103
inanmayan məzhəbsizlər bilə, həqiqətin var
olduğuna inanmışlar. Onlar sadəcə Tanrıya yeni ad
taxırlar ki, bu da yeni bir ad deyildir. Onun minlərcə
adı var. Həqiqət ona veriləcək ən böyük, ən yaxşı
addır. Tanrı ilə keçərli olan nə varsa, bütün əxlaqi
dəyərlərin əsasını oluşduran həqiqətin təsəvvürü
üçün də keçərlidir. Ancaq bir az daha aşağı
düzeydə. Çünkü Tanrıya aidlik həqiqəti də içinə
almaqdadır. Bu qonunu görməzlikdən gələnlər öz
aramalarında bir çox çətinliklərə və müsibətlərə
qatlaşmış olurlar. Bir inanca görə davranarkən,
ortaya çıxan sorunları inancsızlığın sorunları ilə
özdeşləşdirmək yanlışdır. Himalay zirvələrinə
yüksəlmək istəyən bir heyətin yolun çətinlikləri
haqqında öncədən təsəvvürləri olmalıdır. Bu
çətinliklərə görə davranmalıdır. Yolda mövcud
olan çətinliklər heyətin hərəkətini mümkünsüz
etməz. Tam tərsinə, zirvəyə çatmanın həyəcanını
artırmış olur. Tanrını aramanın və ona
qovuşmanın həyəcanı Himalay dağlarının
zirvəsinə yüksəliş həyəcanından minlərcə kəz
üstündür
, çətindir və çəkicidir. Böylə bir tinsəl
səfərə həvəsimiz yox isə, bu, inancımızın
zəifliyindən dolayıdır. Genəldə gözlərimizlə
gördüklərimiz gerçəklik kimi görünür və
gördüklərimizə
inanırıq.
Əşyanın
zahiri
görünümünün aldadıcı olduğunu bilməmizə qarşın,
genəldə zahiriliyin aldadıcılığını qəbul edib ona
uyuruq.
Ancaq bu zahiriliyin dəyərsiz aldadıcılığını
olduğu kimi görsək, öz savaşımızda uğurumuzun
yarısını qazanmış oluruq. Böylə bir yanaşma
Tanrını və ya həqiqəti aramanın yöntəmini təşkil
edər. Biz özümüzü bu aldadıcı zövqlərin
əsarətindən qurtarmadıqca, hətta Tanrını və həqiqəti
104
aramağa vaxt tapa bilməyəcəyik. Böylə böyük və
önəmli aramanı aldadıcı zahiri şeylərə fəda etmək
doğrudurmu?
•
Tanrı ilə ilgili bir çox tanımlar var. Çünkü tanrı
sonsuz biçimlərdə cilvələnər. Bu tanımlar məni
şaşırdır. Hətta bəzən şaşqınlıqdan az qalıram
bayılım. Ancaq mən Tanrını, yalnızca həqiqət
olaraq qəbul edirəm. Mən Onu hələ tapmasam da,
sürəkli arayıram. Ona varmaq üçün ən əziz nəyim
varsa, fəda etməyə hazıram. Hətta canımın bu yolda
fəda edilməsi istənilirsə, umarım buna da hazırlığım
olur. Ancaq bu müt
ləq həqiqəti bulmadığım sürəcə,
nisbi həqiqətə anladığım şəkli ilə vəfalı olmalıyam.
•
Öz gəlişmə yollarımda Tanrı olaraq bildiyim mütləq
doğruluqla çox keçici qısa görüşlərim olmuşdur.
Gün keçdikcə bu görüş məndə daha da
möhkəmlənir ki, yalnız O, gerçəkdir və Onun
dışında heç bir gerçəklik yoxdur. Bu inancın məndə
necə gəlişdiyini bilmək istəyən varsa, mənim
sınaqlarıma qatılmalıdırlar. Başarsalar, mənim
inancıma da şərik olmalıdırlar. Ayrıca, bu inanc gün
keçdikcə məndə daha da möhkəmlənir. Mənim üçün
mümkün olan, hətta bir çocuq üçün də mümkün ola
bilir.
Bu sözümün isbatı üçün möhkəm dəlillərim
var.
Həqiqəti arama aracları çətin olduqları qədər də
asandır. Təkəbbürlü birisi üçün bəlkə də qeyri-
mümkün görünə bilər. Ancaq məsum bir çocuq
üçün bu, çox asandır. Həqiqət arxasınca yürüyən
insan, hətta bir toz zərrəsindən də sadə və
alçaqkönüllü olmalıdır.
•
Həqiqətin görüşünə tam olaraq vara bilsəydik, artıq
onu aramağa gərək qalmazdı. Birbaşa Tanrıya
qovuşardıq. Çünkü həqiqət tanrıdır. Ancaq yaradılış
105
etibarı ilə həqiqəti arayanlar olduğumuzdan dolayı
öz qeyri-
kamil olmağımıza qarşın, aramalarımıza
davam edərik. Özümüz qeyri-kamil isək,
təsəvvürümüzdə olan məzhəb də qeyri-kamil
olacaq.
Biz məzhəbi var olduğu kimi tam olaraq
anlamırıq. Necə ki, Tanrını da olduğu kimi
anlamırıq. Məzhəb bizim təsəvvürümüzdə olduğu
kimi qeyri-
kamil isə, demək ki, məzhəb də şəxsin
gəlişməsinə uyumlu şəkildə gəlişib dəyişə bilər.
İnsanlar tərəfindən oluşdurulan bütün məzhəblər
qüsurlu isə, onların hansının üstün olduğunu
qiyaslamaq doğru olmaz. Bütün məzhəblər
həqiqətin görünümündən bir parçadır. Ancaq bütün
məzhəblər qüsurlu və əksikdirlər. Başqa məzhəblərə
olan sayqımız onların qüsurlarını görməmizə əngəl
olmamalıdır. Ayrıca, biz öz məzhəbimizin də
əksikliklərini görməliyik. Bu əksikliklərdən dolayı
da öz məzhəbimizdən uzaqlaşmamalıyıq. Bu
qüsurlara qalib gəlməliyik. Bütün məzhəblərə bir
gözlə bərabərcə baxarsaq, heç şübhəsiz ki, başqa
məzhəblərdə olan yaxşı nə varsa, alıb öz
məzhəbimizlə iç-içə edəcəyik.
Ağacın bir tək gövdəsi və bir çox budaqları olduğu
kimi, həqiqi məzhəb də bir təkdir. Bu bir tək olan
məzhəb bəşər fərdləri tərəfindən özümsəndiyində
müxtəlifləşir. Doğru məzhəbin sınırları dilə və
bəyana sığmaz. Bütöv olmayan insanlar bu tək
məzhəbi bütöv olmayan dilləri ilə bəyan edirlər.
Onların qullandığı sözləri digər bütöv olmayan
şəxslər açıqlamağa çalışırlar. Böylə bir durumda
hansı açıqlamanı dürüst və mötəbər saymaq olar?
Hər kəs öz baxışınca bir şeylər söyləməyə çalışır.
H
ər kəsin də haqlı ola bilər. Bu üzdən başqalarının
inancına da xoşgörü ilə baxmaq gərəkir.
Dostları ilə paylaş: |