“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu


Məhsul, iş və xidmət sintetik uçotda növbəti kimi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   9   10   11   12   13   14   15   16   ...   42
liyev-R-hman

Məhsul, iş və xidmət sintetik uçotda növbəti kimi 
qiymətləndirilir:
• faktiki istehsal dəyəri üzrə. Bu metod fərdi sifarişlər əsasənda məhsul istehsal edən və 
xidmət göstərən istehsal sahələrində istifadə edilir. Bu zaman hər bir növ məhsulun və ya 
xidmətin dəyəri müvafiq proses başa çatdırdn sonra müəyyən olur ki, bu da müvafiq 
metoddan istifadə etməyə imkan verir.
• Plan (normativ) dəyəri üzrə. Bu qiymətləndirmə metodundan istifadə edildikdə, ayın 
sonunda faktiki maya dəyərinin plan dəyərindən kənarlaşması müəyyənləşdirilir və bu 
kənarlaşma analitik uçot məlumatlarında ayrıca qeyd edilir. Bu metod tətbiqi xərclərin və 
məhsulun maya dəyərinin normativ uçot metodundan istifadə edən müəssisələrdə mümkün 
olur.
• Məhsul, iş və xidmətlərin satış qiyməti üzrə. Bu zaman hesab dövrünün sonunda məhsul, iş 
və xidmətlərin satış qiyməti üzrə dəyə və faktiki maya dəyəri hesablanılır, müvafiq fərq 
əvvəlki metodda olduğu kimi analitik uçot məlumatlarında ayrıca qeyd edilir;
• Birbaşa xərc maddələri üzrə. B qiymərləndirmə üsulu ilə bütün dolayı xərclər satılmış 
məhsulun maya dəyərinə əlavə olunur.


27 
Analitik və ya sintetik uçot. Hazır məhsulun faktiki maya dəyərinin uçotu 
müvafiq dövr uyğun bütöv sənədlər mühasibatlığa daxil olduqdan və eyni zamanda 
sərf edilmiş resurslar hesablandıqdan sonra müəyyənləşdirilir. Məhsulun 
hazırlanması prosesində bunun xərclərinin daim dəyişdiyini nəzərə alaraq 
tənzimlənən uçot qiymətinin müəyyən edilməsi lazımdır. Hazır məhsul qaimə 
əsasında anbara təhvil verilir. Bu zaman iki nüsxədə qaimə tərtib olunur. Müvafiq 
qaimənin bir nüsxəsi ambarın məhsul şəxsinə verilir, başqa nüsxəsi isə anbarın 
məsul şəxsinin imzası ilə məhsulun istehsal edildiyi sexdə saxlanılır. Hazır 
məhsulun anbardan sifarişçiyə qəbul-təhvil qaiməsi əsasında verilir.
Muhasibat uçotunun hesablar Planında 204 saylı “hazır məhsul” hesabı 
vasitəsilə hazır məhsulun həcmi və hərəkəti ilə əlaqəli ümumiləşdirici məlumatlar 
uçota alınır. Bu hesab aktiv hesabdır və maddi istehsal sahələri uyğun fəaliyyətlə 
məşğul olan müəssisələr tərəfindən istifadə edilir. Hazır məhsulların analitik 
uçotunun aparılması vacib bir hal olduğunu nəzərə alaraq, 204 saylı “hazır məhsul” 
hesabında qeydə alınmış məlumatların analitik uçotu məhsulun saxlanma 
yerlərində ayrı ayrı çeşidlər uyğun aparılır.
Hesablar Planının 205 saylı “Mallar” hesabı vasitəsilə satılmaq və ya 
komplektləşdimə (qablaşdırma) məqsədi ilə alınmış və istehsal edilən məhsulun 
maya dəyərinə daxil edilməyən hazır məhsullar uçota alınır. Görülmüş işlər və 
göstərilmiş xidmətlərin dəyərini əks etdirən faktiki xərclər istehsal məsrəflərini 
qeydə alan hesablardan 601 saylı “Satış” hesabına silinməklə uçota alınır. Hazır 
məhsul faktiki istehsal maya dəyəri ilə 204 saylı “hazır məhsul” hesabında uçota 
alınır. 204 saylı “Hazır məhsul” hesabı aktiv hesab olduğu üçün bunun debet qalıq 
məbləği dövrün əvvəlinə və sbununa müəssisədə olan hazır məhsulun qalığını əks 
etdirir. Hesabın həm debet və həm də kredit dövriyyəsində hazır məhsullar faktiki 
və ya plan maya dəyəri ilə uçota alınır. Hesabın debit dövriyyəri daxil olan 
məhsulların (istehsaldan və ya alıcıdan qaytarılmış) maya dəyərini, kredit 
dövriyyəsi isə alıcıya yüklənmiş məhsulun maya dəyərini əks etdirir. 
Muhasibat uçotunda istehsal edilən məhsulun xərclər uyğun uçotunu aparmaq 
üçün hesabar planında 202 saylı “İstehsal xərcləri” aktiv hesabı nəzərdə tutulmuş-


28 
dur. Müvafiq hesabda hesabat müddətində müəssisə tərəfindən məhsul istehsalı və 
ya xidmətlərin göstərilməsinə sərf edilən bilavasitə və dolayı məsrətlər əks etdirilir.
202 saylı “İstehsal xərcləri” hesabının debetinə məhsul istehsalı, iş və xidmət 
göstərilməsi ilə əlaqədar olan bilavasitə məsrəflər, eləcə də köməkçı istehsalarların 
xərcləri, əsasə istehsala xidmətlə və idarəetmə ilə əlaqəli dolayı xərclər, eyni 
zamanda müvafiq istehsalla əlaqədar zay edilmədən əmələ gələn xərclər və itkilər 
əks etdirilir. Məhsul istehsalı, iş və xidmət göstərilməsi ilə əlaqədar olan bilavasitə 
xərclər, eləcə də itehsal ehtiyatlarını, əmək ödənişi uyğun hesablaşmaları uçota 
alan hesabları uyğun hesablanmış məbləğlər sonda 202 saylı "İstehsalat xərcləri" 
hesabının debeti üzrə silinir. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə