Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   54   55   56   57   58   59   60   61   ...   105

 
189
Cədvəldə  təqdim olunan dərman preparatlarının  əksəriyyəti yeni 
olub, kliniki təcrübədə son zamanlar istifadə olunur. Amma bunların 
arasında 1944-cü ildən istifadə olunan nitrofuranları da göstərmək 
olar. 5-nitrofuranlar klassik sintetik kimyəvi terapevtik preparatdı. 
Onun geniş antimikrob təsiri furan tsiklində olan 5 vəziyyətində 
yerləşmiş nitroqrupa (NO
2
) görə baş verir. 
Əksər həkimlər xəstələrin ilk müraciəti zamanı SYİ  əlamətləri 
olduqda sidik kulturasını yoxlamamış onlara müalicə  təyin edirlər. 
Son zamanlar antimikrob preparatlar tək doza şəklində istifadə 
olunur. Bu məqsədlə amoksisillin 3 q (daxilə) bir dəfə qəbul olunur 
və alınan nəticələr 3 günlük müalicə kursundakı nəticələr kimi olur. 
Ko-trimoksazolun birdəfəlik 1,92-2,88 q dozada və ya trimetoprimin 
daxilə  qəbulu həmin preparatlarla 5 günlük müalicə effektini əvəz 
edir. 
SYİ zamanı birdəfəlik doza kimi daxilə  tətbiq üçün tövsiyə 
olunan preparatlar: 
Trimetoprim 600 mq 
Ko-trimoksazol 1,92 q 
Norfloksasin 800 mq 
Sefloksasin 800 mq 
Siprofloksasin 500 mq 
Fostomitsin  trometamol 3 q. 
Birdəfəlik doza ilə müalicə  ağırlaşmamış SYİ zamanı, USM və 
rentgenoloji müayinədə sidik yollarında anatomik dəyişikliklər ol-
mayan qadınlarda və qızlarda aparılır. 
Qısa (3 günlük) kurs. Bu müalicə sxemi tək doza ilə müalicənin  
alternativi ola bilər. Ən çox istifadə olunan nitrofurantoin, sefalospo-
rinlər qrupu preparatları olub, bunlardan sefaleksin, sefradin, sefak-
lor 250 mq gündə 3 dəfə, hətta xroniki böyrək çatışmazlığı zamanı 
da tətbiq oluna bilər. 
Sidik yollarının ağırlaşmamış kəskin pielonefritdə sidiyin əkilmə-
si nəticələri alındıqdan sonra 5 günlük müalicə kursu təyin olunur. 
Əvvəlki vaxtlarda kəskin pielonefritin müalicəsi zamanı  tətbiq olu-


 
190
nan 2 həftəlik müalicə kursu son zamanlar bütün klinisistlər tərəfin-
dən qəbul olunmur. 
Profilaktika. Qadınlarda  cinsi əlaqədən əvvəl periuretral sahədə 
antiseptik kremlərin (0,5% setrimid) istifadəsi, boş sidik kisəsi ilə 
cinsi  əlaqəyə girmək, cinsi əlaqədən sonra siyimək kimi tədbirlər 
SYİ-nin qarşısını alır. 
Bəzi qadınlarda gecələr 50 mq nitrofurantoin, 100 mq trimotop-
rim, 0,24 q ko-trimoksazol, XBÇ olduqda 1,25 mq sefaleksin profi-
laktik məqsədlə istifadə oluna bilər. Həmçinin qeyd olunan prepa-
ratlar günaşırı, yaxud hər cinsi əlaqədən sonra da qəbul oluna bilər. 
Trimetoprim uşaqlıq yolu ilə xaric olduğu üçün effektiv olur. 
Uzun müddət nitrofurantoinin qəbulu fekal floranı dəyişmədiyi üçün 
nəticələri yaxşı olur. 
Kişilərdə xroniki prostatitlərdə xinolonlar prostat toxumasına 
daxil ola bildiyi üçün onlarla müalicə müsbət nəticələr verirlər. 
Hamiləlikdə simptomsuz bakteriuriya olduqda bir, yaxud üç 
günlük kurs antibakterial müalicə aparılır. 
16-30-cu həftələr arasında olan gizli bakteriuriyada 1,92 q ko-
trimoksazol və ya 600 mq trimetoprim birdəfəlik doza kimi təyin 
olunur. Əgər bundan sonra da bakteriuriya müşahidə olunarsa, onda 
təkrar, ikinci kurs müalicə aparılır və sonra 50 mq nitrofurantoin 
gecələr, hamiləliyin sonuna qədər verilir. 
Residivverici bakteriuriyada sidik yollarının USM aparılır. 
Daimi kateterdən imkan daxilində imtina olunmalıdır. 
İdeal vəziyyətdə antibakterial müalicədən 10-14 gün sonra xəstə-
nin sidiyinin nümunəsi yenidən  əkilir.  Əvvəllər təkrar müayinəni 7 
gündən sonra aparmaq tövsiyə olunurdu, amma xinolonların 1 həftə-
yə qədər sidik ilə ekskresiya olunmasını nəzərə alaraq təkrar müayi-
nə 10-14 gündən sonra aparılır. Sidikdə əvvəl müşahidə olunan mik-
roorqanizm yenidən tapıldıqda bu ilkin törədicinin itmədiyini gös-
tərir və xəstə daha müfəssəl müayinə olunmalıdır. Əgər 10-14 gün-
dən sonra mikroorqanizm tapılmasa həqiqi residiv az halda müşahidə 
edilir. Əksər residivlər reinfeksiya olub aparılmış müalicənin effek-


 
191
tivliyinə  xələl gətirmir, ancaq sidik infeksiyasının residivverici xa-
rakterini ifadə edir. 
Hazırda sübut olunmuşdur ki, dəyişilməmiş sidik yollarının infeksi-
yasında proqnostik cəhətdən xəstə üçün təhlükə yaranmır. Amma sidik 
yollarının obstruksiyası, daşları, sidik kisəsi – sidik axarı reflyuksu 
zamanı infeksiya olduqda böyrəklərin zədələnməsi müşahidə olunur.
 
 
Pielonefrit 
 
Pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximası-
nın, xüsusən ara toxumanın qeyri-spesifik iltihabı prosesidir. Xəstə-
lik ən çox uşaq yaşlarında təsadüf olunur. Yaşlılarda isə uşaq vaxtı 
sağalmamış pielonefritin davamı müşahidə olunur. 40 yaşa qədər 
qadınlar daha tez xəstəliyə tutulur, bu da hamiləlik və  aşağı sidik 
yollarının anatomik xüsusiyyəti ilə  əlaqədardır, ahıl yaşlarda isə 
kişilər arasında xəstəliyin çox yayılmasını prostat vəzinin xoşxassəli 
hiperplaziyası nəticəsində baş verən sidik stazı ilə izah etmək olar. 
Pielonefrit  ən çox təsadüf olunan böyrək xəstəliyi olub eyni 
zamanda yuxarı orqanları katarından sonra bütün xəstəliklər arasında 
tezliyinə görə ikinci yeri tutur. Statistik məlumatlara görə bütün 
böyrək xəstəliklərinin təşrihlərinin 7-20%-də xronik pielonefrit aşkar 
edilir. 
Təsnifat. Gedişinə görə  kəskin və xronik pielonefrit ayırd edilir 
(sxem 2). Kəskin pielonefrit böyrəklərdə gedən müxtəlif intensivlikdə 
irinli-iltihabi prosesdir. Xronik pielonefrit – süstgedişli, arabir kəs-
kinləşmə verən böyrək parenximasının və ləyən urotelisinin bakterial 
iltihabi prosesi olub böyrək toxumasının sklerozu ilə nəticələnir. 
Xronik pielonefritin meydana çıxması  kəskin pielonefritin xronik 
hala keçməsi və yaxud başlanğıcdan xroniki proses kimi də müşa-
hidə oluna bilər. 
Pielonefrit birincili, ağırlaşmamış  və ya hematogen və ikincili, 
ağırlaşmış və ya obstruktiv olmaqla iki qrupa ayrılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə