MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 176    Subyektin həmçinin ümumi, onun predikatı ilə eyniyyəti kimi müəyyən edilməsi sayəsində mühakimənin tərifi də



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə64/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   60   61   62   63   64   65   66   67   ...   79

§ 176 
  Subyektin həmçinin ümumi, onun predikatı ilə eyniyyəti kimi müəyyən edilməsi sayəsində mühakimənin tərifi də 
mənasızlaĢır. Özlüyündə subyektin mənfi refleksiya ilə eyniyyətdə olan ümumilik kimi məzmununun bu vəhdəti 
mühakimənin bağlantısına zərurilik verir. 
  Əlavə. Məcmuu (der Allheit) reflektiv mühakimədən zərurət mühakiməsinə sonrakı hərəkəti biz atıq özümüzün adi 
Ģüurumuzda görürük, məsələn, deyirik: ümumiyə malik olan cinsə malik olur və ona görə də ümumi zəruridir. Biz bütün 
bitkilər, bütün insanlar və i. a. deyəndə ümumiyyətlə bitkini, ümumiyyətlə insanı ifadə etmiĢ oluruq. 
    
 
gamma) Zərurət mühakiməsi 
   
§ 177 
  Məzmunun özü ilə fərdiliyindəki eyniyyəti kimi zərurət mühakiməsində 1) bir tərəfdən predikatda substansiya və ya 
subyektin təbiəti, konkret ümumi – cins vardır; digər tərəfdən isə bu ümumi habelə müəyyənliyə (mənfi müəyyənliyə) 
malik olduğundan müstəsna mühüm müəyyənliyə – növə malikdir; qəti mühakimə bu cürdür. 
  2) Hər iki tərəf (cins və növ) substansial olduqlarına görə müstəqil gerçəklik forması alır və onların eyniyyəti ancaq iç 
eyniyyətdir, deməli, birinin gerçəkliyi onun özünün varlığı deyil, o birinin varlığıdır; hipotetik mühakimə bu cürdür. 
  3) AnlayıĢın bu dıĢarılaĢmasında (Entäuberunq) eyni zamanda iç eyniyyəti saxlandığı üçün ümumi cinsdir və bu 
özünün bir-birini istisna edən təkcələrində özü ilə eyniyyətdə olur; baĢqa sözlə ümumidə iki tərəf vardır, onlardan biri 
ümumi necə varsa, o cür, ikincisi isə, bir-birini istisna edən xüsusiləĢmələr çevrəsi kimi ümumi; bu iki tərəfi özündə 
birləĢdirən mühakimə, və ya-və ya, eləcə də "Ġstər o, istər bu" mühakiməsi cinsi bildirir – belə mühakimə dizyunktiv 
mühakimədir. Belə mühakimədə ümumilik öncə cins kimi, həm də onun növlərinin çevrəsi (als der Umkreis) totallıq 
kimi müəyyənləĢir. 
  Əlavə. Qəti mühakimə ("Qızıl metaldır", "Çiçək bitkidir") bilavasitə zərurət mühakiməsidir və mahiyyət sferasında 
substansial bağlantıya uyğun gəlir. Bütün Ģeylər nə isə bir qəti mühakimədir, yəni onlar özlərinin möhkəm və daimi 
əsasını təĢkil edən substansial təbiətə malikdirlər. Biz Ģeyləri yalnız cinsi təbiətləri yönündən və zəruri olaraq cinsin 
müəyyənləĢdirdiyi Ģeylər kimi gözdən keçirdikdə, mühakimə həqiqi olur. "Qızıl bahadır" və "Qızıl metaldır" 
mühakimələrinə eyni gözlə baxan məntiqi mədəniyyəti yetərsiz saymaq lazımdır. 
  Qızılın baha və ya qiymətli olması bizim istək və tələbatlarımıza, onun hasil edilməsinə və i. a. onun dıĢ bağlılığına 
aiddir; və qızıl hətta bu dıĢ bağlılığı dəyiĢilsə və olmasa belə qızıl olaraq qalır. Qızıl – metal isə əksinə, qızılın 
substansial təbiətini təĢkil edir və bu substansiallıqdan kənarda ondakı xüsusiyyətlərin heç biri mövcud və onun 
haqqında deyilənlərin heç birinin həqiqi əsası ola bilməz. Eləcə də biz "Kay – insandır" dedikdə bununla ifadə etmiĢ 
oluruq ki, Kay nə olur olsun, yalnız insani substansial təbiətinə uyğun gəldiyi üçün dəyərli və önəmlidir. Amma qəti 
mühakimə də xüsusilik momentinə lazımi yer vermədiyi üçün yetərsizdir. Belə ki, məsələn, qızılın metal olduğu 
doğrudur, ancaq gümüĢ, mis, dəmir və s. metallardır və cins – "metal" özünün xüsusi növlərinə biganədir. Ona görə də 
qəti mühakimədən A vardırsa B də vardır formulu ilə ifadə oluna bilən hipotetik mühakiməyə hərəkət edilir. Bu hərəkət 
substansial bağlantıdan səbəbiyyət bağlantısına keçiddən ibarətdir. Hipotetik mühakimədə məzmun müəyyənliyi 
vasitəli, baĢqasından asılı olan müəyyənlikdir və bu da səbəb və təsir bağlantısından ibarətdir. Hipotetik mühakimənin 
əhəmiyyəti ümumiyyətlə ondan ibarətdir ki, onun sayəsində ümumi özünün xüsusiliyində düĢünülür və beləliklə biz, 
zərurət mühakiməsinin üçüncü formasını, dizyunktiv mühakimə alırıq. A ya B, ya S, ya da D-dir; bədii əsər ya epik, ya 
lirik, ya da dram əsəridir; rəng ya sarı, ya mavi, ya da qırmızıdır və i. a. Dizyunktiv mühakimənin hər iki tərəfi eynidir; 


cins öz növlərinin totallığı, növlərin totallığı isə cinsdir. Ümumi ilə xüsusinin bu vəhdəti anlayıĢdır, anlayıĢ isə 
mühakimənin məzmununu yaradır. 
   delta) AnlayıĢ mühakiməsi 
   
§ 178 
  AnlayıĢ mühakiməsinin məzmunu anlayıĢ, sadə totallıq forması, mükəmməl müəyyənləĢmiĢ ümumidir. Subyekt 1) 
əsasən öz ümumisinə münasibətdə refleksiyası xüsusi mövcud varlıq olan – bu iki tərifin (ümumi və xüsusi – A. T. ) bir-
birinə uyğunluğu və uyğunsuzluğundan ibarət olan predikata malik bi təkcədir: yaxĢılıq, həqiqilik, düzgünlük və s. Bu, 
assertorik mühakimədir. 
  Qeyd. Predmet, yaxud hərəkətin yalnız yaxĢı və ya pis, həqiqi, gözəl və s. olmasına dair mühakiməni gündəlik həyatda 
"mühakimə yürütmək" sözü ilə ifadə edirlər. Yalnız "Bu çiçək qırmızıdır", "Bu Ģəkil qırmızıdır, yaĢıldır, tozludur" və s. 
kimi müsbət və ya mənfi mühakimələr söyləyən insan mühakimə gücünə malik insan sayılmır. 
  Bilavasitə bilik və inam prinsipi sayəsində əsassız olaraq cəmiyyətdə yetərli olduğu iddia edilən assertorik mühakimə 
fəlsəfədə yeganə və mühüm təlim forması olmuĢdur. Bilavasitə bilik və inam prinsipini təsdiq edən fəlsəfi əsər deyilən 
əsərlərdə idrak, bilik, təfəkür və i. a. barəsində indi artıq az önəm verilən eyni bir Ģeyi sonsuz təkrar etməklə bu prinsipin 
tərəfdarları özlərinə haqq qazandırmağa çalıĢırlar. 
   
§ 179 
  Assertorik mühakimənin bilavasitə subyektində baĢlanğıcda xüsusi və ümumi arasında predikatda ifadə olunan iliĢgi 
yoxdur. Odur ki, bu mühakimə nə isə bir subyektiv partikulyarlıqdır95 və haqlı-haqsız ona qarĢı əks iddia irəli sürülür. 
Bu səbəbdən assertorik mühakimə 2) yalnız problematik mühakimə olur. Amma bir halda ki, 3) obyektiv partikulyarlıq 
subyektdədir, bir halda ki, onun özəlliyi mövcud varlığının konstitutiv əlaməti96 (Beschaffenheit) kimi 
müəyyənləĢmiĢdir, onda subyekt bu özəlliyin öz konstitutiv əlaməti ilə, baĢqa sözlə öz cinsi ilə, deməli, predikatın 
məzmunu ilə iliĢgisini ifadə edir (öncəki paraqrafa bax): bu (bilavasitə təkcə) ev (cins) bu cür, o cür (xüsusi), yaxĢı və 
ya pisdir apodiktik mühakimədir. Bütün Ģeylər xüsusi bir quruluĢu olan təkcə bir gerçəklikdə (tərifi və məqsədi olan) bir 
cinsdir və onların sonluluğu ondan ibarətdir ki, onların xüsusiliyi ümumiliyinə uyğun ola da bilər, olmaya da bilər. 
   
§ 180 
  Beləliklə, subyekt və predikat ayrı-ayrılıqda mühakimədən ibarətdir. Subyektin bilavasitə xarakteri öncə özünü 
gerçəkliyin təkcəliyi və ümumiliyi arasında vasitələndirici əsasda, mühakimə əsasında göstərir. Bununla da əslində 
subyekt və predikatın vəhdəti anlayıĢ kimi açıqlanmıĢ olur; anlayıĢ isə "dır", "dir"in, iliĢginin tamamlanmasıdır və onun 
momentləri subyekt və predikat kimi bir-birindən fərqləndiyindən anlayıĢ bu momentlərin vəhdəti kimi, onların 
iliĢgisinin vasitəçisi kimi müəyyənləĢmiĢ olur; bu – əqlinəticədir. 
  c. Əqdinəticə 
   
§ 181 
  Əqlinəticə anlayıĢ və mühakimənin vəhdətidir; əqlinəticə mühakimə formalarının fərqləndiyi sadə eyniyyət kimi, həm 
də real, yəni öz təriflərinin fərqində olduğu üçün mühakimədir. Əqlinəticə ağlabatandır və hər Ģey ağlabatandır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə