Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə31/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   27   28   29   30   31   32   33   34   ...   160

 

 

 



101 

www.vivo-book.com 

 

–  Gedək,  –  deyir  Kristian  və  biz  helikopterə  sarı  yollanırıq. 



Yaxından  o  daha  böyük  görünür,  əvvəl  göründüyündən  fərqli  olaraq.  Mən 

gözləyirdim  ki,  o,  idman  avtomobilindən  iki  dəfə  böyükdür,  orda  səkkiz 

yerlik kürsü var. Kristian qapını açır və mənə pilot yanındakı yeri göstərir. 

– Otur və heç nəyə toxunma, – ardımca helikopterə girərək deyir. 

Qapı  gurultu  ilə  bağlanır,  yaxĢı  ki,  hələ  meydançanın  hər  tərəfində 

projektorlar  yanır,  yoxsa  kiçik  kabinədə  heç  nə  görünməzdi.  Yerimi 

rahatlayıram, Kristian isə kəmərləri bərkitmək üçün əyilir. Bu dörd bərkitmə 

nöqtəsi  olan  sistemdir,  bircə  mərkəzi  toqqaya  bağlanır.  Kristian  yuxarı 

boyun  qayıĢını  dartıb  çəkir.  O,  mənə  elə  yaxındır  ki,  bir  azca  da  əyilsə, 

burnum  saçlarına  dəyəcək.  Ondan  xoĢ  qoxu  gəlir  və  təmizlik  saçır,  amma 

mən  ölümünə  kürsüyə  bərkidilmiĢəm  və  yerimdən  tərpənə  bilmirəm. 

Kristian  mənə  baxır  və  yalnız  ona  məlum  olan  zarafatla  gülümsəyir.  O, 

Ģəhvət  oyadacaq  qədər  mənə  yaxındır.  O,  yuxarı  kəmərləri  dartanadək 

nəfəsalmanı dayandırıram. 

–  Hə,  indi  heç  yerə  qaça  bilməzsən,  –  deyə  Kristian  pıçıldayır  və 

onun  gözləri  adamı  yaxıb-yandırır.  –  Nəfəs  al,  AnasteyĢa,  nəfəs  al.  –  O, 

nəvaziĢlə  yanağıma  toxunur,  uzun  barmaqlarını  çənəmdə  gəzdirir  və  onu 

yuxarı qaldırır. Sonrasa bir qədər əyilərək, dodaqlarımda kiçik bir öpüĢ izi 

qoyur, bundan bütün içim cuĢa gəlir. – Kəmərləri xoĢlayıram. 

– Nə? 


Kristian  yanımda  oturur,  kəməri  çəkib  bağlayır  və  sayagəlməz 

siferblatlar  və  indikatorlardan  inamla  baĢ  çıxararaq  uzun  uçuĢqabağı 

prosedura baĢlayır. ĠĢıqlar bir-bir yanmağa baĢlayır, bütün cihaz paneli göz 

vurur. 


– Qulaqcıqları tax. 

Ġtaətkarcasına  əmrlərə  tabe  oluram  və  bu  vaxt  pərlər  fırlanmağa 

baĢlayır.  Mənə  elə  gəlir  ki,  elə  bu  an  qulaqlarım  kar  olacaq.  Kristian  da 

qulaqcıqları taxır və dəstəkləri Ģaqqıldatmağı dayandırmır. 

– Bütün sistemlərin iĢini yoxlayıram, – qulaqcıqda onun səsi gəlir. 

Gülümsəyirəm. 




 

 

 



102 

www.vivo-book.com 

 

– Nə etdiyini dəqiq bilirsən? 



–  Artıq  dörd  ildir  ki,  peĢəkar  pilotam,  AnasteyĢa.  Mənimlə 

təhlükəsizlikdəsən,  –  deyə  o,  yırtıcı  təbəssümlə  gülümsəyir  və  hər  halda 

havada, – deyə göz vuraraq əlavə edir. Göz vurur… Kristian! 

– Hazırsan? 

Gözlərimi qorxudan geniĢ açaraq, baĢımla təsdiqləyirəm. 

–  YaxĢı.  Dispetçer  məntəqəsini  əlaqəyə  çağırıram.  Portlend,  bu, 

Çarli Tanqo Qolfdur – Qolf-Otel, uçuĢa hazıram. Qəbulu təsdiqləyin. 

–  Çarli  Tanqo  Qolf,  uçuĢa  icazə  verirəm.  Min  dörd  yüzə  qalxın, 

sonra sıfır-bir-sıfır kursu istiqamətini götürün. 

– Sizi anladım, dispetçer qülləsi. Havaya qalxıram. Əlaqənin sonu... 

getdik,  –  deyə  mənə  müraciət  edərək  Kristian  əlavə  edir  və  helikopter 

aramla havaya qalxır. 

Portlend ayaqlarımız altında yox olur və biz ABġ-ın hava məkanına 

yönəlirik, hərgah mədəm qəti Ģəkildə Oreqonda qalmağa qərarlıdır. Sən bir 

mənzərəyə bax! Parlaq iĢıqlar kiçilir, hardasa aĢağıda lap kiçik iĢıldaquĢlara 

çevrilir.  Sanki  dünyaya  akvariumdan  baxırsan.  Biz  getdikcə  daha  yuxarı 

qalxırıq  və  artıq  aĢağıda  heç  nəyi  görmək  mümkün  olmur.  Ətrafda 

zülmətdir,  lap  gözlərini  deĢ,  yolumuzu  iĢıqlandırmaq  üçün  hətta  Ay 

görünmür. O, helikopteri necə havaya qaldırır, hara uçuruq? 

– Nədir, qorxuludur? – qulaqlarımda Kristianın səsi eĢidilir. 

– Hardan bilirsən ki, istiqamətimiz düzdür? 

– Budur bax,  – deyə o,  uzun Ģəhadət  barmağı  ilə cihazlardan birini 

göstərir. Elektron kompas. – Bu, ―Avtrokopter‖ EC 135-dir – öz sinfində ən 

təhlükəsiz maĢın. O, gecə uçuĢları üçün xüsusi avadanlıqla təchiz edilib. 

Kristian mənə baxır və gülümsəyir. 

– Evimin damında helikopter meydançası var. Ora uçuruq. 

Əlbəttə,  o,  helikopter  meydançası  olan  evdə  yaĢamalıdır,  baĢqa  cür 

ola bilməz. Biz onunla sanki ayrı-ayrı planetlərdənik. Panelin iĢığı üzümüzü 

iĢıqlandırır.  Kristian  diqqətlidir  və  cihazlardan  gözünü  əsla  çəkmir. 

EndirilmiĢ  kirpiklərin  altından  onun  cizgilərinə  baxıram.  Profil  gözəldir. 




 

 

 



103 

www.vivo-book.com 

 

Düz  burun,  enli  çənə…  mən  dilimi  onun  üstündə  gəzdirmək  istərdim.  O, 



üzünü  qırxmayıb,  buna  görə  də  perspektiv  ikiqat  cazibəlidir.  Üzündəki 

tükləri barmaqlarımda, dilimin altında, dərimdə hiss eləmək… 

–  Gecə  uçarkən  heç  nə  görünmür.  Cihazlara  əsasən  istiqamət 

götürmək lazım gəlir, – erotik fantaziyalarıma onun səsi daxil olur. 

– Hələ  çox uçacağıq?  – deyirəm  birnəfəsə. Mən  seks haqqında heç 

düĢünməmiĢdim, yox, yox, yenə də yox. 

– Bir saatdan da az, çünki külək arxadan əsir. 

Oho! Sietlə bir saatdan az  yol  qalır… Sürət  pis deyil, indi aydındır 

niyə biz məhz uçuruq. 

Təxminən  bir  saatdan  sonra  hər  Ģey  bəlli  olacaq.  Kəpənəklər 

qarnımda hey uçurlar. Maraqlıdır, o, mənə sürpriz nə hazırlayıb? 

– Necəsən, AnasteyĢa? 

– Normal, – qısa və kəsik-kəsik cavab verirəm. 

Məncə, o gülümsəyir, amma qaranlıqda bu görünmür. 

Kristian yenidən tumbleri Ģaqqıldadır. 

– Portlend, bu Çarli Tanqodur, min dörd yüzdə gedirəm, qəbul, – o, 

dispetçer qülləsi ilə informasiya mübadiləsi aparır. Lap əsl pilot kimi. Mənə 

elə  gəlir  ki  biz  Portlendin  nəzarət  zonasını  tərk  edir  və  Sietlin  hava 

məkanına daxil oluruq. – Sizi anladım, əlaqənin sonu. 

– Bax. – Kristian mənə uzaqda, irəlidəki iĢıq qığılcımını göstərir.  – 

Bu Sietldir. 

–  Sən  həmiĢə  qadınları  valeh  etməyə  çalıĢırsan?  Onları  özünlə 

helikopterdə uçmağa aparırsan? – Mənə doğrudan da maraqlıdır. 

–  Mən  heç  vaxt  özümlə  qızları  aparmamıĢam,  AnasteyĢa.  Bu  ilk 

dəfədir, – onun səsi sakit və ciddidir. 

Ah! Necə də gözlənilməzdir. Birinci dəfə? Bəs nə? Bir yerdə yataq? 

– Təəssürat necədir? 

– Sadəcə həyəcandan əriyirəm, Kristian. 

O gülümsəyir. 

– Əriyirsən? 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə