 
ödəniş; 
5. 
malın alıcının ünvanına çatdırılması; 
6. 
çekin alıcının bankına qaytarılması; 
7. 
alıcının hesabından pulun silinməsi; 
8. 
çekin alıcıya qaytarılması. 
 
Elektron  pullar  elektron  poçt  və  yaxud  birbaşa  nternet 
şə
bəkəsi vasitəsilə çatdırıla bilər. Hər bir halda alış üçün hesab-
laşma  mövcud  bank  kanalları  və  yaxud  şəbəkələri  vasitəsilə 
həyata  keçiriləcəkdir.  Elektron  hesablaşma  çeki  adi  kağız  çe-
kindən onunla fərqlənir ki, ödəyici özünün hesabının nömrəsini 
şə
xsi  bank  açıq  açarı  ilə  kodlaşdıra  bilər  və  beləliklə  də 
satıcıdan (pulu alandan) onu gizlədə bilər.  
Rəqəmli  pullar  (digital  cash)  –  kağız  nağd  pulların 
elektron analoqudur. Onlar pul işarələrinə malikdirlər. Rəqəmli 
pullar  özlüyündə  komplekt  (dəst),  yəni  kuponların  dəsti 
kimidirlər.  Kuponlar  –  pulun  müəyyən  miqdarını  əks  etdirən 
rəqəmlər zəncirindən ibarətdir. Bunları emissiya edən bank hər 
bir  kuponu  rəqəmli  imza  ilə  təsdiq  edir.  Rəqəmli  imza  –  mə-
lumat daycestinin elektron məktubun göndəricisinin şəxsi açarı 
ilə  şifrələnməsi  ilə  aparılan  xüsusi  imza  deməkdir.  Rəqəmli 
pullar  bank  tərəfindən  təsdiq  olunmuş  kuponlar  formasında 
olmaqla bank tərəfindən buraxılan və ödənilən bitlər zəncirin-
dən ibarətdir.  
Bit
 (ing. bit, binary sözündən qısadılmışdır – ikili + digit 
–  rəqəm,  işarə,  yəni  ikili  vahid)  –  ikili  hesablaşma  sistemində 
olan  informasiyanın  miqdarının  vahididir.  kili  hesablaşma 
sistemi – Elektron Hesablama Maşınının (EHM) dilidir; o, im-
pulsun olması və ya olmaması ilə bağlıdır. Bu prinsiplə işləyir: 
1 – impuls var, 0 – impuls yoxdur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə