147
-Nihad, mənəm rəis. Ala bildin?
-Heç, nə deyim.. .
-Heç nə demə. Mənə pul gərək yoxdu.
Nə lazım olsa mənimlə əlaqə saxla. Naxçı-
vanda da imkanı babat olan dostlar var. Səni
qarşılayacaqlar demişəm.
-Amma, bu qədəri həqiqətən çoxdu.
Birdə pula görə sağ olun. Qayıdan kimi.. .
-Dəyməz, qayıt gəl danışarıq. İndi gedi-
rəm xəstəxanaya. Bacından ötrü, sənə xəbə-
rim dəyəcək.
-Çox sağolun. Siz bu günlərimdə mənə
belə dəstək oldunuz, Tanrı ən dar gün-
lərinizdə sizə dəstək olsun.
-Dedim axı dəyməz. Sağol. Yaxşı uçuş-
lar.
Nihad təyyarəyə necə mindi heç xəbəri
də olmadı. İndi hər şey daha çətin idi. Əlləri
buz kəsmiş Nihad, barmaqlarını tez-tez əlinə
sipər edərək isidir və təyyarənin pəncərəsin-
dən hələ uçmağa hazırlaşan asfalta baxırdı.
Çox üşüyürdü, baxmayaraq ki, içəridə o qə-
dər isti idi ki, hamı özünü yelləyirdi. Nihad
148
başını təyyarənin pəncərəsinə söykədi və is-
təmədən göz yaşları ilə dərdləşər oldu. Gü-
lürdü və ağlayırdı. “Tanrı niyə gülüşü, göz
yaşı ilə, sevgini ayrılıqla, gülü tikanla yara-
dıb? Axı gülüş göz yaşı olmadan, sevgi ay-
rılıq olmadan, gül isə tikan olmadan daha
gözəldi”. İndi
nə etməli idi ki, kənardakılar
ona baxıb heyfsilənməsin? Axı o güclü, çox
güclü idi. Ona baxanların ona yazığı gəlmə-
yəcəkdi. Onu vaxtı ilə bəyənməyənlər onu
görcək bir söz deyəcəkdi: Kaş ki.
Uşaqlıq. Necə də gözəl və əlçatmaz
xəyallar qismət edir insana. Amma, qismət.
Heç də hamısı olmur. Axı Rəşadın həyatdan
belə köçməsi və Dənizin tezliklə yaxınlaşan
ölümü Allaha nə verirdi? Axı niyə onun
ətrafındakılar həyat adlı qatil tərəfindən in-
safsızca öldürülürdü? Axı niyə həyat kimini
güldürüb, kimini ağlatdıqca Nihadı təkcə
ağladırdı? O qədər niyə var idi ki. “İnsan-
oğlu özü üçün ölüm uydurub-adını da
Əzrayıl qoyub”. Bu cavabı olmayan suallar
beyninə zəli kimi yapışmışdı. Bəlkə də bir
149
anası olsaydı qaçıb uşaq tək onun qoynuna
girər hönkürərək ağlıyardı. Axı ana qəlbi
dağdı. Onun nə dağı vardı, nə təpəsi. Artıq
həyatındakı əlləri ilə sarıldığı daşlar da quma
çevrilirdi. Qumu isə ayrılıq rüzgarları əlin-
dən alırdı. Həyat... Bu qədər oyun oynayır-
san, amma, cığal etməsən, oyuna dayaq olan-
ları əlimdən almasan sənə qalib gəlməyə gü-
cüm çatardı. Amma, indi çox gücsüzəm. Sev-
diklərimi gözlərim önündə itirirəm və əlim-
dən gələn heç nə yoxdu. Bəlkə, bu bir ka-
busdu. Yox heç kabuslar da bu qədər qorxulu
olmur. Nihadın diqqətini irəlidəki oturacaq-
larda əyləşən iki gəncin söhbəti dağıtdı.
-Şamxal eşitdin nə olub?
-Nə olub ki?
-NDU-da işləyən bir müəllim var idi,
indi yoxdu.
-Başa düşmədim.
-Özünü asıb.
-Böyük şey olub? Asıb, asıb da. Də-
dəmdi ya anamdı? Mənə nə? Qoy atası, anası
ağlasın. Uşaqları vardısa yetim qaldılar onlar
150
ağlasın. Güya bir nəfər milyondan əksilsə
dünya dağılacaq?
-Sənin bədənində qan axırda, hə Şam-
xal?
-Bilmirsən məni?
-Bilirəm: “Ver yeyim, ört yatım”
Nihad o qədər kədərli idi ki, o qədər
yuxusuz idi ki, yenə bir qalmaqal yaratma-
maq üçün dillənmədi. Bir saat sanki bir gün
qədər uzanmışdı. Təyyarə Naxçıvana qon-
maq istəmirdi sanki. Saatlar uzandıqca, za-
man qısalırdı. Axı Dəniz də öləcəkdi. Bu zibil
vərəm xəstəliyinin çarəsi yoxdu. Axı niyə bu
qədər inkişaf etmiş tibb dünyası bu və digər
xəstəliklər qaşısında acizdi? Nihad bilirdi ki,
bu xəstəlik Dənizə xəstə bibisindən keçib.
İndi bunun bir önəmi yoxdu. Həyatındakı bu
qaydasız və ardıcıl ölümlər Nihadı o qədər
sarsmışdı ki, təyyarədən sağ çıxmamağı ar-
zulayırdı. Kaş ki, təyyarə qəzaya uğrayar və
heç Nihadın tikələri də tapılmazdı. Amma, o
bilirdi ki, təyyarə ən təhlükəsiz nəqliyyat
vasitəsi seçilib. Dəqiq məlumatlara görə ildə
151
uzunqulaqlar tərəfindən öldürülən insan
sayısı, təyyarə qəzasında ölənlərdən çoxdur.
İllik ən az ölüm törədən bu vasitə insanın
ayaqlarını yerdən kəssə də açıq səmada uçan
quş kimi sərbəst və dözümlü idi. Təyyarənin
necə və nə vaxt endiyindən xəbəri olmamışdı
və buradaca sakitcə mürgüləyən Nihadı
yanındakı xanım əli ilə yavaşca silkələdi və:
-Çatmışıq qardaş.
-Hmm. Çox sağolun.
Nihad tələsmədən hava limanına tərəf
gedirdi. Artıq heç yerə tələsməyəcəkdi. Çün-
ki, çox gec idi. O yerində deyirdi: “Mən hə-
yata gecikmişəm”
Bir az getmişdi ki, yenə mobil nömrəsi
zəng çaldı və nömrə yenə tanış deyildi:
-Eşidirəm.
-Axşamınız xeyir, Həsəndi. Məhərrəm
müəllimin bacısı oğlu. Dayım dedi ki..
-Aqibətiniz xeyir. Hə-hə. Mən elə indicə
qapıdan çölə çıxıram.
-Deyəsən sizi gördüm.
Nihad başını qaldırdı və ona tərəf cavan
Dostları ilə paylaş: |