Təşkilat menecmentin obyekti kimi
İstehsalını, qablaşdırma vasitələrinin geri qaytarıla bilməməsini və s.
göstərirlər. Görünür ki, istehsal fəaliyyəti həmişə ətraf mühitə əlverişli
olmayan təsir göstərəcəkdir. Lakin, bunu az və ya böyük xərclərlə yerinə
yetirmək olar. Ekoloji məsuliyyət bu problemin həllinin daha yaxşı
variantının axtarılmasını nəzərdə tutur.
İstehlakçılar qarşısında məsuliyyət. Sahibkarlıq fəaliyyətinin
tənqidçilərinin fikirlərinə görə biznesin böyük məsuliyyətlə
istehlakçılara aidiyyəti ola bilər. Əmtəələrin keyfiyyətinin aşağı və
istehlakçılann həyat üçün təhlükəli olmasına qarşı istehlakçıların
mübarizə aparması siyasəti yeni məsələ deyildir. Yenilik burada kütləvi
informasiya vasitələrinin, lobbilərin, bəzən də istehlakçıların özlərinin
birbaşa hərəkətləri vasitəsilə sahibkarlara təziq göstərərək istehlakçılann
hüquqlarını müdafiə edən aktiv siyasi hərəkatın meydana çıxmasmdan
ibarətdir.
Məhsulun keyfiyyətinin pis olması bu hərəkət fəallarının
narazılıqlarmın başlıca səbəbidir. İdxal edilən əmtəələr adətən keyfiyyət
standartı kimi qəbul edilir. Lakin ölkə sahibkarları bu standartlara əməl
etməkdən müxtəlif yollarla yayınırlar. Digər böyük narahatlıq isə
əmtəələrin təhlükəsizliyidir. Sahibkarları çox vaxtı olduqca duzlu və ya
həddən artıq yağlı qida məhsulları satmaqda, avtomobil istehsalçılarını
isə hərəkət təhlükəsizliyi tələblərinə cavab verməyən avtomobillər
satmaqda günahlandırırlar. Bu işdən qiymətlərin yüksək olmasına və
ayrı-ayrı istehlakçı qruplarının mənafelərinin qorunmamasına görə
məzəmmət edilən xidmət sferası da kənarda qalmır.
Çətin ki, elə bir menecer tapılsın ki, o ətraf mühitin çirklənməsini,
keyfiyyətsiz əmtəələr buraxılmasını və istehlakçıların aldadılmasını
ürəkdən istəsin və bu işə rəvac versin. Heç kim, hətta xüsusi
sahibkarlığın ən məharətli opponentləri özlərində cəsarət tapıb təsdiq
edə bilməzlər ki, menecerlər ona görə özlərini belə məsuliyyətsiz
aparırlar ki, belə onların xoşuna gəlir. Çox vaxtı deyirlər ki, cəmiyyət
qarşısındakı məsuliyyət mənfəətin qurban verilməsinə gətirib çıxarır.
Cəmiyyət nöqteyi-nəzərdən potensial olaraq təbiətə vurula bilən
istənilən ziyanı buraxılan məhsulun dəyəri ilə müqayisə etmək lazımdır.
Məhz bundan nəticə çıxarılaraq hansı məhsulun harada istehsal edilməsi
haqqında qərar vermək lazımdır. Lakin, görəsən ekoloji qaydaların
gözlənilməsinə görə menecerlərin hər hansı bir stimulu varmı? Cavab
vermək olar ki, yox. Amma xaşbəxtlikdən menecerlər bunu edirlər.
Məsələn, bir çox firmalar belə qənaətə 120
Sosial məsuliyyət vo ıncnccmcmin etikası
gəlirlər ki, əlverişsiz ekoloji şərait olan regionlarda işləmək üçün muzdlu
heyət cəlb edilməsi çətin olacaqdır. Çirklənmiş ərazilərdə yerinə yetirilən
işlərə görə ödənilən əlavələr böyük xərclərlə bağlıdır. Şəhər mühitinin
saglamlaşdınlması firma və ya firmalar qrupu üçün daha faydalı ola bilər.
Lakin, ekoloji məsuliyyətin firmaların mənfəətliyinə nail olunması
öhdəlikləri ilə ziddiyyət təşkil etməsinə dair digər çoxlu misallar çəkmək
olar. Hər dəfə problem o vaxt meydana çıxır ki, təbiətə vurulan ziyanla
bağlı olan xərclər ətraf mühitin çirklənməsinin günahkarı üzərinə deyil,
digər firmaların və ya bütövlükdə cəmiyyətin üzərinə qoyulur.
İqtisadçılar belə xərcləri daxili xərclərdən fərqli olaraq xarici
adlandırırlar və bunu firmanın özü ödəyir. İşçiləri yaşayış ərazini
çirkləndirən firma ödənilən kompensasiya həcmində daxili xərcləri
(məsrəfləri) ödəyirlər. Lakin, belə halda olur ki, çaya zəhərli maddələr
axıdan müəssisə yerləşdiyi yaxın hövzəyə nisbətən çayın aşağı axarında
təbiətə daha çox ziyan vurur. Buna baxmayaraq həmin müəssisə ətraf
mühitin qorunması ilə bağlı olaraq digər təşkilatların hesabına müəyyən
məbləğdə vəsait köçürür.
Prinsipcə bütün təşkilatlar qabiliyyətindən, təhsil səviyyəsindən
və ixtisasından asılı olaraq iş almaq arzusunda olanların hüquqlarını
məhdudlaşdırır (diskriminasiya edir). İki iddiaçı arasında seçim edərək
təşkilat daha bacarıqlıya üstünlük verir. Lakin, belə diskriminasiya o
zaman sosial problemə çevirilir ki, onun vımək məhsuldarlığına
(xüsusilə də dini və ya cinsi mənsubiyyətinə görə) aidiyyatı olmur.
Milli və ya cinsi əlamətə görə diskriminasiya çox az hallarda
mənfəət gətirir. Az təhsil görmüş işçinin xeyrinə olaraq daha ixtisaslı
işçinin xidmətlərindən imtina edən firma rəqabət mübarizəsində özünü
üstünlüklərdən məhrum edir. Buna baxmayaraq əmək bazarındakı
diskriminasiya qalmaqaldadır. Bu ən azı iki səbəbdən irəli gəlir.
Birincisi, Menecer diskriminasiyaya öz mülahizələrinin əsri olduğuna
görə yol verə bilər. Bu halda, onun hərəkətləri məsuliyyətsizlikdir, çünki
bununla o, firmanın mülkiyyətçisini potensial mənfəətin bir hissəsindən
məhrum etmiş olur. Doğrudan da mənfiıət əldə etməyə cəhd edən
menecer işə qəbul testlərinin nəticələrini və iş yerinə iddia edən şəxsin
təhsil .səviyyəsini əsas götürməlidir.
Menecment problemləri üzrə kitabların müəllifləri belə bir
məsələdə həmrəydirlər ki, yüksək keyfiyyətli əmtəələr və xidmətlər
mənfəət əldə etməyin ən etibarlı yoludur. Əgər bu belədirsə onda