1
Giriş
Mehi çox sevirəm. Bu zaman sərin olur, ağacda
yarpaqlar yüngülcə tərpənirlər və gün də xoş olur,
xüsusilə də yayda. Külək mehdən güclüdür.
Küləkdə gəzməyə çıxmaq heç də xoş deyil. Külək
çox güclüdür, əgər qəzəblənərsə, ağacı kökündən
çıxara da bilər, evlərin örtüyünü də qoparıb
uzaqlara ata bilər....
2
Siz
küləkdə
çöldə
olmusunuzmu?
Onda
bilərsiniz ki, külək necə də möhkəm əsir, elə bil ki
səni də yerdən götürüb uzağa uçurda bilər.
Əgər küləyi bilirsinizsə, o zaman asanlıqla
təsəvvür edə bilərsiniz ki, qasırğa necə ola bilər:
qasırğa çox güclü küləkdir, ən güclü küləklərin
qüvvələrini birləşdirsəniz qasırğanın gücü olar!
Maraqlıdır ki, qasırğa necə yaranır və ya ilin hansı
fəslində daha tez-tez olur?
3
Qasırğanın yaranması
Qasırğa quruda da, suda da yaranır. Suda və
suyun sahillərində qasırğanın yaranması çox
asanlıqla baş verir və daha uzun müddət davam
edir.
Külək hava kütlələrinin hərəkəti nəticəsində
yaranır, onların hərəkəti nə qədər güclü və sürətli
olarsa, külək də bir o qədər güclü və səs-küylü olur.
Bir neçə bir yerə toplaşmış hava kütlələri birləşə və
4
bununla da qasırğa başlaya bilər. O, axırda olduğu
kimi, əvvəlcədən elə də güclü olmur; yavaş-yavaş
hava kütlələrinin hərəkət sürəti artır və qasırğanın
güçü də artır.
Qasırğanın yayılma zonaları
Alimlər
qasırğanı müşahidə edib onların
daha tez-tez baş verdikləri yerləri təyin etdilər.
Onlar bu cür 7 yer ayırırlar:
5
1. Sakit okeanın şimal-qərb hissəsi. Burada ən
güclü qasırğa növü – tayfun yayılmışdır. Qasırğalar
daha tez-tez Çində, Cənubi Koreyada, Yaponiyada
və İndoneziyanın bir hissəsində olur.
2. Sakit okeanın şimal-şərq hissəsi: burada
əsasən Mərkəzi Amerika ölkələri yerləşir və
qasırğanın ikinci güclü növü yaranır. Bu qasırğa
hurikan adlanır.
3. Atlantik okeanının şimal hissəsi: bu hissədə
6
“Qordon” hurikanı tüğyan edir; o çox güclü
qasırğadır və hər şeyi uçurub dağıdır.
4.
Şimali Hind okeanı: burada siklon
yayılmışdır və o, daha çox Hindistan, Tayland, Şri-
Lanka və Pakistan üçün təhlükəlidir.
5. Sakit okeanın cənub-qərb hissəsi: bu hissədə
qasırğalar əsasən Avstraliyaya ziyan verir, bir qədər
az isə - Yeni Zelandiyaya.
6. Hind okeanının cənub-şərq tərəfi: qasırğaların
yayılma zonası əsasən bu tərəfdə Qərbi Avstraliya
7
və İndoneziya hissəsinə toxunur; burada qasırğalar
“Villi-Villi” adı ilə məlumdur və onu qasırğa
növündən biri kimi hesab edirlər.
7. Hind okeanının şimal-qərb hissəsi: bu tərəf
ölkələrdə,
məsələn,
Keniya,
Madaqaskar,
Mozambik – çox güclü siklonlar yayılmışdır.
Alimlər qasırğalar haqqında məlumatlar almaqla
maraqlanır və onları metereoloji stansiya adlanan
xüsusi stansiyalarda araşdırırlar.
Son söz
Gördüyümüz kimi, qasırğanın çoxlu növü
məlumdur və onların öz adları da var. Qasırğa çox
qorxulu və güclü təbii hadisədir, hansı ki, insanları
bir
çox
hallarda
fəlakətə
gətirib
çıxarır.
Xoşbəxtlikdən, ölkəmizdə beləsi güclü qasırğalar
8
yayılmamışdır, onlardan bizi uca Qafqaz dağları
qoruyurlar.
Dostları ilə paylaş: |