“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
liyev-R-hman

Uçot məqsədləri 
üçün satışdan gəlir 
aşağıdakı hallar 
olduqda qeydə 
alınır: 


25 
olunmuş məhsulların həcmi hesablanılır. Şərtı ölçü vahidləri ilə hesablama 
mütodundan məsələn, qara metallurgiya, konserv istehsalı, kimyəvi məhsulların 
istehsalı müəssisələrində istifadə edilir. 
Uçot zamanı natural və şərti ölçü üsulları ilə yanaşı dəyər ölçü mütodundan 
da istifadə edilir. Məhsulun dəyər ölçüsü ilə həm analitik və sintetik uçot 
məlumatları hazırlanır, həm də məhsul istehsal həcmi, satışın həcmi və məhsul 
satışının maliyyə nəticələri kimi göstəricilər müəyyənləşir. Məhsulun dəyər 
göstəricilərinin hesablanması zamanı məhsul faktiki və plan maya dəyəri, eləcə də 
satış qiymətləri uyğun qiymətləndirilir.
Məhsulun çeşidinin uçotu. Məhsul istehsalı, saxlanması və satışının sinterik 
və analitik uçotun, həmcinin maliyyə nəticələrinin hesablanmasının doğruluğunu 
ifadə edən vacib gösətiricilərindən biri də məhsulun çeşid qiymətləndirilməsinin 
mövcud olmasıdur. 
Çeşidlərin qiymətləndirilməsi – istehsal olunmuş məhsulların siyahısıdır. Bu 
hesablama müəssisənin özü tərəfindən hazırlanır. Bu metod tətbiqi zamanı istehsal 
edilən məhsulların müəyyən əlamət (təyinat, model, marka, növ və s.) uyğun 
qruplaşdırılması aparılır. Buna müvafiq olaraq məhsulun çeşid nömrələnməsi 
aparılılr. Məhsulun çeşid uçotunda məhsulun çeşid nömrəsi, məhsulun adı, 
xarakterik xüsusuiyyətləri, ölçü vahidi, uçot dəyəri göstərilir. Uçot dəyəri qismində 
məhulun plan maya dəyəri və ya satış qiyməti istifadə edilir. Muhasibat uçotu 
avtomatlaşdırılmış müəssisələrdə kompyuterdən istifadə edilməklə məhsulların 
çeşid qiymətləndirmə siyahısı (cədvəlləri) hazırlanır və bu istehsal edilmiş 
məhsulların başqa əlamətləri və eləcə də alıcılar barəsində məlumatlar da daxil 
edilir. Müvafiq cədvəllərə əlavə məlumatlar kimi əsasən növbəti məlumatlar daxil 
edilir: vergiyə cəlb edilən və ya edilməyən məhsul, vergi dərəcəsi və sair. Belə 
siyahılar uyğun məhsulun əsas istehsal, köməkçi sexlər, xidmət sahələrindən, ayrı-
ayrı sexlər və sahələr uyğun buraxılışı barədə məlumatlar hazırlanır. 
Hazır məhsulun, işlərin və xidmətlərin qiymətləndirilməsi. Sintetik uçotda 
məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlər onların faktiki 
istehsal dəyəri ilə qeydə alınır.


26 
Normativ dəyər və ya satış qiyməti uyğun uçot metodundan istifadə edildikdə 
göndərilmiş, satılmış məhsullarla həmin malların ambar qalığı və yüklənmiş 
malların dəyərlərlərindəki kənarlaşmanı hesablamaq və bölüşdürməyə ehtiyac 
yaranır. İstehsal edilmiş məhsulun uçot dəyərindəki kənarlaşma həmin məhsulların 
faktiki dəyərinin plan dəyəri və ya satış qiyməti ilə müqayisə etməklə müəyyən 
edilir. Həmin kənarlaşma ay ərzində satılmış məhsul ilə hesab dövrünün sbununa 
ambardakı məhsul arasında ortaçəkili faizə əsasən bölünür. Müvafiq ortaçəkili faiz 
dərəcəsi ayın əvvəlinə əmtəə qalığının və ay ərzində istehsal olunmuş əmtəənin 
faktiki maya dəyərinin eyni həcmdə əmtəənin plan maya dəyəri və ya satış 
qiymətinə nisbəti kimi hesablanır. Müvafiq hesablama müxtəlif mal qrupları uyğun 
ayrılıqda hesablanır. Analitik uçotda müvafiq kənarlaşma plan maya dəyərinin və 
ya satış qiymətinin üzərinə əlavə edilməklə məhsulun faktiki maya dəyəri 
hesablanır. Müvafiq kənarlaşma müsbət fərq verdikdə sintetik uçotda adi yazılışla 
qeydə alınır, kənarlaşma mənfi fərq yaratdıqda isə “qırmızı xətt” üsulu ilə qeydə 
alınır. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə