Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında Təlim işlərinin planlaşdırılması



Yüklə 76,6 Kb.
səhifə34/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında Təlim işlərinin planlaşdırılması

Uşaq bağçasında təlimin əsas təşkilat forması məşğələdir. Təlim prosesində uşaqlara müxtəlif sahələr üzrə yaş və anlaq səviyyələrinə uyğun lazımi bilik verməklə əqli, fiziki, praktik , əqli və estetik işlərə dair bacarıq və vərdişlər aşılanır, həmçinin nitq və ünsiyyət qaydaları inkişaf etdirilir. Planda həyata keçiriləcək işlərin məzmunu onun bölmələrində sadə riyazi təsəvvürlərin inkişaf etdirilməsi, musiqi, rəsm, ətraf aləmlə tanışlıq, nitq inkişafı öz ifadəsini tapır. Məşğələlərin planlaşdırılmasında uşaq bağçasının konkret şəraiti və qruplar üzrə uşaqların fərdi xüsusiyyətləri və yaşları nəzərə alınır.Baxçanın şəhər mərkəzində, kənd yerində və ya hər hansısa bölgədə yerləşməsindən asılı olaraq, uşaqların təbiətlə tanışlığı da yerli şəraitə uyğun təşkil edilməlidir. Hər bir bölmə üzrə təlimə məxsus məşğələləri planlaşdırarkən verilmiş biliyin əsas mərhələsi nəzərə alınır ( ilk qavrama, bilik və bacarıqları genişləndirmə, onlardan həyatda istifadə biliyi, yeni şəraitdə keçirmə). Bütün mövzu üzrə əlaqələndirmədə uşaqların marağına diqqət edilməlidir. Onlar uşaqların zehni inkişafına kömək etməlidirlər. Təsviri sənət və Ana dilinə aid məşğələlərdə uşaqların ətraf mühitlə, təbiətlə tanışlığına diqqət etmək lazımdır. Tərbiyəçi ayrı-ayrı uşaqlarla və ya qrupla məşğələdən kənar işlərdə didaktik oyunlardan, didaktik materiallardan ( məs: uşaqların riyazi təsəvvürlər üzrə işdən, nitq mədəniyyəti üzrə işdən) istifadə etməlidir. Planda uşaqlarla inkişafetdirici ,həm də öyrədici iş formaları öz məzmununu tapmalıdır.


  1. Uşaq bağçasında əmək fəaliyyətinin planlaşdırılması

Əməyin rasional planlaşdırılması onu həyata keçirilməsinin təşliki ilə sıx bağlıdır. Bütün qruplarda əməyin təşkilində planlaşdırılmasından geniş istifadə olunur. Məzmununa görə tapşırıqlar müxtəlifdir. İş planında tərbiyəçinin yeni tapşırığın məzmununu qeyd etməsi məqsədəuyğundur. Bu zaman tapşırığı icra edən uşağın adı konkret müəyyən olunmalıdır . Bu tərbiyəçiyə imkan verir ki , bütün uşaqları mövcud tapşırığın icrasına cəlb etsin . Lakin tərbiyəçi planda o uşaqları qeyd edir ki , onlar tərbiyəçinin bilavasitə diqqəti altında olurlar . Növbətçi təyin olunarkən tərbiyəçi əməyin həcmi və məzmununu , təchizatı , metod və tərzləri növbətçiyə başa salır və işin icrasını diqqət mərkəzində saxlayır . Növbətçiliyi birinin başqasına verməsi üçün tərbiyəçi müntəzəm sürətdə təlimati söhbətlər keçirərək ( böyük qruplarda ) işin əhəmiyyətli və məsuliyyətli olmasını başa salır . Planda işin həyata keçirilməsi vaxtı , kollektiv əməyin məzmunu və quruluşu , istifade olunacaq təchizat vasitələri və onların yerləşdirilməsi göstərilir .



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə