78
da bəzən bu şəkildə şikayətdə bulunurlar. Ancaq
eyni zamanda məni bağışladıqlarını da söyləyirlər.
Böyük oğlum gerçəkdən də mənim öz üzərimdə
gerçəkləşdirdiyim testlərin fədası olmuşdur. Bu
üzdən də mənim xətalarımı bağışlasa da unuda
bilmir.
Düşünürəm ki, mən özüm oğlumun yanlış
yola düşməsinin səbəbkarıyam. Bu üzdən bu çətin
durum qarşısında səbr etməkdən başqa çarəm
yoxdur.
Digər tərəfdən bu da doğru olmaz ki, mən
yalnız özümü onun yanlış yola düşməsində suçlu
görüm.
Çünkü sürəkli Tanrıdan istəmişəm ki, onun
yanlış yolda olduğunu görüb, ona mərhəmət
göstərsin. Eləcə də Tanrıdan istəmişəm ki, oğlumla
ilgili yanlışlıqlarım varsa, günahlarımı bağışlasın və
bunun cəzasını oğluma yükləməsin. Mənim
möhkəm inancım böylədir ki, insan hər zaman
kamala doğru hərəkətdədir. Ümid edirəm ki, oğlum
da bir gün bu aymazlıq (cəhalət) yuxusundan
oyanar.
Oğlum da mənim qeyri-aqressiv
denəmələrimin ürünlərindən biridir. Mənim üçün
önəmli deyil ki, bu yolda müvəffəq olacağam,
yoxsa yox. Öz
vəzifəmdə tənbəllik etməmək,
yürüdüyüm yolda iradəli olmaq mənim üçün
önəmlidir.
•
Bir arxadaşım qəzetin bir köşəsini kəsib mənə
göndərmişdi. Burada mənimlə bağlı bir xəbər
yazılmışdı. Xəbərdə yazılmışdı ki, bir kənddə
mənim büstümü düzəldib bir məbədə ona sitayiş
edirlər. Mən bu əməli bütpərəstliyin ən kötü biçimi
kimi anlayıram. Bu məbədi yapdıran adam parasını
boşuna və yanlış iş üçün xərcləmiş. O məbədə
gedən kəndlilər də hamısı yollarını azmışlar. Ayrıca
bu davranışları ilə məni də aşağılamışlar. Çünkü
79
mənim bütün həyatım o məbəddə bir karikatur və
məsxərə kimi sərgilənmişdir. Mənim ibadətlə bağlı
ortaya qoyduğum anlayışların hamısı görməzlikdən
gəlinmişdir. Mənim ortaya qoyduğum cəhrəyə
sitayiş o deməkdir ki, onu bağımsız həyatın örnəyi
və “Səvarac”a (bağımsızlığa) ulaşmaq üçün
qullanalım. Bahaqvad Qitanı tuti kimi əzbərləmək
ona sitayiş etmək deyildir. Gerçək sitayiş bu
müqəddəs kitabın təlimləri əsasında yaşamaqdır. Bir
fərdin də olumlu davranışları özümsənərək, sitayiş
edilə bilər. Yəni onun kimi davranıb, onun kimi
yaşamaq. Hind məzhəbi rəsimlərin sitayişinə endiyi
zaman bütpərəstliyə dönüşüb aşağılanaraq öz
içəriyindən ayrıldı. Ölümündən öncə kimsəyə
yaxşıdır demək doğru deyildir. Ölümündən sonra da
o zaman yaxşı demək olar ki, ondakı olumlu
özəlliklər yoxluğunda parlar olsun.
İnsanların qəlbindəkiləri, yalnız Tanrı yaxşı bilir.
Ona görə də ən güvənilir olan budur ki, heç bir
insan istər diri olsun, istərsə ölü heç bir zaman
sitayiş edilməsin. Yalnız “həqiqət” adlanan Tanrı
kamalı sitayiş edilməlidir. O zaman böylə bir soru
ortaya çıxmaqdadır: İnsanların rəsmlərini saxlayıb
onlara hörmətlə yanaşmaq bir tür bütpərəstlik
deyilmi? Mən bu haqda görüşlərimi bir çox
yazılarımda bildirmişəm.
Mən rəsim saxlamağı mümkün saymışam. Çünkü
bir rəsimin heç bir xətası və zərəri ola bilməz.
Ancaq mənim bu rəsim saxlamağı mümkün
saymağım bir tür bütpərəstliyə meydan açarsa, çox
yanlış və ziyanlı sonuclar doğra bilər.
O məbədin sahibi mənim heykəlimi məbədindən
götürsə, məni çox sevindirmiş olar. Məbədin
bulunduğu yeri toxumacılıq mərkəzinə dönüşdürsə,
80
çox yaxşı olar. Çünkü bu yolla yoxsul adamlar
toxumacılıq yolu ilə bir işlə uğraşıb para qazanmış
olurlar.
Böylə bir iş görürsə, bu, “Qita”nın
dediklərinə gerçəkdən uymaq və mənə də böyük
sayqı göstərmək anlamında olacaq.
•
Mənim zəif tərəflərim və qüsurlarım istedadım və
olumlu güclərim kimi Tanrının hədiyəsidir. Mən
olumlu və olumsuz olan hər iki özəlliklərimi
Tanrının mərhəməti kimi anlayıram. Nədən qüsurlu
bir yaradılış olan məni Tanrı böylə böyük sınaqlar
üçün seçməlidir? Düşünürəm ki, O, bu işi özəlliklə
etmişdir. O, mənim aracılığımla milyonlarca dilsiz,
aymaz (cahil) və bədbəxt insanlara yardım etmək
istəmişdir. Daha üstün bir insanı bu toplumun
hidayəti üçün seçmiş olsaydı, bəlkə də ümidsizliyə
səbəb olardı. Ancaq bu xalq onların özü kimi zəif
olan bir fərdin “ahimsa”ya doğru hərəkət etdiyini
gördüyündə özlərinə güvənməyə, öz iradələrinə
inanmağa başladı. Bəlkə də kamil və qüsursuz bir
insan bizi hidayət etmək üçün göndərilsəydi, onu
qəbul etməz, ona saldırardıq. Bir mağarada onu
həbs edərdik. Bəlkə məndən sonra daha mükəmməl
biri gələr və onun söylədiklərini anlaya bilərsiniz.
•
Atom bombasının Hiroşimanı məhv etdiyini
duyduğum zaman əsla şaşırmadım. Öz-özümə
dedim: Əgər dünya qeyri-aqressivlik, “ahimsa”
ilkəsini qəbul etməzsə, bir türlü intihara
yönələcəkdir.
•
Dünyada baş verən bir sürü sevimsiz olayları
yarqılamaq fikrində deyiləm. Mən özüm mərhəmətə
ehtiyacı olan qüsurlu bir yaradılış olduğumdan
dünyanın qüsurlarına da dözürəm. Sadəcə bu
qüsurlardan ilk öncə özümü arındıraraq, daha sonra
81
dünyanın sevimsiz olaylarından uzaqlaşmaq
istəyirəm.
•
Heç bir pis davranışda bulunmağı başarmadığımda,
aqressivliyin və təkəbbürün düşüncəmi və
duyqularımı tərk etdiyi zaman mənim qəlbimdəki
qeyri-
aqressivlik dünya insanlarının ürəklərinə
təkan verəcək.
•
Şəxs tam olaraq Tanrının varlığında yox olursa, hər
tür yaxşılıq və kötülüyü, hər tür yenilgə və uğuru
Tanrıdan bildiyindən onlara önəm verməməlidir.
Düşünürəm ki, mən hələ elə bir mərtəbəyə
çatmamışam. Demək ki, bütün çalışmalarım yetərli
olmamışdır.
•
Həyatda elə bir mərhələ gəlir ki, şəxs öz fikirlərini
duyurmağa ehtiyac hiss etmir. Böylə olduğunda
zahiri davranışlarla fikirləri ortaya qoymağa da
ehtiyac qalmır. Bu aşamada düşüncə güc qaynağına
dönüşərək öz-özünə əməl edir. Bu durumda demək
olar ki, əməl etməmək də öz-özünə əməl sayılır.
Mənim bütün çalışmalarım bu yöndədir.
•
Dünyanın dörddə bir insanları tərəfindən məndən
sorulan bir soruya cavab vermək istərdim. Məndən
sorurlar:
Xalqınız və siyasi partiyalarınız arasında
bu qədər aqressivlik varkən, siyasi amaclarınıza
doğru necə uğurla hərəkət edə bilirsiniz?
Britaniyanın hökumətinə son vermək üçün otuz illik
qeyri-
aqressiv mücadilənizin sonucu budurmu?
Sizin qeyri-
aqressiv məsajlarınızın dünyaya hələ də
bir önəmi varmı? Mən bütün qəzetçilərin sorularına
və duyqularına özət şəkildə cavab verməyə
çalışacağam.
Bu suallara çox özət olaraq cavab verəcək olursam,
iflasa uğradığımı etiraf etməliyəm. Ancaq bu etiraf
Dostları ilə paylaş: |