gamma) Əsas
§ 121
Əsas73 eyniyyət və fərqin vəhdətidir, eyniyyət və fərqin həqiqətidir, özündə-özünə və əksinə, baĢqasında reflesiyadır.
Əsas totallıq kimi müəyyənləĢmiĢ mahiyyətdir.
Qeyd. Əsas qanunu belə səslənir: "Hər Ģeyin kafi əsası vardır", yəni bir Ģeyin həqiqi əsası nə onun özü ilə eyniyyət
kimi tərifindən, nə onun yalnız müsbət kimi, nə də mənfi kimi tərifindən ibarət deyil, ondan ibarətdir ki, Ģeyin varlığı
onun özü ilə eyni olan və onun mahiyyətini təĢkil edən baĢqa bir Ģeydədir. Mahiyyət isə özü özünə abstrakt refleksiya
olmayıb baĢqasına refleksiyadır. Əsas özü özündə əsl mahiyyətdir, mahiyyət zəruri əsasdır və yalnız ona görə əsasdır ki,
o, nəyinsə əsasıdır, nə isə baĢqasının əsasıdır.
Əlavə. Əgər biz əsas haqqında eyniyyətin və fərqin vəhdəti kimi danıĢırıqsa, onda bu vəhdəti abstrakt eyniyyət kimi
anlamaq lazım deyil, çünki bu zaman bizdə yalnız baĢqa ad, yəni yenidən yalnız yanlıĢ olduğunu artıq dərk etdiyimiz
fikri eyniyyət alınardı. Odur ki, bu anlaĢılmazlığı aradan qaldırmaq üçün əlavə olaraq demək olar ki, əsas təkcə vəhdət
olmayıb, eləcə də eyniyyətin və fərqin fərqidir. Öncə qarĢımızda ziddiyyətin aradan qalxması kimi aĢkar edilən əsas,
yeni ziddiyyət kimi çıxıĢ edir. Lakin bu halda o özü özündə hərəkətsiz olmayıb özü özünü özündən itələyir. Əsas ona
görə əsasdır ki, o əsaslandırır; ancaq əsasdan irəli gələn əsasın özüdür və əsasın formal olması da bundadır.
Əsaslandırılan və əsas eyni məzmunludur və onların fərqi yalnız özü ilə sadə münasibətlə vasitələnmənin və ya öncədən
müəyyənləĢmənin fərqindən ibarətdir. Biz Ģeylərin əsası haqqında soruĢduqda artıq əvvəl (
§ 112, əlavə) xatırlatdığımız refleksiya baxıĢı üzərində dayanırıq. Biz istəyirik ki, Ģeyi ikiləĢmiĢ kimi: birincisi onun
bilavasitəliyində, ikincisi, onu artıq bilavasitəliyini itirdiyi öz əsasında görək. ġeylərin yalnız vasitələnmiĢ halında
gözdən keçirilməsinin zəruriliyini irəli sürən kafi əsas qanunu deyilən qanunun sadə anlamı da bundan ibarətdir.
Təfəkkürün bu qanununu müəyyənləĢdirməklə formal məntiq baĢqa elmlərə pis nümunə verir, çünki formal məntiq tələb
edir ki, bu elmlər öz məzmununu bilavasitə qəbul etməsinlər, halbuki formal məntiq bu qanunu onun vasitələnməsindən
hasil etməyərək və bu vasitələnməni göstərmədən müəyyənləĢdirir. Məntiqçi hansı haqla təsdiq edir ki, bizim təfəkkür
qabiliyyətimiz elə qurulub ki, bütün Ģeylərlə bağlı söz açdıqda onların əsası barədə soruĢmalıyıq elə həmin haqla da
təbib suya düĢən insan nə üçün boğulur sualına cavab verə bilər ki, insan elə yaranmıĢdır ki, o, suyun altında yaĢaya
bilməz; eləcə də cani nə üçün cəzalanır sualına yurist cavab verə bilər ki, vətəndaĢ toplumu elə qurulmuĢdur ki, cinayət
cəzasız qala bilməz. Ancaq məntiqçiyə haqlı olaraq irəli sürdüyümüz bu tələbi – əsas qanununu əsaslandırmaq tələbini
nəzərə almasaq belə, yenə də o, əsas adı altında nə baĢa düĢməliyik sualına cavab verməlidir. Adi izah: əsas odur ki,
nəticəsi vardır (ilk baxıĢda bu tərif anlayıĢın yuxarıda verdiyimiz tərifindən daha aydın və anlaĢıqlı görünür). Lakin
sonra soruĢsaq ki, nəticə nədir, cavab alacağıq ki, nəticə odur ki, əsası vardır – onda aydınlaĢacaq ki, bu izahın aydınlığı
yalnız ondadır ki, bizdə fikrin əvvəlki hərəkətinin nəticəsi kimi alınan fikir bəlli sayılır. Ancaq məntiqin iĢi məhz odur
ki, yalnız təsəvvür olunan, anlayıĢda dərk olunmamıĢ və sübut olunmamıĢ fikirlərin özünü müəyyən edən təfəkkürün
mərhələləri olduğunu göstərsin; fikirlər bu yolla dərk və sübut olunur.
Gündəlik həyatda, habelə sonlu elmlərdə refleksiyanın bu formasından çox tez-tez istifadə edilməsində məqsəd gözdən
keçirilən predmetlə iĢin necə olduğunu anlamaqdan ibarətdir. Bu araĢdırma üsuluna qarĢı heç bir etiraz etmək mümkün
olmasa da söz idrakın yalnız ən zəruri məiĢət tələbatlarının ödənilməsindən getdiyindən biz hər halda qeyd etməliyik ki,
o üsul bizim nə nəzəri, nə də praktiki tələbatlarımızı tam ödəyə bilməz ona görə ki, hələ əsasın özündə və özü üçün
müəyyən məzmunu yoxdur və deməli, bir Ģeyi əsaslandırılmıĢ gözdən keçirərkən bilavasitəlilik və vasitəlilik arasında
yalnız formal fərq alırıq. Biz, məsələn, elektrik hadisəsini götürür və onun əsası barəsində sual veririk. Əgər cavab
verirlər ki, bu hadisənin əsası elektrikdir, onda bu elə gözümüzün qarĢısında olan bilavasitə məzmundur və bütün fərq
ondadır ki, məzmun indi daxili formaya keçirilmiĢdir.
Ancaq o da qeyd edilməlidir ki, əsas nəinki özünün eynidir, habelə özündən fərqlidir, odur ki, eyni bir məzmun üçün
müxtəlif əsaslar göstərmək olar; əsasların bu müxtəlifliyi fərq anlayıĢı üzrə irəli hərəkəti davam etdirir və eyni bir
məzmunun lehinə və əleyhinə əsaslar formasında əksliyə çevrilir. Əgər biz, məsələn, hansısa bir hərəkəti, deyək ki,
oğurluğu gözdən keçiririksə, onda o hərəkət bir çox yöndən fərqləndirilə bilən məzmundur. Bu hərəkət mülkiyyət
hüququnun pozulmasıdır; lakin ehtiyacı olan oğru bu hərəkət sayəsində öz tələbatlarını ödəmək üçün vasitə əldə edir və
ola bilər ki, oğurluğa məruz qalan Ģəxs öz mülkiyyətindən yaxĢı istifadə etməmiĢdir. Bu doğrudur ki, burada
mülkiyyətin pozulması həlledici baxıĢdır və onun qarĢısında digər baxıĢlar geri götürülməlidir, lakin əsas qanunu iĢin
məhz bu tərəfinin həlledici olduğunu bizə göstərmir. Doğrudur, qanunun adi formasına görə bu qanunda ümumiyyətlə
əsasdan deyil, kafi əsasdan söz gedir və ona görə də düĢünmək olardı ki, misal gətirilmiĢ hərəkətdə (oğurluqda) irəli
sürülən bütün baxıĢların – mülkiyyət hüququnun pozulması nöqteyi-nəzərindən baĢqa – hamısı əsaslardır, ancaq qeyri-
kafi əsaslardır. Lakin buna əlavə etməliyik ki, kafi əsasdan danıĢdıqda "kafi" predikatı ya artıqdır, ya da o bizi əsas
kateqoriyası hüdudundan kənara çıxarır. Göstərilən predikat ("kafi"), əgər ümumiyyətlə yalnız əsaslandırma
qabiliyyətini ifadə etməlidirsə, onda artıqdır və tavtolojidir, belə ki, əsas yalnız bu qabiliyyətinə görə əsasdır. Əgər əsgər
döyüĢ meydanından öz həyatını qurtarmaq üçün qaçırsa, bu qanuna ziddir, ancaq demək olmaz ki, onu bu hərəkətə
təhrik edən əsas kafi olmamıĢdır, belə ki, digər halda o öz postunu tərk etməzdi. Amma o da qeyd edilməlidir ki, əgər
bir tərəfdən bütün əsaslar kafidirlərsə, digər tərəfdən də əsaslardan heç biri kafi deyil, ona görə ki, artıq yuxarıda qeyd
etdiyimiz kimi, əsasın hələ özündə və özü üçün müəyyən məzmunu yoxdur və deməli, fəaliyyətli deyil, heç bir Ģey icra
edə bilməz. Sonradan görəcəyik ki, ancaq anlayıĢ özündə və özü üçün müəyyəndir və deməli, yaradıcı məzmun daĢıyır
və Leybnis kafi əsas haqqında danıĢarkən və Ģeylərin kafi əsas mövqeyindən gözdən keçirilməsini israr edərkən məhz
anlayıĢı nəzərdə tutur. Leybnis hər Ģeydən öncə indi də bir çoxlarının sevdiyi xalis mexaniki anlamanı nəzərdə tuturdu
və haqlı olaraq onu qeyri-kafi sayırdı. Belə ki, məsələn, üzvi qan dövranı prosesinin yalnız ürəyin yığılıb açılmasına
müncər edilməsi xalis mexaniki anlamadır, eləcə də cinayətkarın cəzalandırılması və zərərsizləĢdirilməsində məqsədin
qorxutmaqdan və ya buna bənzər digər xarici əsaslardan ibarət olduğunu hesab edən cinayət hüququ nəzəriyyəsi xalis
mexaniki nəzəriyyədir. Əslində Leybnisin əsas haqqında formal qanun kimi yoxsul bir qanunla kifayətləndiyini
düĢünənlər haqlı deyillər. Onun irəli sürdüyü baxıĢ üsulu anlayıĢlarda dərk edən idrak tələb olunduğu yerdə təkcə əsas
üzərində dayanan formalizmə birbaĢa əksdir. Bu baxımdan Leybnis causas finales-i74 bir-birinə qarĢı qoymuĢ və tələb
etmiĢdir ki, onlardan birincinin üzərində dayanmayıb irəliyə gedilsin və sonuncunun (causas finales) mahiyyəti dərk
edilsin. Buna uyğun olaraq iĢığın, istiliyin, rütubətin fərqi bitkinin böyüməsinə causas finales kimi deyil, causae
efficientes kimi gözdən keçirilməlidir, bu isə bitkinin anlayıĢından baĢqa bir Ģey deyil.
Burada onu da qeyd etmək olar ki, təkcə əsaslar üzərində (baĢlıca olaraq hüquq və mənəviyyat sahəsində) dayanmaq,
ümumiyyətlə sofistlərin yanaĢma prinsipinə məxsusdur. Sofistika deyəndə adətən onu hüququ və həqiqəti yalnız təhrif
etmək məqsədi güdən və ümumiyyətlə Ģeyləri yalnız təsəvvür edən baxıĢ üsulu kimi anlayırlar. Lakin bu meyl, baxıĢ
nöqtəsi mühakimə yürütmək bacarığından özgə bir Ģey olmayan sofistikaya bilavasitə aid deyil. Sofistlər Yunanıstanda
elə bir epoxada irəli çıxmıĢdılar ki, din və mənəviyyat sahəsində yunanlar təkcə avtoritet və ənənələri yetərli saymırdılar
və özləri üçün önəmli olanı vasitəli təfəkkürlə dərk etmək tələbatı hiss edirdilər. Sofistlər Ģeyləri gözdən keçirmək
imkanı verən bir-birindən fərqli baxıĢlar axtarıĢlarını təlim etməklə bu tələbatı qarĢıladılar; fərqli baxıĢlar isə hər Ģeydən
öncə əsaslardan baĢqa bir Ģey deyil. Amma az öncə qeyd etdiyimiz kimi, əsasın hələ özündə və özü üçün müəyyən
məzmunu olmadığından və bir halda ki, mənəviyyatsız, hüquqa və mənəviyyata zidd olan hərəkətlər üçün asanlıqla
əsaslar tapmaq mümkündür, deməli, hansı əsasların əhəmiyyətli olduğunu qəbul etmək qərarı subyektə verilmiĢ olur.
Hansı əsasa üstünlük verəcəyi subyektin fərdi ovqatından və niyyətindən asılı hala salınmıĢ olur. Bununla da özlüyündə
əhəmiyyətli olanın, hamının qəbul etdiyi baxıĢın obyektiv zəmini itirilmiĢ olur və sofistikanın bu mənfi tərəfi hesabına
sofistlər az öncə qeyd etdiyimiz pis rəyə haqlı olaraq layiq görüldülər. Bəlli olduğu kimi, Sokrat sofistlərlə mübarizə
aparırdı, ancaq bu mübarizəni avtoritet və ənənəni sadəcə onların mühakimələrinə qarĢı qoymaqla aparmırdı, yalnız
əsasların əsassızlığını dialektikcəsinə üzə çıxarır və onlara qarĢı ədalət və xeyri, ümumiyyətlə ən ümumini və ya iradə
anlayıĢını irəli sürürdü. Əgər indi, bizim zamanda da dünya iĢlərini gözdən keçirərkən, habelə tələbatda əsasın yalnız
rəy yaradır və məsələn, allaha zikr etmək üçün də hər cür əsaslar gətirilirsə, onda Sokrat və eləcə də Platon tərəddüd
etmədən bu cür mühakimə tərzini sofistika elan edərdilər, çünki dediyimiz kimi, sofistika üçün məzmun (bu məzmun
doğru da ola bilər) deyil, hər Ģeyi müdafiə etməyə və hər Ģeyə hücum etməyə imkan verən əsasın forması xarakterikdir.
Bizim düĢüncə ilə zəngin və rezonans yaradan zamanımızda hər bir Ģey üçün, hətta ən pis və pozğun Ģeylər üçün yaxĢı
əsas gətirməyi bacarmayan insan heç də çox uzaq deyil. Dünyada korlanmıĢ hər bir yeni yaxĢı əsaslar üzərində korlanır.
Əsaslara, dəlillərə olan Ģikayət öncə bizi üzərində durduğumuz mövqedən imtina etməyə məcbur edir; ancaq biz
Dostları ilə paylaş: |