101
görürük.
Biz özümüzü tam olaraq Tanrının yüksək
iradəsinə buraxib “sıfır” və heç olarsaq, bu
durumda
könüllü olaraq seçim haqqımızdan vaz keçərik.
Artıq heç bir təəssüfə, güvənsizlik və rahatsızlığa
yer qalmaz.
•
Əvət, bəzi mövzular var ki, onu ağıl aracılığı ilə
anlamamız mümkün olmaz. Yalnız inanc yolu ilə
onları qəbul edərik. Bu durumda inancla ağıl qarşı-
qarşıya gəlməz. İnanc ağlın ötəsində durar. İnanc
bir tür a
ltıncı hissdir ki, ağıl və məntiq sahəsinin
dışında hərəkət edər. Bu ölçülərə uyarsaq, məzhəb
tərəfindən edilən iddiaların qəbulunda sorun ortaya
çıxmayacaq.
Böyləcə Tanrının tək oğlunun İsa olduğuna
inanmaq mənə görə us (ağıl) dışıdır. Çünkü
Tanrının evlənib evlad sahibi olması olanaqsızdır.
Burada “oğul” sözü zehni bir qavram və təsəvvür
olaraq anlaşıla bilər. Bu anlayışa görə də hər bir
fərd İsanın yerində Tanrının evladı ola bilər. Bir
şəxs mənəvi açıdan yüzlərcə ağac bizdən öndə
olursa,
onun bir türl
ü Tanrı evladı olduğuna
inanmaq olar. Bir
halda ki,
bütün bəşər genəldə
Tanrının evladıdır. İsanın yaşam biçimi Onun Tanrı
ilə çox yaxın olduğunu göstərsə də, ancaq bu
yaxınlığı cismani şəkildə maddi yaşamda qəbul
etmirik, rədd edirik.
•
Tanr
ı şəxs deyil... Tanrı gücdür. O, yaşamın ruhu və
mayasıdır. O, arınmış vicdandır. O, əbədidir, ancaq
şaşırdıcı olan budur ki, insanlar Onun hər yerdə
olduğunu görüb Ondan yararlana bilmirlər. Onun
hər yanı qapsamış külgəsinə sığınmırlar.
Elektrisitə güclü bir axımdır. Hər kəs hər yerdə
ondan yararlana bilməz. Bu enerjini, yalnız özəl
102
qurallarla qullanıma yatqınlaşdırmaq olar. O, cansız
bir enerjidir.
Ancaq insan zəhmət çəkib onun
qullanım yasalarını öyrəndiyində, ondan yararlana
bilir.
Tanrı adlandırdığımız canlı enerjini də
alqılamaq mümkündür. Bunun üçün içimizdə
gizəmli biçimdə yerləşdirilmiş Tanrını anlama
yasalarını kəşf etməliyik. Bu kəşfdən sonra o
yasalara uyqun şəkildə davranaraq Tanrıya
yaxınlaşa bilərik.
•
T
anrını aramaq üçün qutsal məkanların ziyarətinə
getməyə, şam yandırmağa gərək yoxdur. Heç bir
təzahürlərə gərək yoxdur, çünkü Tanrı bizim
qəlbimizdədir. Cismi varlığımıza diqqətimizi tam
olaraq ortadan qaldırarsaq, Tanrı ilə qarşılaşa
biləcəyik.
•
Davranış qonusunda nəzəri bilgilərimiz və
təsəvvürlərimiz olmazsa, heç
tür arama da mümkün
olmayacaq.
Biz inanmadığımız bir şeyi tapa
bilmərik. Varlıq ilk oluşduğu gündən bu ussallıq
(əqlilik) üzərində qurulmuş ki, əgər biz varıqsa,
Tanrı da var, yoxuqsa, Tanrı da yoxdur. Tanrıya
inanc bəşərin var oluşundan başladığından, Tanrının
varlığı günəş gerçəkliyindən də daha görünür
olmuşdur. Bu canlı və güclü inanc yaşamın bir çox
müəmmalarını çözmüşdür. İnsanın bədbəxtliklərinin
yükünü azaltmışdır. Həyatı yaşanılır etmiş, ölərkən
də təskinlikdə bulunmuşdur. Həqiqəti arama da bu
ilginc inanc üzündən olmuşdur. Doğruluq Tanrıdır.
Tanrı var çünkü doğruluq vardır. Biz araşdırırıq
çünkü həqiqətin varlığına inanırıq. Ardıcıl
araşdırma sonucu və bəlli ilkələrə uyaraq həqiqəti
tapa bilərik. Tarix bu aramanın sonucsuz
qalmadığını göstərməkdədir. Tanrının varlığına