79
bilirdi. Bu gün də onun kimi insanlar ölkə-
mizdə var. Digər ölkələrdən fərqli olaraq bi-
zim ölkədə insanlıq, mərhəmət, dostluq və
sevgi adətlərimizə və dinimizə söykənir.
“
İslamın kölgəsi altında bu gün bizim xalq
yalnız türk xalqları içində deyil, bütün
dünya xalqları içində ən düzgün, ən
mehriban, ən sədaqətli, ən dostcanlı olan
xalqdır”. Anaya
hörmət bizim xalqda daha
güclüdü. Ana ən əziz varlıq, ata yadigarıdır.
Atasız uşaq düşünə bilirəm, amma, anasız
uşaq həqiqətən ağla batan deyil. Boşuna
demirlər ki, uşaq anadan yetim qalar.
Yetimxanalarda hər kəsin bir yox, tək anası
olur. Amma, onlar da anadı. Digər analardan
fərqli olaraq canından olmayanlara elə
candan övladlıq edir ki, kənardan baxanda
doğma analar heç bunları etmir. Tanrı sizin
kimi insanlara, sizin kimi analara və bütün
həyatdan köçən analara rəhmət eləsin.
Yaşayanlara can sağlığı versin və möhlət
versin ki, Tanrıya olan borclarını və
övladlarına
olan
öhdəliklərini
yerinə
80
yetirsinlər. Amin!!!
Bir neçə dəqiqədən sonra Nihad Dənizə
mesaj yazaraq sabah ilk reyslə Naxçıvana ge-
dəcəyini bildirdi. O Naxçıvan haqda, böyü-
düyü torpaq haqda Dənizə danışmışdı. Dəniz
isə həmişə, hər mövzuda Nihadı dinləməyi
çox sevirdi. Ona Nihadın həyatı xüsusi ilə
maraqlı idi. Mesajı oxuyan Dəniz özünü
saxlıya bilməyib ağladı. Nazilə ananı tanı-
masa da o haqda elə danışmışdı ki, Nihad,
onu tanımağı çox istəyirdi Dəniz.
Divanda uzanan Nihadın telefonuna
mesaj gəldi:
-Mən də sabah səninlə Naxçıvana get-
mək istəyirəm. Olar?
Nihad bu mesaja həqiqətən çox sevin-
mişdi və böyük məmnuniyyətlə Dənizi apa-
racağını bildirmişdi.
81
BİR İLDƏN SONRA
NAXÇIVAN VƏ MƏN...
Elə sandım qızıl dişəm,
Mən əslində heç imişəm,
Sənli-sənsiz fərqi yoxdu,
Mən həyata gecikmişəm.
Səhər açıldı, Nihad bir-iki paltar götürüb,
aşağı endi. Avtomobili işə saldı, Dənizi Ayna
Sultanovadan götürməli idi. Telefonu götürüb
mesaj yazdı. Təyyarəyə yubanmamaq üçün
tələsdi. Ayna Sultanovaya çatdı. Dənizi götür-
dü və hava limanına yola düşdü. Axşamdan
zəng edib müdirdən 1 həftəlik icazə alan
Nihad hava limanına da zəng etmiş, biletləri
maraqlanmışdı. Bəlkə olmaz deyə. Daha bil-
mirdi ki, heç bilet alan yoxdu deyə günlük
reyslər beş dəfədən iki dəfəyə düşüb. Budur
hava limanı. Nihad Dənizdən birtəhər soruşdu
ki, təyyarəyə heç minib ya yox? Dənizsə heç
zaman minmədiyini dedi və bir az təlaş, qorxu
var idi. Biletləri aldı və dərhal gözləmə salo-
nuna keçdilər. İçəridə çox adam yox idi.
82
Təyyarənin dayandığını görən Dəniz gülüm-
səndi və balaca uşaq kimi sevindi. Artıq təyar-
rənin içində idilər və kəmərləri bağlamışdılar.
Dəniz cama yaxın oturmuşdu və çölə baxırdı.
Təyyarə qalxdı və bir saatlıq uçuşdan əvvəl
müəyyən təlimatlar xidmətçi tərəfindən izah
edildi. Aradabir təyyarə səmtini dəyişdikdə
Dəniz qorxur və Nihadın əlindən tuturdu. Nə
vaxt belə olsa Nihad söhbəti sevgiyə yönəldir,
onu sevdiyini demək istəyirdi. Dəniz isə
Nihada qardaş gözüylə baxırdı və bu heç xoş
hal deyildi. Dəniz dəfələrlə yazmışdı ki, sən
mənim dostumsan, biz dostuq və bu heç vaxt
dəyişməyəcək. Nihad daha da məcbur etmə-
miş, söhbəti bağlamışdı. Fikirləşirdi hərdən,
axı görəsən nə üçün Dənizin diqqətini cəlb edə
bilmir? Yaraşıqlı, hər qızın sevə biləcəyi biridi
axı. Amma, hələ tezdi deyib zamanla özünə
təsəlli tapırdı. Dəniz sanki içinə qapanıq, ya-
rımçıq qalmış arzuları olan, həyatdan küsmüş
bir qız mimikası bağışlayırdı. Üzündə sanki
həyat bütün əziyyətləri qələmlə cızmış, mavi
gözlərinin içinə qaranlıq dünya rəsm etmişdi.
83
Amma, kiçik, yumru və balaca yanaqlarına
təbəssüm elə yaraşırdı ki.
Dəniz təəccüb içində qalmışdı. Bəlkə də
bu gün təyyarə ilə uçmasaydı heç vaxt bilmə-
yəcəkdi ki, hər uçuşda sərnişinlərə bir kökə və
jalə şirəsi verilir. O çox sevinirdi. Həmişə adını
eşitdiyi bir yerə gedirdi. Muxtar Respublikaya.
Və o bilirdi ki, Naxçıvanın birbaşa Azərbay-
canla sərhədi yoxdu. İran, Ermənistan və Tür-
kiyə ilə sərhəd olan bu məkanın düşmənləri-
miz ermənilər tərəfindən Qarabağ zonasının
tutulmasından sonra Azərbaycanla birbaşa
əlaqəsi kəsildi. O vaxt torpaqsevər və
Vətənpərvər oğulların, kişilərin sayəsində bu
gün Naxçıvan Azərbaycanın tərkibində öz
müstəqilliyini qoruyur, blokada vəziyyətində
olmasına baxmayaraq inkişafına görə digər
Azərbaycan bölgələrindən heç də geri qalmır.
Hörmətli sərnişinlər. Bir neçə dəqiqədən
sonra təyyarəmiz Naxçıvan Muxtar Res-
publikası “Heydər Əliyev” adına hava limanı-
na enəcək. Xahiş olunur təyyarə tam dayana-
nadək yerlərinizdən ayrılmayasınız. Enişə ilk
Dostları ilə paylaş: |