Adətən düĢünürlər ki, müsbət və mənfi arasındakı fərq mütləq fərqdir. Lakin onların hər ikisi özündə eynidir və ona
görə də müsbəti mənfi və əksinə, mənfini müsbət adlandırmaq olardı. Belə ki, məsələn, əmlak və borc iki ayrıca,
müstəqil əmlak növləri deyil. Onlardan birində, borcluda mənfi olan borc verəndə müsbətdir. Və bu, həm də batı (qərb)
yolu olan doğu (Ģərq) yoluna münasibətdə də doğrudur. Deməli, müsbət və mənfi önəmli dərəcədə bir-birilə Ģərtlənir və
yalnız bir-birinə münasibətdə mövcud olurlar. Maqnitin quzey (Ģimal) qütbü güney (cənub) qütbsüz, güney qütbü isə
qüzey qütbsüz mövcud deyil. Əgər maqniti iki yerə kəssək, birində quzey, birində isə geney qütblər ala bilmərik.
Elektrikdə də bunun kimi, müsbət və mənfi yüklər bir-birindən ayrı mövcud flüidlər71 deyil. Ümumiyyətlə, əkslikdə
olan tərəflər arasında münasibət belədir ki, bu tərəflər biri o biri üçün yalnız nə isə bir özgəsi olmayıb onun özünün
özgəsidir. Adi Ģüur fərqlənənlərə bir-birinə biganə tərəflər kimi baxır. Deyirlər ki, məsələn, mən – insanam, ətrafımda
isə – hava, su, heyvanlar və baĢqa Ģeylər vardır. Burada hər Ģey ayrı-ayrılıqdadır. Ancaq fəlsəfənin məqsədi Ģeylərə bir-
birinə biganə halda baxan Ģüuru aradan qaldırmaq və onların zərurətini elə dərk etməkdən ibarətdir ki, bu idrakda onlar
bir-birinə özünün özgəsinə münasibəti kimi götürülsün. Belə ki, məsələn, cansız təbiət canlı təbiətdən yalnız ayrı bir Ģey
kimi deyil, həm də canlının zəruri baĢqası kimi gözdən keçirilməlidir. Cansız və canlı bir-biri ilə zəruri münasibətdədir
və biri yalnız özündən o birini qovmaqla, itələməklə və bununla da onunla bağlantıda mövcud olur. Eləcə də təbiət
ruhsuz, ruh isə təbiətsiz mövcud deyil. Biz, təfəkkür sahəsində baĢqası da mümkündür deməkdən vaz keçdikdə
ümumiyyətlə irəliyə önəmli bir addım atmıĢ oluruq. Çünki baĢqası da mümkündür deməklə təfəkkür təsadüflə məĢğul
olmalı olur, həqiqi təfəkkür isə, yuxarıda qeyd edildiyi kimi, zərurət haqqında təfəkkürdür. Ən yeni təbiətĢünaslığın
əsasən polyarlıq kimi maqnetizmdə qavranılan və bütün təbiətdən qırmızı xətlə keçən əkslik təbiətin ən ümumi
qanunudur və bunun qəbul edilməsini biz, Ģübhəsiz, elmdə irəliyə mühüm addım saymalıyıq; ancaq bu zaman əksliklə
yanaĢı boĢ müxtəliflik anlayıĢınınn da lüzumsuz yerə iĢlədilməsindən imtina edilməlidir. Belə ki, məsələn, rənglərə gah
haqlı olaraq bir-birinə münasibətdə olan polyar əksliklər (əlavə rənglər deyilən rənglər) kimi baxırlar, gah da onları
yenidən bir-birinə biganə olan və qırmızının, sarının, yaĢılın və i. a. xalis kəmiyyət fərqlilikləri kimi götürürlər.
2-ci əlavə. Üçüncünü istisna qanunu (abstrakt idrak qanunu) üzrə danıĢmaq yerinə, biz, deməliyik: hər Ģey əkslikdir.
Və doğrudan da heç yerdə: nə göydə,
nə yerdə,
nə ruhi aləmdə, nə də təbiət aləmində – idrakın təsdiq etdiyi abstrakt "və
ya-və ya" yoxdur. Harada mövcud olmasından asılı olmayaraq hər bir Ģey nə isə bir konkretdir və deməli, bu Ģey
özlüyündə fərqlidir və əkslikdən ibarətdir. ġeylərin sonluluğu da onların bilavasitə mövcud varlıqlarının özündə nədən
ibarətdirsə, ona uyğun gəlməməsindən ibarətdir. Belə ki, məsələn, cansız təbiətdə turĢu özlüyündə həmçinin əsasdır,
yəni onun varlığı yalnız baĢqası ilə onun münasibətindədir. Bu isə onu göstərir ki, turĢu əkslikdə hərəkətsiz olmayıb
özünü olduğu kimi təsdiq etməyə can atır. Ziddiyyət – əslində dünyanı hərəkətə gətirən bax budur və buna görə də
ziddiyyəti düĢünmək olmaz demək gülüncdür. Bu fikirdə doğru olan yalnız budur ki, ziddiyyətlə iĢ bitə bilməz və o
özünü özünün vasitəsilə aradan qaldırır. Lakin ziddiyyətin aradan qalxması absrakt eyniyyət demək deyil, çünki abstrakt
eyniyyətin özü əksliyin yalnız bir tərəfidir. Əksliyin ziddiyyət kimi müəyyənləĢmiĢ nəticəsi əsasdır və bu əsas eyniyyəti
və fərqi yalnız aradan qaldırılmıĢ və ideal momentlər səviyyəsinə gətirilmiĢ halda özündə saxlayır.
§ 120
Müsbət ayrılmıĢ o fərqlilikdir ki, o özü üçün olmalıdır və bununla birlikdə özünün özgəsi ilə münasibətinə laqeyd
qalmamalıdır. Mənfi sərbəst, özü ilə münasibətinə mənfi olmalıdır, özü üçün olmalıdır, amma bununla birlikdə bir
mənfi kimi özünün özünə münasibətinə, öz müsbətinə yalnız özgəsində malik olmalıdır. Deməli, hər ikisi
müəyyənləĢmiĢ ziddiyyətdir, hər ikisi özündə eyni bir Ģeydir. Onların hər ikisi habelə özü üçün eynidirlər, belə ki,
onlardan hər biri baĢqasını və özü özünü aradan qaldırmasından ibarətdir. Odur ki, onların ikisi də əsasda olurlar (qehen
zu Grunde)72 yaxud baĢqa sözlə, özündə və özü üçün zəruri fərq yalnız bilavasitə özünün özündən fərqidir və deməli,
özündə eyniyyətdir; deməli, belə özündə və özü üçün tam zəruri fərqə onun özü və eyniyyəti məxsusdur. Özü ilə
münasibət kimi fərq eyni zamanda özü ilə eyniyyət kimi açıqlanmıĢ olur və ümumiyyətlə əkslik odur ki, özündə birini
və onun özgəsini, özünü və özünə əks olanı daĢıyır. Bu qayda ilə müəyyənləĢdirilən mahiyyətin özündə-varlığı əsas
adlanır.