MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

3)  katib köçürdüyü nüsxədə müəllifin və əsərin adının göstərilmədiyini gördüyü halda, 
bunları bilsə də,  müxtəlif səbəblərə görə (məsələn,  nüsxəni olduğu kimi köçürdüyü üçün)  öz
əlavəsini kolofona yazmırdı.  Qeyd etmək lazımdır ki,  bəzən əlyazma üzərində sonralar
aparılmış mətnşünaslıq işləri zamanı bu məsələlər alimlər tərəfindən dəqiqləşdirilir və
haşiyələrdə yazılırdı.  
4) katib əsəri bütöv köçürmürdü, ondan müəyyən hissəni (babı, fəsli, ümumiyyətlə istədiyi
və ya sifariş verilmiş hər hansı bir parçanı)  iqtibas edirdi və bu zaman bəzi hallarda həmin
parçanın müəllifini göstərmirdi.  İqtibas mətnində katibin müəllifi təqdim etdiyi hallarda isə
müəllifin yaradıcılığı haqqında,  onun əsərlərinin biblioqrafik sayı və göstəricisi haqqında (çox
vaxt katib bunu istəməsə də) səhv informasiya toplanır, yanlış təsəvvür formalaşırdı. Məsələn, 
Xacə Nəsirəddin Tusinin yazılı irsi haqqında yanlış məlumatların toplanmasının bir səbəbi də
onun əsərlərini köçürən katiblərin Tusi irsinə bu cür yanaşması olmuşdur [bax: 62, c. 8, s.33-
35]. “Tusinin elmi irsi öz zamanında yaxşı sistemləşdirilmədiyindən, yaxud ötən əsrlər onların
sistemini qismən pozduğundan bugünkü tədqiqatçılar bəzən onun ayrı-ayrı əsərləri ilə bağlı
müəyyən yanlış nəticələrə gəlirlər.  Belə dolaşıqlıqlardan biri onun “Təzkirə”  əsərinin həm də
“Məbdə’ və məad” və “Ağazü əncam” adları ilə tanınmasıdır” [36, s.3].    
Bu yolla katib iqtibas haqqında əlavə məlumat verməməklə sadəcə metodik səhvə yol
vermiş olurdu. 
Beləliklə, bütün sadalanan vəziyyətlərdə ya obyektiv (mədəni-tarixi) şəraitin təsiri ilə, ya da
(qəsdən) katibin sayəsində müəllifin hüquqları pozulurdu. Buna görə də müasir paleoqrafiya və
mətnşünaslıq elmi həm də dövrümüzə əlyazma şəklində gəlib çatmış əsərlərin müəlliflərinin
müəlliflik hüquqlarını bərpa etməklə məşğul olur.  
Müəlliflər həm də bəzi hallarda (irihəcmli,  çoxcildli)  əsərin yazılma tarixini göstərməyi
məqbul sayır, bu zaman daha çox əsərin yazılıb sona çatdığı günü, ayı və ili qeyd edir və bunu
frontispisdə və ya (daha çox hallarda) müəllif kolofonunda göstərir, iri həcmli poetik əsərlərdə
hətta sonluqda bir misra kimi təqdim edirdilər.  Məsələn,  Qul Əlinin AMEA Əlyazmalar
İnstitutunda saxlanan B-3422 şifrəli “Qissei-Yusif ” nüsxəsinin sonluğu buna parlaq nümunə ola
bilər: 
Tarixi altı yüz toquzunda
Bu zəif bu kitabı düzdü imdi…  
Poetik misralardan sonra gələn katib nəqli cümlələri yuxarıdakı qeydin məhz müəllifə
məxsus olduğunu sübut edir və deməli,  bu fakt əlyazmanın köçürülməsinin deyil,  əsərin
yazılıb-qurtarmasının tarixini əks etdirir.  
Doktor M.Z.Nağıyev həmçinin Azərbaycan tərcümə abidələrində aşağıdakı faktları aşkara
çıxarmışdır: 
“Gülşəni-raz”ın tərcümə variantında tərcümənin bitdiyi il – h.829  (m.1426) ili mətnin içəri-
sində göstərilmişdir: 
Səkiz yüz həm yigirmi toquziydi
Ki, mənzum eylədüm işbu kitabi,
Övla deyü məani, fəthi-tabi [57, s.58-59].
Əhmədinin “Əsrarnamə” əsərinin yazılma tarixi (h.884 = m.1479) və yeri mətnin içərisində
(sonunda) verilmişdir: 
On ikidəydi məgər mahi-səfər,
Gəldi xətmə bu kitabi-mötəbər.
Şəhri-Təbriz içrə dər vəqti-bəhar,
Mövsimi-gül irmiş idi, laləzar.


Tarix irmişdi səkkiz yüz səksənə,
Dəxi dörd il hicri-əhməddən yenə [57, s.106].
“Hədisi-ərbəin”in tərcüməsinin 3800  beytdən ibarət olması və h.930  (m.1524)-də tamam-
landığı haqqında məlumat əsərin xatimə hissəsində mətnin içərisində verilmişdir:
Üç bin oldı həm səkkiz yüz beyt bu,
Həqqə irişdi biövni-fərdi-hu.
Mustafanın hicrətindən, ey hümam,
Kim, doqquz yüz otuz il keçdi tamam,
Nəzmə gəldi çün tamam oldı kitab [57, s.159-160]. 
Mətndənkənar vəziyyətdə müəllif tarixləməsi açıq verilir və ya müəmma şəklində kodlaşdı-
rılırdı.  Bir qayda olaraq,  müəmma şəklində verilən tarix əlyazmanın müəllif kolofonunda gös-
tərilirdi. Azərbaycan əlyazmalarında rast gələn bütün müəmma növləri görkəmli əlyazmaşünas
alimimiz M.S.Sultanov tərəfindən hərtərəfli tədqiq edilmişdir [bax: 64, c. 2, s.41-60; həmçinin: 
66]. 
Müəllif tarixləməsi verilməyən hallarda bəzən əsərin mətninin içərisindən onun yazıldığı
tarix haqqında informasiya əldə etmək mümkün olur.  Məsələn,  Tusinin “Si fəsl”  (iqtibas) 
əlyazmasının nə əvvəlində, nə də sonunda müəllif tarixləməsi (təbii olaraq)  verilməmişdir, 
ancaq mətnin içərisində 22-ci fəsildə göstərilir ki, “hal-hazırkı hicri-qəməri tarixi ilə 658-ci ildə
Saturn planetinin ən yüksək nöqtəsi Oxatan bürcünün 10-cu dərəcəsi[dir]” [35, s.22]. Bu ifadə-
dən məlum olur ki, Tusi həmin risaləni (eləcə də onun iqtibas edildiyi daha böyük mətni) miladi
tarixlə 1260-cı ildə, 59 yaşında ikən yazmışdır. 
Bu fakt göstərir ki,  paleoqrafik tədqiqatlar zamanı mətnin öyrənilməsindən tamamilə yan
keçmək qiymətli faktların nəzərdən qaçırılması ilə nəticələnə bilər.          
Əsərin nə vaxt yazıldığı (nə vaxt yazılıb-qurtardığı) haqqında bildiyi məlumatı katib də öz
kolofonunda qeyd edə bilərdi. Bu zaman əlavə məlumat olmadığı halda, müasir oxucunun (təd-
qiqatçının) katibə inanmamağa haqqı yoxdur.  Bununla belə,  imkan daxilində bu barədə katib
versiyası yoxlanmalı,  tədqiq edilməlidir və bunun üçün başqa mənbələr əsasında və əsərin
məzmunundan çıxış etməklə işləmək olar.  Tutuşdurma və tədqiq üçün konkret əlyazmadan
başqa, əlavə məlumat olmadıqda katib tarixləməsi sonrakı tədqiqat və tapıntılara qədər əsas
götürülür. 
Katiblərin əsərin köçürülmə tarixini kolofonda göstərməsi daha geniş yayılmışdır.  Burada
katib tarixləməsi də açıq və ya müəmma ilə göstərilirdi. 
Tarixin açıq şəkildə göstərilməsi:  a)  sözlə,  b)  rəqəmlə,  c)  həm sözlə və əlavə həm də
rəqəmlə qeyd edilirdi.    
Müəllif tarixləməsi əsərin özünün yazılıb-sona çatdırıldığı ili,  ayı,  günü,  günün çağını
göstərdiyi halda, katib tarixləməsi əsərin deyil, əlyazmanın yazılıb-sona çatdığı ili, ayı, günü və
günün çağını göstərir.  Həm müəllif,  həm də katib kolofonu verilmiş əlyazmada faktlar göz
önündə olduğundan məsələ asanlıqla dəqiqləşdirilir. Bunlardan birinin yazılmadığı əlyazmanın
tədqiqi zamanı isə məsələyə diqqətlə yanaşmaq lazımdır: bu halda kolofonun kimə məxsus ol-
duğu dəqiqləşdirilməlidir. 
Başqa bir vəziyyətdə, nə müəllif, nə də katib kolofonu verilmədiyi halda tədqiqatçı bəzən
abidənin səhifələrində rast gəldiyi hər hansı bir tarix qeydinə istinad etməyə və bu cür asan
yolla əlyazmanın tarixini müəyyənləşdirməyə meyl edir. Əmin Abid “Dədə Qorqud”un Drezden
nüsxəsi üzərindəki “vəfatri-Osman paşa – 993”  (m.1585)  qeydinə əsasən onu XVI əsr yazı
abidəsi hesab edənlərə qarşı yazırdı:  “Halbuki,  bizcə,  bu kitabın mətni xaricində gəlişigözəl
qeyd edilən bir vəfat tarixi o kitabın yazılışı və yazıldığı tarix ilə əlaqədar olmaz. Bunun üçün


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə