Toşkilat menecmentin obyekti kimi
xırda növlərə və yanmnövlərə bölünür. Onların hər biri bütün digər
istehsalçılarla mübadilə etmək məqsədilə müxtəlif məhsullar istehsal
edirlər. Əmtəə təsərrüfatının inkişafı beləliklə ayrı-ayrı və müstəqil
sənaye sahələrinin çoxalmasına səbəb olur. Belə inkişaf meylinin
mahiyyəti yalnız məhsul istehsalını deyil, hətta onun ayrı-ayrı
hissələrini, məhsulu istehlaka hazırlamaq üzrə ayrı-ayrı əməliyyatların
sənayenin xüsusi sahəsinə çevirməkdən ibarətdir.
Olduqca kiçik təşkilatlar istisna olmaqla bütün təşkilatlarda
ixtisaslaşdırılmış xəttlər üzrə üfüqi əmək bölgüsü mövcuddur. Əgər
təşkilat ölçüsünə görə kifayət qədər böyükdürsə mütəxəssisləri adətən
funksional sahələr çərçivəsində birlikdə qruplaşdırırlar.
Təşkilatdakı əmək bölgüsünü konkret olaraq nccə həyata
keçirmək məsələsini ən əhəmiyyətli idarəetmə qərarlarının həyata
keçirilməsinə aid edirlər. Funksional sahənin seçilməsi təşkilatın əsas
strukturunu və əhəmiyyətli dərəcədə onların uğurla fəaliyyət göstərməsi
imkanlarını müəyyən edir. İnsanlar arasında işin bölüşdürülməsinin
effektliyi və məqsədəuyğunluğu üsulları yuxandan tutmuş təşkilatın ən
aşağı səviyyəsinə qədər - bir çox hallarda rəqibləri ilə müqayisədə
təşkilatın nə dərəcədə məhsuldar olduğunu müəyyən edir.
Tarixi nöqteyi-nəzərdən təşkilatın vəzifələrinin xarakter və
məzmunundakı dəyişikliklər ixtisaslaşdırmanın təkamülü ilə qırılmaz
surətdə bağlıdır. Adam Simitin məşhur sancaq istehsalı məsələsində
olduğu kimi sancaq istehsalı ilə bağlı olan işlərin ayrı-ayrı mütəxəssislər
arasında bölüşdürülməsi zamanı əldə edilən potensial fayda bu işin
bütövlükdə bir şəxsə həvalə edilməsindən əldə edilən faydadan qat-qat
çoxdur. 1776-cı ildə nəşr edilmiş «Xalqların rifahi» əsərindəki misal
sənaye inqilabına bir növ təkan oldu. Həmin misalda belə deyilirdi:
Fəhlə əmək bölgüsü olmadan gün ərzində güc-bəla ilə bir sancaq
düzəldə bilərdi. Yəqin ki, 20 ədəd hazırlaya bilməzdi. Lakin, sonradan
bü iş elə yerinə yetirilməyə başladı ki, sancaq istehsalı yalnız müstəqil
istehsal sahəsi olmadı, həm də bir sıra ayrı-ayrı mərhələlərə parçalandı
və sonradan bunların hər biri ayrıca istehsal sahəsində çevrildi. Onlardan
biri məftili çəkir, digəri - onu düzəldir, üçüncüsü - onu müəyyən edilmiş
ölçüdə kəsir, dördüncüsü - onun üçünü itiləyir, beşincisi - onun bir
ucunun lazımi şəkilə salır ki, başlıq alınsın, başqa iki nəfər isə cəftə
düzəldir. Başlığın sancağa bərkidilməsi digər bir müstəqil əməliyyatdır.
Digər ayrı bir əməliyyat sancaqların ağardılmasıdır. Hətta sancağın
kağıza tikilməsi də ayrıca
94
Təşkilatın xarakteristikası
bir əməliyyatdır. Beləliklə sancağın hazırlanması təqribən 18 ayrıca
əməliyyata bölünür. Bu əməliyyatların hər biri həqiqətən ayrı-ayrı
fabriklərdə konkret işçilər tərəfindən yerinə yetirilir. Eyni zamanda digər
fabriklərdə bir nəfər çox vaxtı iki və ya üç əməliyyatı yerinə yetirir.
Nəticədə on nəfər birgə işləyərək gün ərzində 48 min sancaq hazırlaya
bilirdi. Başqa sözlə bir nəfər hesabı ilə bu gün ərzində 4800 sancaq
demək idi. Lakin, əgər onlar bütün bunları bir-birindən ayrılıqda
müstəqil etsəydilər gün ərzində/güc-bəla ilə 20 sancaq hazırlaya
bilərdilər.
O, dövrün sahibkarları tez bir zamanda başa düşdülər ki,
ixtisaslaşdırma mənfəəti yüksəldir. Çünki, əmək məhsuldarlığının
yüksəlməsi istehsala çəkilən xərcləri aşağı salır. İxtisaslaşdırma məsələsi
bir çox sadə əməliyyatların yerinə yetirilməsində öz tətbiqini tapdı.
Həmin dövrdən başlayaraq son dövrlərə qədər ixtisaslaşdırmanın
genişləndirilməsi meyli və bununla da bütün işin daha xırda
əməliyyatlara paçalanması hökm sürməkdə idi. XX əsrdə texnoloji
yeniliklər, texnikanın sistemli şəkildə uyğunlaşdırılması və əməyin
ixtisaslaşdırılması ixtisaslaşmanı o dərəcədə dərinləşdirdi və
mürəkkəbləşdirdi ki, bunu A.Simit təsəvvür də edə bilməzdi.
Məlum olduğu kimi, istehsal texnologiyasında üç böyük dönüş
baş verdi: l)sənaye inqilabı; 2)standartlaşdırma və mexanikləşdirmə;
3)yığım konfeyr xəttlərinin tətbiqi.
Standartlaşdırmanın ilk dəfə tətbiqini başqa sözlə istehsalatda
bir-birini qarşılıqlı surətdə əvəz edən standart komponentlərdən istifadə
edilməsini pambıq təmizləyici maşının ixtiraçısı olan Eli Uitnin adı ilə
bağlayırlar. O, ordu üçün muşket (qədimdə iriçaplı, fıtilli tüfəng)
istehsalı
üzrə kontraktı yerinə
yetirərkən
standartlaşdırma ideyasını irəli sürdü. Ona qədər bu silahlar fərdi
nümünələr üzrə hazırlanırdı. Standart hissələrdən istifadə edilməsi
istehsal və təmir işlərinə çəkilən xərclərin dəyərini əhəmiyyətli dərəcədə
azaltdı. Çünki, Uitnin muşket hissələri bu tipdən olan digər muşket
hissələrini qarşılıqlı şəkildə əvəz edə bilirdi. Səhra şəraitində defektli
hissəsini sadəcə dəyişdirməklə belə silahı asanlıqla təmir etmək
mümkün idi.
Standartlaşdırma konsepsiyası eyni zamanda ixtisasız və ya az
ixtisaslı əməyin tətbiqi üçün yeni imkanlar açaraq ixtisaslaşdırmanın
daha
da yüksəlməsini
stimullaşdırır.
Müasir
cəmiyyətin
xarakteristikası olan kütləvi əmtəə istehsalı və xidmətlər göstərilməsi
məhz buna əsaslanır.
Standartlaşdırma və mexanikləşdirmə XX əsrin əvvəllərində
95