Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə27/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   23   24   25   26   27   28   29   30   ...   160

 

 

 



88 

www.vivo-book.com 

 

– Hə, adətən, əgər iĢlərini itirmək istəmirlərsə. 



– Əgər sənin yanında iĢləmirlərsə? 

–  Mənim  inandırmaq  vasitələrim  var,  AnasteyĢa.  Nahar  yeməyini 

tamamla.  Səni  evə  aparacam,  saat  səkkizdə,  iĢi  bitirdikdə  isə  ardınca 

―Kleytons‖a gələcəm. Biz Sietlə uçacağıq. 

Gözlərimi dayanmadan döyürəm. 

– Uçacağıq? 

– Hə, mənim helikopterimdə. 

Əla. Sirli Kristian Qreylə ikinci görüĢüm. Hər Ģey qəhvədən baĢladı, 

indisə məsələ helikopterli gəzintilərə keçib. ĠĢə bir bax! 

– MaĢınla getmək olmaz? 

– Yox. 

– Niyə? 


O gülümsəyir. 

– Çünki mən belə istəyirəm. Yeməyini tamamla. 

Ġndi  necə  yeyim?  Mən  Kristian  Qreylə  birgə  Sietlə  helikopterlə 

uçuram. Və o, mənim dodağımı diĢləmək istəyir. 

– Ye, – o, sərt Ģəkildə deyir. – AnasteyĢa, mən yeməyin tullanmasına 

əsla dözə bilmirəm, tez ol. 

– Mən bu qədər yeyə bilmərəm, – özümə haqq qazandırıram. 

–  BoĢqabında  nə  varsa,  ye.  Əgər  dünən  axĢam  normal  yemək 

yesəydin, indi burda olmazdın və mən sənə öz sirlərimi belə tez paylaĢmalı 

olmayacaqdım – o, dodaqlarını kip sıxır. Deyəsən, əsəbiləĢir. 

Mən  qaĢqabağımı  tökür  və  yenidən  soyumuĢ  fəsəli  və  qayğanağı 

yeməyə  baĢlayıram.  ―Mən  çox  həyəcanlanmıĢam,  yemək  boğazımdan 

keçmir,  Kristian!  Niyə  bunu  anlamırsan?‖  –  bunu  ucadan  deməyə  cəsarət 

tapmıram,  xüsusən  indi,  o  qaĢqabaqlı  olduqda.  Lap  uĢaq  kimidir.  Hətta 

dəcəl. 

– Burda gülməli nə var ki? – deyə o soruĢur. 




 

 

 



89 

www.vivo-book.com 

 

BaĢımı  yelləyirəm, cavab verməyə qərar verə bilməyərək və baĢımı 



boĢqabdan  ayırmıram.  Fəsəlinin  sonuncu  tikəsini  udaraq  Kristian  Qreyə 

nəzər yetirirəm. O, düĢüncəli halda mənə baxır. 

–  Afərin.  Ġndi  səni  evinə  aparacam,  amma  öncə  saçlarını  qurut. 

Xəstələnməyini istəmirəm. 

Onun sözlərində hansısa bulanıq vəd duyulur. O, bununla nə demək 

istəyir?  Masa  arxasından  qalxıram.  Bəlkə  öncədən  icazə  almaq  gərək  idi? 

Yox,  təhlükəli  presedent  yaratmaq  gərək  deyil.  Yenidən  yataq  otağına 

yollanıram və qəfil ağlıma gəlmiĢ fikirdən yarı yolda donub qalıram. 

–  Bəs  sən  gecə  harda  yatmıĢdın?  –  deyə  hələ  də  masa  arxasında 

oturan  Kristian  Qreyə  tərəf  çevrilirəm.  Qonaq  otağında  heç  bir  mələfə  və 

adyal görünmür. 

– Səninlə eyni yataqda, – deyə o, üzündəki dəyiĢməz ifadə ilə cavab 

verir. 

– ĠĢə bax. 



– Hə, mənim üçün tamamilə yeni hisslərlə, – deyə o gülümsəyir. 

– Sən, yəqin ki, seksi nəzərdə tutmursan? 

Hə, axır ki bu sözü dedim. Yanağım allandı, əlbəttə. 

– Yox. – Qrey baĢını yelləyir və üz-gözünü turĢudur, sanki nəsə pis 

bir Ģeyi xatırlayır. – Kiminləsə birgə eyni çarpayıda yatmaq hissini. 

O, qəzeti əlinə götürür və mütaliəyə baĢlayır. 

Ah, bunun nə demək olduğunu necə də bilmək istərdim. O, heç vaxt 

baĢqası ilə yatmayıb? O bakirdir? Çətin ki. Mən ona inamsızcasına baxıram. 

O tanıdıqlarım arasında ən mübhəm personajdır. Və elə bu zaman anlayıram 

ki, Kristian Qreylə yatmıĢam. Ona yatmıĢ halda baxmaq üçün dünyada hər 

Ģey,  verərdim.  Onu  aciz  görmək  üçün.  Bunu  təsəvvür  etmək  nədənsə 

çətindir. YaxĢı, deyəsən, bu axĢam hər Ģey aydınlaĢmalıdır. 

Yataq  otağındakı  komoda  baxıram  və  orada  fen  tapıram. 

Barmaqlarımı Ģotka əvəzinə istifadə edərək, necə gəldi saçlarımı quruduram. 

ĠĢi  bitirib,  diĢlərimi  fırçalamaq  üçün  hamam  otağına  gedirəm  və  orda 

Kristianın fırçasını görürəm. Ġndi təsəvvürümə gətirəcəm ki, bu odur. Hm… 




 

 

 



90 

www.vivo-book.com 

 

cinayətkar  kimi  çiynimin  üstündən  geri  baxaraq,  fırçanın  diĢciklərini 



yoxlayıram.  Deməli,  o,  istifadə  olunub.  Fırçanı  götürür,  məcunu  üstünə 

sıxıram  və  tez-tələsik  diĢlərimi  fırçalayıram.  Özümü  əxlaqsız  kimi  hiss 

edirəm. Amma bu, necə də xoĢdur. 

Mən  dünənki  futbol  köynəyimi,  lifçik  və  tumanı  Teylorun  təmiz 

paltarla mağazadan gətirdiyi paketə atır, sonra çanta və jaketi tapmaq üçün 

qonaq  otağına  gedirəm.  Sevincimin  həddi-hüdudu  yoxdur!  Çantada  rezin 

qaytan var. Kristian saçlarımı peysərimdə at quyruğu kimi necə yığmağıma 

baxır.  Üzünün  ifadəsindən  anlamaq  olur  ki,  o  nə  haqda  düĢünür.  Kimləsə 

telefonla danıĢır. 

–  Onlara  iki  lazımdır?..  Bu  neçəyə  baĢa  gələcək?..  YaxĢı, 

təhlükəsizlik tədbirləri nə yerdə qaldı? Onlar SüveyĢdən keçəcək?.. BoĢalma 

Port-Sudanda  olacaq?..  Darfura  nə  vaxt  yetiĢəcəklər?..  YaxĢı,  elə  belə  də 

edərik.  Məni  iĢlərin  gediĢindən  agah  et.  –  ―No‖  düyməsini  basır.  – 

Hazırsan? 

BaĢımla təsdiqləyirəm. Maraqlıdır, söhbət nə haqda idi? 

– Sizdən sonra, miss Stil, – qarĢımdakı qapını tutaraq Qrey deyir. O, 

necə də nəzakətlidir! 

Mən onun görünüĢündən xoĢhallanaraq lazım olduğundan bir qədər 

çox ləngiyirəm. Gecə onunla yatmıĢam və bütün dünənki hadisələrdən sonra 

(tekila və sonrakı nəticələr) o hələ də məndən iyrənmir. Bundan əlavə, məni 

özüylə  Sietlə  aparır.  Niyə  məhz  mən?  Bunu  anlamaq  gücündə  deyiləm. 

Qapıya doğru gedirəm, onun sözlərini xatırlayaraq  – ―səndə nəsə qeyri-adi 

bir Ģey var‖. Deməli, hisslərimiz qarĢılıqlıdır, mister Qrey və mən hər Ģeyi 

aydınlaĢdırmaq istəyirəm. 

Biz  danıĢmadan  dəhlizlə  gedirik.  Lifti  gözləyərkən  kirpiklərim 

arasından  Kristianı  süzürəm,  osa  gözünün  kənarı  ilə  mənə  baxır.  Mən 

gülümsəyirəm, onunsa dodağı qaçır. 

Lift  gəlib  çıxır,  içəri  keçirik.  Birdən  hansısa  izaholunmaz  səbəbə 

görə – ola bilsin ki, qapalı məkanda yaxınlığımızdan – aramızdakı atmosfera 

dəyiĢir,  məstedici  hissiyyata  yoluxuruq.  Tənəffüsüm  sürətlənir,  ürəyim 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə