152
bir oğlanın yaxınlaşdığını gördü:
-Salam, buyurun gedək maşın bir az
aralıdadı.
-Salam, nə əziyyət çəkmisiniz, mən
özüm də gələ bilərdim. Hansı taksiyə iki ma-
nat versəm aparacaqdı. Bakı deyil ki, bura.
Burda şəhər daxili hər yerə gediş-gəliş bir
manatdı. Bakıda bir manata taksi heç mü-
hərriki işə salmır.
-Yox, nə əziyyət? Yas yeriniz varmış.
Elə mən də ordan gəlirəm. Rəşadı çox yaxşı
tanımırdım, amma, şeir kitabını iki günə
bitirmişdim. Mükəmməl şair idi. Savadlı və
bu dövrdə ehtiyac duyulacaq biri idi. Heyf,
niyə belə iş tutdu, bilmirəm. Hamı kimi mən
də məntiqli bir izahat tapa bilmirəm. Ən ya-
xın siz idiniz ona, bəlkə bilirsiniz?
-Yəqin Allahı tapıb.
Həsən avtomobilin içindəki yuxarı güz-
güdən arxada oturan Nihada elə baxdı ki, az
qalırdı qəza törətsin.
-Anlamadım. Necə yəni Allahı tapıb?
-Bilmirəm, mənə söz vermişdi ki, özünü
153
öldürməyəcək o vaxta kimi ki, Allahı tap-
masın. Yəqin tapdı. Yoxsa mənə olan sözünü
tutardı.
-Nə deyim vallah. Elə söz dediniz ki,
bağışlayın, amma, pişmiş toyuğun gülməyi
gəldi. Özünüz bilməmiş olmazsınız, Allah
laməkandır və hər insanın bir Allahı var. La
ilahə illəllah.
-Yəqin o öz Allahını tapıb.
-Belə danışmaqla nə qədər günaha ba-
tırsınız bilsəniz, danışmazdınız. Sol çiyniniz-
dəki mələk bax elə indi bunu dəftərə qeyd
elədi.
-Onsuzda sağ çiynimdəki mələyin qələ-
mini öz əllərimlə qırmışam.
-Əstafurullah. Lənət kor Şeytana.
Dayım səni hardan tapıb bilmirəm, bilirəm
ki, düz iş görməyib.
-Mən dayını tapdım o məni yox.
-Nə isə budur çatdıq. Son qəminiz ol-
sun.
-Sağ ol, səni də yordum.
-Dayım sağ olsun ki, sənin kimi maraqlı
154
bir sual işarəsini on dəqiqəlik də olsa ömrü-
mə yapışdırdı.
-Dostlar sağ olsun. Vətən sağ olsun.
Həsən bir az irəli getdikdən sonra
öz-özündə deyinməyə başladı: Harda qəliz
adam var gələr ilişər bu dayıma.
Nihad yas evindən içəri keçdi, nehrəmli
Vahid, Kərim və digər uşaqlar onu qarşılayıb:
-Qardaş haralardaydın? Sənində başına
bir iş gəlib deyə çox qorxduq.
-Heç nə olmaz. Necə oldu?
Vahid əlini Nihadın çiyninə qoyub gəl
bir az yeriyək dedi və ardınca:
Nihad özün bilirsən ki, bu son vaxtlar
Rəşad üçün həyat çəkilməz olmuşdu. Çox
bezmişdi hər şeydən. Mən ona haqq qazan-
dırmıram, amma, bilirsən axı o necə sevirdi
Ayseli. Yəqin sənə deyib. Ayselin zorla get-
diyini və bir oğlu olduğunu. Adını da Rəşad
qoyub. Amma, heç xoşbəxt deyil. Yoldaşı hər
gün onu döyür, əziyyət verir. Nə olsun im-
kanı var, eşşəyin biridi. İçib gəlir, heyvan ba-
lası kimi çırpır yazıq qızı. Bir dəfə Rəşad ya-
155
nımda idi. Bir ayın söhbətidi. Aysel zəng elə-
mişdi və ağlıyırdı. Rəşadla xeyli danışdılar.
Deyirdi ki, nə olar məni bağışla, gəl məni
xilas elə bu dərddən. Mən səni sevirəm. Am-
ma, Rəşadın necə qürurlu olduğunu da bilir-
sən. Başqasının yoldaşına hələ də uşaqlı bir
qadına heç yaxınlaşmaz belə. Təkcə bu deyil.
O qədər problemi vardı ki, yazığın. Son
zamanlar Allaha da qarşı inamsızlıq yaran-
mışdı. Namazı axsadır, içib-çəkirdi. Bilirəm
bunların heç birini bilmirsən. İstəmirdi bil-
məni. Sənə o qədər dəyər verirdi ki, çox şeyi
danışmıyıb ki, ürəyini sıxmıyasan. Deyirdi,
yetim böyümüşəm, çox şeydən məhrum ol-
muşam, isti ana qucağından, ata nəvazişin-
dən, qardaş-bacı sevgisindən. Sevgidən də
yarımamışam. Tanrı bunları bilərək edir, işi-
ni-gücünü qoyub mənə əzab verir deyirdi
son vaxtlar. Sən hələ bilmirsən. Bir şeydə var.
And içmişdim ki, demiyəcəm, amma, bil-
məlisən. Rəşad iki ay əvvəl çətin bir qərar
verdi. Bir qız tələbəsi vardı. Adı səhv elə-
mirəmsə Rəhimə idi. Onun böyrək çatışmaz-
156
lığı vardı. Tezliklə əməliyyat olunmasa ölə
bilərdi. Donor axtarılırdı. Rəşad könüllü oldu
və bunu hamıdan gizlətdi. Təsadüfdən elə
böyrək də uyğun gəlmişdi. İndi Rəhimə heç
özü də bilmir ki, yaşayırsa ölən müəllimi
Rəşadın sayəsində yaşayır. Ölümünü əvvəl-
cədən planlaşdırmışdı. Çoxdandı ki, həyata
keçirmək istədiyi bu fəlakəti bir neçə gün
əvvəl reallaşdırdı. Tezdən universitetə get-
məmişdi. Telefonu isə bağlı idi. Çox narahat
oldum və işdən sonra gəldim Rəşadın evinə.
Qapı açıq idi. İçəridən səslədim səs gəlmədi.
Evə girdiyimdə isə artıq iş-işdən keçmişdi.
Axşamdan asılı qalmışdı tavandan. Yerim-
dəcə donub qaldım və yarım saat tərpənə bil-
mədim. Dərhal polis və ambulans çağırdım.
-Bu qədər şey olub, mənə heç birini
danışmıyıb. O mənə qardaş olub. Böyük qar-
daş. Halbuki, mən heç vaxt onun dostluğuna
layiq olmamışam. Həmişə özüm haqda nəsə
istəmiş, özüm haqda düşünmüşəm. Ətrafım-
dakıları öz talehinə, təkliyə buraxmışam.
Mən çox pis insanam və buna görə də
Dostları ilə paylaş: |