85
müvəffəq olmuram. Dünyada nə qədər əksikliklərin
və bədbəxtliklərin olduğunu yaxşı bilirəm. Ancaq
bu bədbəxtliklər olmaya da bilərdi. Böylə bir
durumda əzab çəkən milyonlarca hindistanlının
ağrı-acılarını onların özü kimi hiss etməsəydim,
insanlıqdan çox uzaq olardım.
•
Kimsə mənim sözümü qəbul etməyə bilər. Mənim
söylədiklərimin tam tərsinə davrana bilər. Çox
inandığım etibarlı batılı dostlarım məndən uzaqlaşa
bilərlər. Olsun, önəmli deyil. Bütün dünyaya
söyləmək istəyirəm ki, mən hər zaman içimdəki səsi
dinləyərək davranacağam. Bu səsin çağrılarına görə
yaşayacağam. Kimsə bu iç səsimi vicdan adlandıra
bilər. Kimsə bunu mənim təlqinlərim olaraq anlaya
bilər, ancaq mən içimdəki səsi dinləməyə bilmərəm.
Davranışlarımı içimdəki səsə görə düzənləyirəm.
İçimdə bir şey var ki, kədərimi hayqırtı şəklində
söyləməmi istəyir. Mən onu yaxşıca tanımışam.
Məni heç bir zaman aldatmayan o iç səs indi mənə
deyir ki: “bütün dünya qarşısında dirənməlisən. Bu
dirənişdə tam olaraq yalnız qalsan da, dirənməlisən.
Dünya sənə qanlı gözləri ilə baxsa da, sən dünyanın
gözlərinin içinə cəsarətlə baxmalısan. Qorxma!
Qəlbində yerləşmiş olan o kiçik şeyə inan ki, deyir:
Dostu, qadını, evladı və hər şeyi burax! Ancaq
uğrunda yaşadığın və uğrunda öləcəyin inancına
vəfalı qal!”
•
Əyriliklərin, bədbəxtliklərin qarşısında özümü bir
tamaşaçı kimi gördüyümdə ruhum məni rahat
buraxmır. Ancaq mənim kimi zəif, fani olan biri
bütün əyrilikləri və kötülükləri islah edə bilməz. Bu
mənim sorumluluqlardan qaçmağıma olanaq
oluşdurmamalıdır. Ruhum məni bir yönə, cismim
86
isə, bir başqa yönə çəkir. Bu iki gücün çəkişməsi
ortamından qurtuluş mümkündür. Yalnız bu
qurtuluş çox ağrılıdır. Qurtuluşa doğru irəliləyiş çox
yavaşca gerçəkləşir. Əməllərimdən imtina edərək
bu qurtuluşa çata bilməyəcəyimi bilirəm. Bunu da
bilirəm ki, sürəkli mənəvi əməllərlə və qərəzsiz
yöntəmlərlə bu qurtuluş mümkün ola bilər. Bu iç
mücadilə bu şəkildə qurtuluşa doğru irəliləyə bilər
ki,
cismi istəklər tədricən və sürəklilik içində tam
olaraq ortadan qaldırılsın. Yalnız bu biçimdə ruh öz
bütöv olan azadlığına qovuşa bilər.
•
Bütün məzhəblərin öyrətmənlərinin söylədikləri
həqiqətin məsajına inanıram. Sürəkli dua edirəm ki,
məni ittiham edənlərə, bədxahlarıma qarşı içimdə
inciklik oluşmasın. Bir qatilin gülləsi ilə ölsəm də
dodaqlarım da tanrının adı ilə həyatı tərk edəcəyəm.
Ölərkən son nəfəsimdə qatilimə qarşı ağzımdan
kötü söz çıxarsa, kötü adamların cərgəsində
gör
ülməyə razıyam.
•
Güclülərin,
qəhrəmanların
özəlliyi
olaraq
danışdığım qeyri-aqressivliyin məndə də olub
olmamasını, ancaq ölümüm göstərəcəkdir. Kimsə
məni öldürsə, mən ölərkən, könül məbədimdə
Tanrını anaraq qatilimə bağışlanması üçün dua
edərsəm, o zaman mənim də qəhrəmanlar kimi
ahimsa
ya uyduğum, qeyri-aqressivliyi qəbul
etdiyim isbata yetəcəkdir.
•
Zəifcə ölmək istəmirəm. Ölərkən gözləm
(müşahidə) yetənəyimi itirmək istəmirəm. Güclü
ölmək istəyirəm. əldən-ayaqdan düşmüş bir şəkildə
ölmək istəmirəm. Bir qatil məni güllə ilə öldürə
bilər. Böylə bir ölümə “xoş gəldin!” deyərəm.
Ancaq hər şeydən öncə arzum budur ki, ölərkən,
87
son nəfəsimdə də öz tarixi görəvimə xidmət etmiş
olum.
•
Şəhid olmağı arzu etmirəm. Ancaq həqiqəti
savun
arkən, qutsal görəv adlandırdığm yolumda
şəhid olsam, bu şəhidliyə özümü layiq bilirəm.
•
Keçmişlərdə məni öldürmək üçün bir neçə kərə
saldırsalar da, tanrı məni qorumuşdur. Bu saldırını
gerçəkləşdirənlər öz etdiklərindən peşman olmuşlar.
Ancaq kimsə məni güllə ilə öldürsə, öldürdükdən
sonra da düşünsə ki, yalançı və alçaq bir adamı
öldürmüşdür, bu durumda onun öldürdüyü Qandi
deyil. O, öz nəzərində yalançı və qorxaq gördüyü
birini öldürmüşdür.
•
Uzun sürən bir xəstəlikdən ya da bəsit bir yara
üzündən ölsəm, xalq sizə sinirlənsə də, sizin
görəviniz budur ki, dünyaya duyurasınız “Qandi
iddia etdiyi qədər Tanrı adamı deyilmiş.” Böylə
etsəniz, ruhum rahat olar, sizlərdən də razı qalar.
Ayrıca, bilmiş olun bir neçə gün öncə birinin məni
bomba ilə öldürmək istədiyi kimi, kimsə məni güllə
i
lə vursa, mən çəkinmədən bu ölümü qəbul edər və
son nəfəsimdə tanrını anarsam, bütün iddialarımda
doğru sayıla bilərəm.
*
•
Kimsə ölümümdən sonra cənazəmi təmtəraqla
yandırmaq istərsə, ölü danışa bilərsə, ona söylərəm
ki, bunlara ehtiyac yoxdur. Məni öldüyüm yerdəcə
yandırın.
•
Ölümümdən sonra heç kimsə mənim varisim və
təmsilçim ola bilməz. Ancaq sizlərin hər tək-
təkinizdə məndən bəzi zərrələr diri qalacaq.
Zərrələrim çoxlarında yaşayacaq. Kimsə amacı
*
Qandi bu cümləni 29 yanvar 1948-ci ildə teror edilişindən təqribən 20 saat
öncə demişdir.
88
özündən üstün sayar və özünü xalqın içində
dəyərsiz olaraq görərsə, mənim boş yerim bəlli
ölçüdə dolmuş olacaqdır.
•
Bir daha yenidən həyata dönmək istəmirəm. Ancaq
dünyaya yenidən dönüşüm qaçınılmaz olursa,
nəcislər sinifindən olmaq istərdim. Onların
ağrılarını, acılarını anlamaq üçün bu sinifin içində
yenidən dünyaya gəlmək istərdim. Özümü və onları
bu bədbəxtlikdən qurtarmaq amacı ilə yeni həyatımı
mücadiləyə həsr etmək istərdim.
Məzhəb və həqiqət
•
Məzhəbdən danışdığımda amacım rəsmi və ya
yayqın məzhəb olmamışdır. Bütün məzhəblərin
əsasını və ruhunu təşkil edən məzhəbi nəzərdə
tuturam.
Bizi yaradanımızla üz-üzə gətirən məzhəb.
•
Düşüncəmi açıqca açıqlamaq istəyirəm. Başqa
məzhəblərlə qiyasda daha çox ilgimi çəkmiş olan
Hind məzhəbi söz qonusu deyildir sadəcə. Hind
məzhəbindən də daha üstün olan məzhəbi nəzərdə
tuturam.
İnsanın təbiətini yumşaldan və içəridən
sıxca həqiqətlə bağlayan məzhəb. İçəridə sürəkli
insanın arınmasına səbəb olan məzhəb. Bu, insanın
doğasında yerləşmiş olan və ruhu sürəkli hərəkətə
gətirən əbədi bir ünsürdü. Bu ünsür insanın özünü
tanımasına və Tanrı ilə sevincli ilişkiyə girməsinə
yardımçı olur.
•
Mən Tanrını görməmiş və Onu tanımamışam.
Bütün dünya insanlarının inandığı kimi mən də
inanmaqdayam.
İnancım sarsılmaz olduğundan onu
Dostları ilə paylaş: |