MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

 
~ 77 ~ 
Ġslam  dininin  müqəddəs  səmavi  kitabı  olan  ―Qurani-
Kərim‖də  dünyanın,  bəĢərin  mənĢəyi,  tarixi  təkamülü,  insan 
cəmiyyətinin  birgəyaĢayıĢ  normaları  haqqında  bir  çox  qiymətli 
müddəalar əks olunmuĢdur. 
Mövzumuzla  əlaqədar,  bizi  daha  çox  orada  etiqad,  iman, 
doğru  –  yalan,  zülm  –  ədalət,  halal  –  haram,  təkəbbür  –  təvazö-
karlıq, müvəqqəti – əbədi olan, nəfs – gözütoxluq, axirət, qiyamət 
kimi  məsələlər  barədəki  ayələr  maraqlandırır.  Bəhlul  Danəndə 
lətifələrinin  bir  qismi  bu  ayələrdəki  bir  çox  hökmlərlə  ciddi 
Ģəkildə  səsləĢir.  Bəhlul  Danəndə  lətifələri  o  hökmlərə  qarĢı 
deyildir,  əksinə,  janrın  poetikasına  uyğun  tərzdə  o  hökmlərin 
iqrarına  xidmət  edir.  Burada  gülüĢ,  etiraz,  tənqid  ilahi  hökmlərə 
uymayanlara;  halal,  doğru,  təvazö,  ədl  dura-dura,  haramı
yalanıtəkəbbürüzülmü özünə həyati norma seçənlərə qarĢıdır. 
―Qurani-Kərim‖  insanlara  iman  və  etiqadla  bərabər,  pozitiv 
birgəyaĢayıĢ  normaları:  düzlük,  doğruluq,  xeyirxahlıq,  insan 
haqlarına hörmət, halallıq kimi keyfiyyətlər aĢılayır; doğru yoldan 
çıxanlara  bu  dünyanın  müvəqqəti,  keçici,  axirət  həyatının  haqq 
olduğunu xatırladır, onlara  Haqq divanı qurulacağı,  ilahi  sorğu-
sualın aparılacağı, əməllərə görə cavab veriləcəyi Qiyamət günü 
barədə  xəbərdarlıq  edir.  ―Quran‖ın  bir  çox  surələrində,  məsələn, 
―Məryəm‖, ―Hicr‖, ―Yasin‖, ―Zəlzələ‖, ―Qiyamət‖, ―Zumər‖ və s. 
surələrində Qiyamət günü haqqında söz açılır. 
―Qurani-Kərim‖də buyurulur: 
―[Ya Məhəmməd!] Rəbbinə and olsun ki, biz onların hamı-
sını  [bütün  məxluqatı]  sorğu-suala  cəkəcəyik  –  [Dünyada] 
etdikləri əməllər barəsində [Onlardan haqq-hesab tələb edəcək və 
cəzalarını da verəcəyik!] (―Hicr‖ surəsi; 92, 93-cü ayələr; 8, 234). 
―O  gün  insanlar  əməllərinin  özlərinə  göstərilməsi  üçün 
[qəbirlərindən məhĢərə] dəstə-dəstə çıxacaqlar! [Cənnətliklər sağ 
tərəfdə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar.] Kim [dünyada] 
zərrə  qədər  yaxĢı  iĢ  görmüĢdürsə,  onun  xeyrini  görəcəkdir 
[mükafatlarını  alacaqdır].  Kim  zərrə  qədər  pis  iĢ  görmüĢdürsə, 
onun  zərərini  görəcəkdir  [cəzasını  çəkəcəkdir]  (―Zəlzələ‖  surəsi; 
6-8-ci ayələr; 9, 640). 
―Məhz  o  gün  insan:  ―Qaçıb  qurtarmağa  yer  haradadır?!‖  – 
deyəcəkdir. Xeyr [o gün] heç bir sığınacaq olmayacaqdır! O gün 
[ey  insan!]  duracaq  [pənah  aparılacaq]  yer  ancaq  Allahın 
hüzurudur! O gün insana ömrünün əvvəlindən axırına kimi etdiyi 
bütün əməlləri [yaxud sağlığında gördüyü iĢlər və öləndən sonra 


 
~ 78 ~ 
qoyub  getdiyi  yaxĢı,  pis  nə  varsa,  hamısı]  xəbər  veriləcəkdir!‖ 
(―Qiyamət‖ surəsi; 10-13-cü ayələr; 9, 603-604). 
―Beləliklə,  o  gün  zülm  edənlərin  üzr  diləmələri  heç  bir 
fayda verməyəcəkdir. Onlardan üzr diləmələri istənilməyəcəkdir‖ 
(―Rum‖ surəsi; 57-ci ayə; 10, 410). 
Ġslami təsəvvürlərə görə, Allahın özü kimi, Axirət, Qiyamət 
haqdır,  gerçəkdir;  mifologiyaya  görə,  bunlar  mifdir,  ―axirət‖, 
―qiyamət‖ anlayıĢları dünyanın  sonu haqqında islam  mifologiya-
sındakı esxatoloji miflərdir, onların haqqında söylənənlər mifoloji 
rəvayətlərdən ibarətdir. Bu halda, biz Bəhlul Danəndə lətifələrin-
də  ―qiyamət  mifizmi‖ndən  (10,  195-197)  söz  aça  bilərik.  Lakin 
lətifə  qəhrəmanının  mahiyyətinə,  daxili  aləminə  nüfuz  edəndə 
görürük  ki,  genezisindəki  Allah  aĢiqi,  Allah  dostu,  səmimi 
mütəsəvvif  kimi,  Bəhlul  Danəndə  obrazı  üçün  də  Allah,  onun 
ehkamlarına  uyğun  olaraq,  Qiyamət,  Haqq  divanı  bir  gerçəkdir, 
həqiqətdir. Bu mənada Bəhlul obrazı öz gerçəklərinin – Ġslamdan, 
―Quran‖dan  nəĢətlənən  gerçəklərinin  carçısı,  təlqinçisidir.  ġüb-
həsiz,  özünəməxsus  tərzdə  –  divanə  görünüĢüylə,  bəzən  sağlam 
məntiqə  sığmayan,  ilk  baxıĢdan  qəribə  və  mənasız  görünən 
davranıĢları ilə (torpaq topası satması, torpaqla danıĢması, biĢmiĢ 
buğdanı  əkməsi  və  s.  bu  kimi  hərəkətləri  ilə)  gülərək  və 
güldürərək, həyata keçirən bir obrazdır. 
Bəhlula  aid  edilən  ―Əvəzinə  on  tümən  verərəm‖,  Məbadə 
qatırçının  qatırını  hürküdəsən‖,  ―Gör  səni  nə  qədər  döyəcəklər‖, 
―Xəlifə  və  Bəhlul‖  və  s.  bu  kimi  lətifələrdə  xəlifə  və  Bəhlul 
qarĢıdurmasında Bəhlul hökmdarı bəd və zülmkar əməllərinə görə 
ilahi qarĢısında cavab verməli olacağı; varının, dövlətinin, qüdrə-
tinin,  hakimiyyətinin  bu  zaman  onun  imdadına  çatmayacağı 
barədə xəbərdar edir. Onu qəflətdən oyanmağa, nəhayət ayılmağa 
çağırır. Məsələn, ―Əvəzinə on tümən verərəm‖ lətifəsində Bəhlul 
xəlifənin körpünün üstünə atdığı qızılla dolu torbanı götürməmək 
üçün: ―Görəsən, korlar körpüdən necə keçir?‖ – deyərək, gözünü 
yumub oradan keçir. Bəhlul onu sınayan xəlifə və ətrafındakılara 
yanaĢıb,  cibindən  bir  abbası  çıxardaraq  deyir:  ―Harun,  cibim 
cırıqdır,  düĢüb  itər,  al  bunu  saxla.  Amma Ģərtim  var:  harda  istə-
səm,  gərək  orda  da  verəsən‖.  Harun  razılaĢır.  Bir  gün  Harun 
hamamda çimərkən Bəhlul gəlib təkidlə pulunu istəyir. Harunun: 
―Axı  hamamda  çimdiyim  yerdə  onu  sənə  necə  verə  bilərəm‖ 
sözləri  qarĢısında  Bəhlul  deyir:  ―Sən  böyük  bir  xəlifə  olduğun 
halda, bu  yekəlikdə hamamın içində bir abbasını verə bilmirsən, 


 
~ 79 ~ 
neçə  illərdi  kasıb-kusubun  var-yoxunu  yeyirsən,  bəs  dar  qəbrin 
içində onların haqqını necə qaytaracaqsan?!‖ (1, 8-10) 
―Xəlifə  və  Bəhlul‖  lətifəsinə  də  diqqət  yetirək.  Bu  lətifədə 
də xəlifənin ―cah-calalı‖ ilə Bəhlulun ―səfil-sərgərdənliyi‖ (əslin-
də  sadə  həyat  tərzi)  qarĢılaĢdırılır.  ―Gəl  sənə  çoxlu  qızıl  verim, 
otur  mənim  kimi  əməlli-baĢlı  dolan‖,  –  deyən  xəlifə  ilə  Bəhlul 
Ģərt kəsir ki, ocaqda qızmıĢ sacın üstünə çıxıb varlarını saysınlar. 
Bəhlul:  ―Nə  varım  var,  nə  dövlətim‖,  –  deyib  tez  aĢağı  düĢür. 
Xəlifə  isə  xəzinəsindəki  varın  heç  mindən  birini  də  saymamıĢ, 
istiyə  dözə  bilməyib  yerə  atılır.  Bəhlul  onu  belə  ittiham  edir: 
―QardaĢ,  bu  balaca  sacın  üstündə  eləcə  var-dövlətini  sadalaya 
bilmədin, bəs haqq divanı  qurulub səndən sual edəndə ki,  bu bu 
dövləti  hansı  yolla qazanıbsan, camaatı nə cür soyub qarət  edib-
sən, onda nə cür dözəcəksən? Yəqin yanıb kül olacaqsan. Odur ki, 
mən sənin kimi var-dövlət sahibi olmaq istəmirəm. Sənin dərdin 
mənimkindən böyükdür‖ (1, 78-79). 
Hər  iki  lətifədə  Bəhlul  komik  duruma  düĢürülən  xəlifəni  – 
hökmdarı tənqid, ittiham edir. BaĢqa sözlə, o, etiraz edəndir; ―yüz 
fitnə-fəsad  ilə‖  (M.Füzuli)  sərvət  yığan  hökmdarın  tamaha  və 
zülmə  söykənən  hakimiyyəti,  idarəetmə  mexanizmi,  despotizmi 
ilə üsyankarcasına barıĢmazdır; cəsarətli ifĢaçıdır. Lakin ondan da 
daha çox burada Ġ.Nəsiminin: 
 
―Ey özündən bixəbər qafil, oyan! 
 Həqqə gəl kim, həq deyil batil, oyan!  
 Olma fani aləmə mail, oyan!‖ (12, 603) – 
 
misralarındakı lirik qəhrəmanın  – insanları  qəflətdən oyandırma-
ğa,  axirəti  düĢünməyə,  Haqqı  yada  salmağa,  dünyanın  mal-
sərvətinə  aludə  olmamağa  səsləyən  bir  sufi  filosofunun,  islam 
mütəfəkkirinin  ədası,  təfəkkür  tipi,  həyata  baxıĢ  tərzi  hiss 
edilməkdədir.  Bəhlul  obrazını  elə  bu  lətifələr  əsasında  mistik 
filosof  kimi  qiymətləndirmək  mümkündür.  Bəhlul  Danəndə 
lətifələrindəki  mistizmi  lətifə  poetikasının  komponentləri  –  ic-
timai  həyatın,  gündəlik  həyati  məsələlərin  komik  situasiyalarla 
bədii  təqdimi,  xalq  gülüĢü  vasitəsilə  dəyərləndirilməsi  gizlədə 
bilməmiĢdir. 
Ġslam təsəvvürlərində ―əməl‖ anlayıĢının xüsusi çəkisi, yeri 
vardır.  Ġnsanın  bu  dünyadakı  bütün  fəaliyyətinin  məcmusu  onun 
əməlləri  sayılır.  ―Qurani-kərim‖dən  və  Məhəmməd  peyğəmbərin 
hədislərindən  qaynaqlanan  islami  dünyagörüĢ  sisteminin,  fikri-


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə