Təşkilat menecmentin obyekti kimi
İstehlakçı ittifaqlarının fəalları tərəfindən fasiləsiz olaraq edilən
tənqidləri nə ilə izah etmək olar və pis keyfiyyətlə mənfəət əldə etməyə
cəhdi nə ilə əlaqələndirmək olar? Burada üç qrup problemi qeyd etmək
olar.
Birincisi, təşkilatların hamısı bacarıqlı idarəetmə ilə fərqlənmirlər.
Bəzi təşkilatlarda bu iş çox pisdir. Belə təşkilatlar alıcıların tələblərinin
dəyişməsini izləmirlər, əgər bunu edirlərsə də onların tələbatlarının
ödənilməsi üçün heç bir iş görmürlər. İşçilərə pis münasibət göstərilməsi
öz nəticəsini bilavasitə məhsul istehsalçılarınm keyfiyyətə biganə
yanaşmalarında göstərir. Xərcləri aşağı salmağa imkan verən texniki
ideyalar ləng tətbiq edilir.
İkincisi, mənfəət və tələbatın ödənilməsi oyun qaydalarına əməl
edildikdə əldən ələ keçir. Buna baxmayaraq həmişə elə biznesmenlər
tapılır ki, bu qaydalara əməl etmir və inadla aldatma yolunu seçirlər.
Əlbəttə ki, bu halda istehlakçılar müdafiə olunurlar. Bu işdə onların
başlıca aləti ikinci dəfə belə saxtalaşdırılmış əmtəələri almaqdan imtina
etmələridir. Bundan başqa aldatmaya görə cəzalandırmanı nəzərdə tutan
sərt qanunlar vardır. Çox təəssüflər olsun ki, bunlar heç də hamı üçün
onun qaydalarının pozulmasının qarşısını alan amil ola bilmir.
Üçüncüsü, alıcıları tərbiyə etmək əvəzinə onların arzularına
uyğun hərəkət etməkdə təşkilatları tənqid edirlər.
Yuxanda biz biznesin məsuliyyətindən danışmışıq. Lakin, əgər
biz bu işdə dövlətin cəmiyyət və sahibkarlar qarşısında daşıdığı
məsuliyyət haqqında danışmasaq tam mənzərini təsəvvür edə bilmərik.
Bu işdə hökumətin başlıca vəzifəsi oyun qaydalarını müəyyən
etməkdən və onun gözlənilməsinə nail olmaqdan ibarətdir. Şübhəsiz ki,
burada söhbət əsassız qaydalar məcmusunan getmir. Əslində hökumət
elə etməlidir ki, cəmiyyətdə yalnız fayda gətirən biznes fəaliyyəti
çiçəklənsin.
İstənilən sahibkarlıq fəaliyyəti resurslardan istifadə edilməsi ilə
bağlıdu*. Əgər sonuncu xüsusi əllərdədirsə hakimiyyətin rolu onlarm
sahiblərinə öz mülkiyyət hüquqlarmı reallaşdırmaqda kömək etməkdir.
Lakin, həyatda ən kəskin ekoloji problemlər xüsusi istifadə deyil, ictimai
istifadə də olan - hava, su, dövlət torpaqları - resurslardan istifadə zamanı
meydana çıxır. Sahibkarların bu nemətlərin ödənişsiz olduğunu qəbul
etmələri ilə razılaşmaq olmaz. İctimai resurslardan istifadə üzərində
nəzarəti həyata keçirmək üçün çoxlu üsullar təklif edilir. Ətraf mühitin
qorunması haqqında qanun;
122
Sosial məsuliyyət və menecmentin etikası
İctimai resurslardan istifadəyə görə xüsusi şəxslərdən haqq tutulması;
yeni mülkiyyətçi üzərinə əldə edilən resursun salamatlığını gözləmək
məsuliyyətini qoymaqla auksionlar vasitəsilə dövlət mülkiyyətinin
özəlləşdirilməsi. Dövlətin ekoloji siyasəti hələlik işlənib hazırlanma
mərhələsindədir və bu sahədə hələ çox işlər görmək lazımdır. Eyni
sözləri istehlakçıların hüquqlarının qorunması haqqında da danışmaq
olar. Və burada bir sıra problemlər öz həllini gözləyir. Məsələn, əgər
buna görə daha yüksək haqq ödəmək tələb olunursa və istehlakçılarm
seçim imkanlan məhdudlaşırsa xarici rəqabətdən qorunmaq üzrə
tədbirlər görülməsi lazımdırmı? Sağlamlıq üçün bu və ya digər əmtəənin
təhlükəsizliyi haqqındakı məsələlərin hamısı tam aydın deyildir.
Məsələn, deyək ki, bir tərəfdən insan həyatı üçün məhvedici olan, digər
tərəfdən isə müəyyən kateqoriya xəstələr üçün tamamilə zəruri olan
narkotiklərdən istifadə edilməsi. Bu və buna oxşar məsələləri həmişə
istehlakçıların hüquqlarını qoruyan hərəkat tərəfdarlan irəli sürürlər.
Cəmiyyətdə biznesin rolu haqqındakı mübahisələr sosial
məsuliyyətin lehinə və əleyhinə olan çoxlu sayda arqumentlər
yaratmışdır.
Sosial məsuliyyətin lehinə olan arqumentlər:
-biznes üçün uzun müddətli əlverişli perspektivlər təşkilatın, yerli
qrupların həyatını yaxşılaşdıran və ya dövlət tənzimlənməsinin
zəruriliyini ləğv edən sosial hərəkətləri cəmiyyət həyatmda
iştirakdan fayda əldə edilməsini təmin etmək sahəsində onların
maraq dairəsində ola bilər. Sosial nöqteyi-nəzərdən cəmiyyətdə
yaranmış əlverişli vəziyyət biznes fəaliyyəti üçün də əlverişli
şərait yaradır. Bundan əlavə əgər, sosial fəaliyyətlə bağlı olan
qısa müddətli xərclər nə qədər yüksək olsa da onlar
uzunmüddətli perspektivdə mənfəəti stimullaşdıra bilər. Çünki,
belə olduqda istehlakçılarda, tədarükçülərdə və yerli qurumlarda
təşkilatm daha cəlbedici imici formalaşır;
- tələbatın və geniş kütlənin ümidlərinin (gözləmələrinin)
dəyişməsi - bizneslə bağlı olan sosial ümidlər XX əsrin 60-cı
illərində köklü surətdə dəyişdi. Yeni ümidlər və müəssisələrin
buna real reaksiyası arasındakı müddəti qısaltmaq üçün onların
sosial problemlərin həllinə cəlb edilməsi həm gözlənilən və həm
də zəruridir;
-sosial problemlərin həllinə kömək etmək üçün resursların
123
Təşkilat menecmentin obyekti kimi
miqdarı - biznes fəaliyyəti əhəmiyyətli miqdarda insan və
maliyyə resursları ilə bağlı olduğuna görə onun gəlirinin bir
hissəsinin sosial ehtiyacların ödənilməsinə yönəldilməsi
məqsədəuyğunIdur;
-özünü sosial cəhətdən məsuliyyətli aparmaq mənəvi öhdəliyi.
Təşkilat cəmiyyətin bir üzvü olduğuna görə əxlaq
normaları onun davranışını da idarə etməlidir. Cəmiyyətin fərdi
üzvlərindən biri kimi müəssisə cəmiyyətin mənəvi əsaslarını
möhkəmləndirməyə kömək edərək sosial cəhətdən məsuliyyətli
hərəkət etməlidir. Qanunların həyatda baş verən bütün
situasiyaları nəzərdə tuta bilmədiyinə görə müəssisə qanun və
qaydalara əsaslanaraq cəmiyyətə kömək göstərməlidir.
Sosial məsuliyyətin əlyhinə olan arqumentlər:
-mənfəətin maksimuma çatdırılması prisipinin pozulması
resursların bir hisəsinin sosial ehtiyacların ödənilməsinə
yönəldilməsi mənfəətin maksimuma çatdırılması prinsipi ilə
ziddiyyət təşkil edir. Müəssisə sosial problemlərin həllini dövlət
müəssisələri və xidmətlərinə saxlanmaqla səylərini yalnız
iqtisadi maraqlar üzərində cəmləşdirərək özünü sosial cəhətdən
daha məsuliyyətli hesab edir;
-sosial cəlbediciliyə çəkilən xərclərin yük.sək səviyyəsi sosial
ehtiyaclar üçün ayrılan vəsait müəssisə üçün əlavə xərclərdir.
Son nəticədə bu xərclər qiymətlərin yüksəldilməsi şəklində
istehlakçıların üzərinə keçirilir. Bundan əlavə beynəlxalq
bazarlarda belə ehtiyaclara vəsait sərf etməyən digər ölkələrin
firmaları ilə rəqabət mübarizəsində iştirak edən təşkilatlar
əlverişsiz vəziyyətə düşürlər;
-geniş kütlənin tələb etdiyi hesabat səviyyəsinin yüksək olmaması
- bazar sistemi müəssisənin iqtisadi göstəricilərinə yaxşı nəzarət
etdiyi halda onun sosial cəlbediciliyinə pis nəzarət edir. Nə
qədər ki, cəmiyyət müəssisənin onun üçün birbaşa hesabat tərtib
etməsi qaydalarını işləyib hazırlamayıb, müəssisə sosial
fəaliyyətdə iştirak etməyəcəkdir. Buna görə onlar özlərinin
məsuliyyət daşıdığını qəbul etməyəcəklər;
- sosial problemləri həll etmək bacarığının çalışmaması - istənilən
müəssisənin heyəti hər şeydən əvvəl yaxşı iqtisadiyyat, bazar və
texnika sferasındakı fəaliyyətə hazır olurlar. Onlar sosial
xarakterli problemlərin həllinə
124
Dostları ilə paylaş: |