ifadə etmiĢ oluruq ki, subyekt yalnız özü üçün mövcud iç həyatından çıxıĢ edir və ona qarĢı duran obyektivliklə iliĢgiyə
girir. Bu xalis subyektiv məqsəddən dıĢarıya, ətrafa yönələn məqsədyönlü fəaliyyətdir.
§ 207
1) Subyektiv məqsəd ümumi anlayıĢın xüsusi vasitəsilə təkcəyə qovuĢduğu elə əqlinəticədir ki, burada təkcə
özünütəyin mühakiməsi (urteilt) kimi ümumi ilə birləĢir, yəni təkcə hələ müəyyənləĢməmiĢ ümumiyə müəyyən bir
məzmun verir, ancaq həm də subyektivliyin və obyektivliyin əksliyini nəzərdə tutur; və eyni zamanda təkcə özü özündə
özünə qayıdıĢdır, çünki bu təkcə, anlayıĢın subyektivliyini onun özünə qapalı totallığı ilə müqayisə edərək obyektivliyə
əks olan bu subyektivliyi qeyri-mükəmməl bir Ģey kimi müəyyən edir və bununla da özündən kənara yönəlmiĢ olur.
§ 208
2) Kənara yönəlmiĢ bu fəaliyyət subyektin məqsəddə məzmunla yanaĢı dıĢ obyektivliyi də özünə daxil edən xüsusinin
eyni olan təkcədir. Təkcə, birincisi, obyektlə bilavasitə iliĢgiyə girir və onu vasitə kimi mənimsəyir. AnlayıĢ da bu
bilavasitə hakimiyyətdən ibarətdir, çünki obyektin varlığının bütünlüklə yalnız ideal olaraq müəyyənləĢdirildiyi anlayıĢ
özünün eyni olan inkarlıqdır. Bütün orta termin anlayıĢın fəaliyyət kimi bu iç qüdrətilə bağlıdır, belə ki, obyekt vasitə
kimi bilavasitə bu fəaliyyətlə birləĢmiĢ və ona tabedir.
Qeyd. Sonlu məqsədəuyğunluqda orta termin bir-birinə dıĢarı olan iki momentə – fəaliyyətə və vasitə rolunu oynayan
obyektə ayrılır. Məqsədin hakimiyyət kimi bu obyektə iliĢgisi və onu özünə tabe etməsi bilavasitədir (əqlinəticənin
birinci müqəddiməsi), çünki özü üçün mövcud ideallıq kimi anlayıĢda obyekt özündə cüzi bir Ģeydir. Bu iliĢgi yaxud
birinci müqəddimənin özü həm də əqlinəticədən ibarət orta termin olur, belə ki, məqsəd bu iliĢgi vasitəsilə,
öz fəaliyyəti
sayəsində obyektivliklə birləĢir və bu fəaliyyətdə varlığını və hökmranlığını davam etdirir.
Əlavə. Məqsədin yerinə yetirilməsi onun reallaĢdırılmasının vasitəli üsuludur, amma onun bilavasitə reallaĢdırılması da
zəruridir. Məqsəd obyekti bilavasitə mənimsəyir, çünki məqsəd obyekt üzərində hökmranlıqdır, çünki məqsəddə
xüsusilik, xüsusilikdə isə obyektivlik vardır. Canlı varlıqların bədəni vardır, ruh isə bədənə malikdir və bədəndə
bilavasitə obyektivləĢir. Ġnsanın ruhu çox çalıĢmalıdır ki, öz cismini özünün vasitəsi etsin. Ġnsan öncə öz bədəninə sahib
olmalıdır ki, bədəni ruhunun silahı olsun.
§ 209
3) Məqsədyönlü fəaliyyət və onun vasitələri hələ kənara yönəlmĢdir, çünki məqsəd obyektin eyni deyildir; odur ki,
məqsəd də öncə obyektlə vasitələnməlidir. Obyekt kimi vasitə bu ikinci müqəddimədə əqlinəticənin digər kənar termini
– müqəddimə kimi obyektivliklə, materialla bilavasitə iliĢgidə olur. Bu iliĢgi məqsədə xidmət edən, həqiqəti və azad
anlayıĢı məqsəddən ibarət olan mexanizm və ximizm sferasıdır. Obyektiv olanın silindiyi, aradan qalxdığı bu prosesləri
idarə edən hakimiyyət kimi subyektiv məqsədin həm də bu proseslərdən kənarda qalması və eyni zamanda o proseslərdə
saxlanması – ağlın, zəkanın hiyləgərliyidir.
Əlavə. Ağıl, zəka təfəkkür hiyləgər olduğu qədər də qüdrətlidir. Hiyləgərliyi ümumiyyətlə vasitəli fəaliyyətindən
ibarətdir, bu fəaliyyətdə o obyektlərə onların təbiətinə uyğun olaraq bir-birinə təsir etməyə və bu qarĢılıqlı təsirdə
özlərini tükətməyə imkan yaradır, ancaq özü qarĢılıqlı təsir prosesinə qarıĢmadan öz məqsədini gerçəkləĢdirir. Bu
anlamda demək olar ki, ilahi hikmət dünyaya və onda gedən prosesə münasibətdə özünü mütləq hiyləgərlik kimi aparır.
Allah insanlara onların istədikləri kimi hərəkət etmək imkanı verir, onların ehtiraslarını və maraqlarını məhdudlaĢdırmır,
bunda isə onun idarə etdiyi və yararlandığı insanların məqsədlərindən fərqli məqsədi gerçəkləĢmiĢ olur.
§ 210
Beləliklə, reallaĢmıĢ məqsəd subyektivliklə obyektivliyin münasib görülən vəhdətidir. Amma bu vəhdət onunla
xarakterizə olunur ki, subyektivlikdə olan birtərəflilik neytrallaĢdırılmıĢ və aradan qaldırılmıĢ, obyektivlik isə azad
anlayıĢ kimi məqsədə tabe edilmiĢ və uyğunlaĢdırılmıĢdır, deməli, həm də məqsədin hökmranlığına tabe edilmiĢdir.
Məqsəd özünü obyektivliklə mübarizədə və eyni zamanda obyektivlikdə qoruyub saxlayır, çünki məqsəd birtərəfli
subyektiv olmaqla birlikdə,
həm də konkret-ümumi, subyektivliklə obyektivin əsl özündə eyniyyətidir. Bu ümumi
sadəcə özündə refleksiya kimi məzmundur və bu məzmun əqlinəticənin bütün üç terminində və onların hərəkəti
müddətində eyni bir Ģey olaraq qalır.
§ 211
Lakin sonlu məqsədəuyğunluqda gerçəkləĢmiĢ məqsəd də aralıq və ilkin məqsəd kimi eyni bir özündə – sarsıntıdan
üzgündür. Ona görə də yalnız öncədən tapılmıĢ materialda dıĢ forma (məqsədin məzmunun məhdudluğu üzündən
təsadüfi tərifdən ibarət olan forma) alınır. Odur ki, can atılmıĢ və əldə olunmuĢ məqsəd yalnız öz sırasında baĢqa
məqsədlər üçün vasitə və ya material olan bir obyektdən ibarətdir və bu sonsuz bir prosesdir.
§ 212
Məqsədin reallaĢmasında birtərəfli subyektivlik və ona qarĢı duran obyektiv müstəqillik görüntüsü aradan qalxır.
AnlayıĢ vasitəyə malik olur və özünü obyektin özündə həqiqi mahiyyəti sayır; obyektin özündə müstəqilliyi artıq
mexaniki və kimyəvi proseslərdə aradan qaldırılmıĢ olur, bu proseslərin məqsədin hökmranlığı altında baĢ verməsində
isə obyektin müstəqilliyi görüntüsü, özünü anlayıĢa qarĢı qoyan inkar aradan qalxır. Ancaq gerçəkləĢmiĢ məqsədin
yalnız vasitə və material kimi müəyyən edilməsində bu obyekt dərhal özündə cüzi bir Ģey, ideal bir Ģey olur. Bununla da
məzmun və forma arasındakı əkslik yox olur. Belə ki, məqsəd formanın müəyyənliyini aradan qaldıraraq özü özü ilə
qovuĢduğundan forma özü ilə eyniyyət kimi, deməli, məzmun kimi olur, çünki formanın fəaliyyəti kimi anlayıĢın
məzmunu yalnız özüdür. Beləliklə, bu prosesdə məqsədin anlayıĢı, yəni subyektivliyin və obyektivliyin özündə mövcud
vəhdəti artıq özü üçün mövcud vəhdətə, ideyaya çevrilmiĢdir.
Əlavə. Məqsədin sonluluğu ondan ibarətdir ki, onun reallaĢmasında vasitə kimi istifadə edilən material yalnız dıĢ
yöndən, zahiri olaraq məqsəd altına salınır və ona uyğunlaĢdırılır. Amma əslində obyekt özündə anlayıĢdır və onun
məqsəd kimi reallaĢması yalnız onun iç mahiyyətinin reallaĢmasının təzahürüdür. Beləliklə obyektivlik sanki bir
örtükdür ki, onun altında anlayıĢ gizlənir. Sonlu çərçivəsində biz məqsədə həqiqi nail olunduğunu hiss edə və görə
bilmərik. Odur ki, sonsuz məqsədin gerçəkləĢməsi yalnız onun hələ gerçəkləĢmədiyi illüziyasının aradan
qaldırılmasından ibarətdir. Xeyrin, mütləq xeyrin dünyada gerçəkləĢməsi əbədi prosesdir və onun sonucu budur ki,
mütləq xeyir, artıq özündə və özü üçün gerçəkləĢmiĢdir və onu gözləmək lazım deyil. Bu illüziya ilə biz yaĢayıırq, eyni
zamanda onun özü bizi fəaliyyətə təhrik edir, dünya ilə maraqlanmağa məcbur edir. Ġdeyanın özü öz prosesində bu
illüziyanı yaradır, baĢqa bir Ģeyi özünə qarĢı qoyur və onun fəaliyyəti bu illüziyanı aradan qaldırmaqdan ibarətdir.
Həqiqət yalnız bu illüziyadan, bu yanılmadan doğur və yanılma ilə, sonluluqla barıĢıq da bundan ibarətdir. Özgəvarlıq
və ya aradan qaldırılmıĢ yanılma yalnız özünü öz sonucu etdikdə mövcud olan həqiqətin zəruri momentidir.
C
ĠDEYA
§ 213