82
qeyri-
aqressivliyin məğlub edildiyini və yanlış
olduğunu dilə gətirmək deyildir. Daha öncə də
söylədiyim kimi otuz il içində uyqulanan qeyri-
aqressivlik çox başarısızlıq və zəifliklərlə iç-içə
olmuşdur. Bu cavabın nə qədər yaxşı və ya kötü
olması qonusunda başqaları qərar verməlidir.
Ayrıca, böylə qeyri-aqressivliyin
uyqun olmayan
ortamlarda təsirli olmayacağını qəbul etməliyəm.
Hindistanın qeyri-aqressivliklə iqtidarın birliyi
qonusunda təcrübəsi yoxdur. Sanıram bu sözü
təkrarlamaq zorundayam ki,
iqtidarla birləşən qeyri-
aqressivlik dünyanın ən mötəbər silahı və təsirli
gücü
sayılır. Həqiqət gizli qalmayaraq sürəkli özünü
göstərmə fəaliyətində olmalıdır. Mən də bütün
gücümlə həqiqəti göstərməyə çalışıram. Ancaq
bütün gücüm də çarəsiz qalarsa, nə edə bilərəm?
Mənə deyirlər ki, bu durumda öz şirin xəyallarından
vaz keçmək daha doğru olmazmı? Nədən milləti öz
bəlirsiz xəyallarımın arxasınca sürükləməliymişəm?
Bütün bunların hamısı məndən sorulan haqlı
sorulardı. Ancaq bunlara mənim cavabım çox
sadədir. Mən kimsədən mənim arxamca gəlməsini
istəmirəm. Hər kəs öz içindən yüksələn səsi
dinləməlidir. Kimsə bu səsi duymaq istəmirsə,
ağlına daha uyqun gələn işin arxasınca gedə bilər.
Qoyun kimi başqasının arxasınca getmək doğru
deyildir.
Başqalarını yamsılamaq əsla doğru
deyildir.
Məndən sorulan bir başqa sual da bu şəkildədir:
Hindistan
ın yanlış yola getdiyini düşünürsünüzsə,
nədən yanlış adamlarla əməkdaşlıq edirsiniz? Sizin
yolunuz
doğruysa,
arxadaşların
bu
yola
gəlməlidirlər. Nədən təkbaşına öz hərəkətinizi
başlatmırsınız?
84
araşdırmalarım göstərmişdir ki, bütün dönəmlərdə
hansı nəcib amaclara xidmət etməsindən asılı
olmayaraq şiddət, nifrət və aqressivlik fəlakət
törətmiş və barışı təhlükəyə soxmuşdur. Mənim
qeyri-
aqressivliyi xalqıma təklif etməyimin səbəbi
bu idi.
Xoşbəxtlikdən Hindistanın dünyaya suna
biləcəyi əski bir miras varsa, o da
müqəddəslərimizin bizə əmanət buraxdıqları bu
mədəniyətdir. Mən inanıram ki, atom bombasının
kəşfi ilə təhlükəyə girmiş olan dünyanı Hindistanın
bu mədəniyəti qurtaracaqdır. Həqiqət və
məhəbbətin silahı yenilməzdir. Ancaq
buna inanan
bizlərdə yanlışlıqlar olur. Bu yanlışlıqlar bizi bir tür
intihar
sayılan qarşıdurmalara məcbur edir. Bu
üzdən də mən özümü daha yaxşı və daha çox
sınamaq istəyirəm.
•
Həyatım boyunca ağır və sərt sınaqlar keçirmişəm.
Ancaq indi bəlkə də ən çətini ilə qarşı-qarşıyayam.
Mən bu sınaqları sevirəm. Bu sınaqlar nə qədər
sərtləşirsə, bir o qədər Tanrıya yaxınlaşmış oluram.
Tanrının sonsuz lütfü sayəsində inancım daha da
möhkəmlənir. Bu sınaqlar davam etdiyi müddətcə
həyatımın daha da anlamlı keçəcəyinə inanıram.
•
Etiraf etməliyəm ki, mən qüsursuz bir kişi
olsaydım, qonşularımın bədbəxtliklərini indi
anladığım kimi anlaya bilməzdim. Kamil insan
olsaydım onların əksikliklərini və qüsurlarını dilə
gətirərdim. Onlara bəzi önərilərdə bulunardım.
Onları mənim mütləq həqiqətlərimi qəbul etməyə
zorlardım. Ancaq bu qüsurlu olmağımın
üstün
lükləri var. Sanki hər şeyi boz bir şişənin
arxasından görməkdəyəm. Ağrılı bir hərəkətlə
inanclarım yolunda hərəkət edirəm və hər zaman da