Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə51/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
161 
 
Mühazirə konspekti isə mühazirə kursunun əsas müddəaları-
nı əhatə edir. Daha çox yeni fənnə dair və dərsliyə əlavə kimi ha-
zırlanır.   
Köməkçi nəĢrlər arasında müntəxəbatları və oxu üçün kitab-
ları xüsusi qeyd etmək lazımdır. Müntəxəbat dərsliyin məzmunu-
nu  açan  nəĢrdir.  Oxu  üçün  kitablar  isə  əsasən  xarici  dilləri  öyrə-
nənlər üçün nəzərdə tutulmuĢdur.  
Praktikumlara tapĢırıqlar, məsələlər, yoxlama iĢlərinin məc-
musu daxildir. Burada əsas yeri özünüyoxlama sualları və tapĢırıq-
ları tutur. Çox vaxt praktikumları metodiki göstəriĢlərə aid edirlər.  
 
Tədris ədəbiyyatının aparatının redaktəsi 
 
Tədris  ədəbiyyatı  nəzəriyyəsində  aparatın  üç  növünü  fərq-
ləndirirlər:  
1.
 
istiqamətləndirici aparat;  
2.
 
materialın mənimsənilməsini təĢkil edən aparat;  
3.
 
nəĢri bütünlükdə təkmilləĢdirən aparat. 
İstiqamətləndirici aparata müqəddimə, qeyd, nəticə, biblio-
qrafik material, göstərici, əlavə, lüğət, ixtisarlar siyahısı, Ģərti iĢa-
rələr siyahısı, rubrikasiya daxildir. 
Materialın  mənimsənilməsini  təĢkil  edən  aparat  (metodik 
aparat) sualları, çalıĢma və tapĢırıqları əhatə edir. 
Nəşri bütünlükdə təkmilləşdirən aparat digər növ ədəbiyyat-
ların aparatına oxĢayır. Amma özünəməxsus cəhətləri də mövcud-
dur. 
Tədris  ədəbiyyatının  aparatı  üzərində  redaktor  iĢinin  əsas 
istiqamətlərinə diqqət yetirək.  
Ġstiqamətləndirici  aparatın  vəzifəsi    oxucunun  bilik  əldə  et-
məsinə kömək etmək və ondan effektiv istifadəni təmin etməkdir. 
Ġstiqamətləndirici aparatın elementləri oxucuda öyrənilən predme-
tə maraq oyatmalıdır. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
162 
 
Aparatın  elementlərinə  müqəddimə,  qısa  əlavə,  izah,  əsas 
mətnə  dəqiqləşdirmə,  şərh,  nəticə  daxildir.  Bu  materialların  məz-
mununu analiz edərkən əsas diqqəti təĢkilati-metodik hissəyə ayır-
maq  lazımdır.  Müqəddimədə  öyrənilən  fənnin  məntiqini  açmaq, 
onun  əsas  və  çətin  aspektlərini  izah  etmək,  digər  mənbələrdən 
əlavə informasiya almaq mümkünlüyünü göstərmək lazımdır. Mü-
qəddimədə  fənnin  vacib  cəhətlərinə  müəllif  mövqeyinin  xarak-
teristikası, sözügedən fənnin digər fənlərin öyrənilməsinə təsiri və 
s.  qeyd  olunur.  Müqəddimədə  həm  də  tədris  ədəbiyyatından  isti-
fadə qaydaları haqqında da məlumat verilməlidir.  
Redaktor  müqəddiməni  nəzərdən  keçirərkən  kursun  bütün-
lükdə xarakteristikasının dürüstlüyünü, müəyyən həcmdə informa-
siyanı  qavramaqda  bu  nəĢrin  rolunu  qiymətləndirməlidir.  Kursun 
öyrənilməsi  istiqamətinə  söykənərək  müqəddimənin  metodik  as-
pektlərini qiymətləndirmək lazımdır.  
Qısa əlavələr, izah, əsas mətnə dəqiqləĢdirmə, Ģərh və nəti-
cəyə  redaktor iki müstəvidə baxır: əsas mətnlə  əlaqə və şərhlərin 
yerləşdirilmə düzgünlüyü  (mətn  daxilində, sətr  altında  və  ya  mət-
nin sonunda). 
Tədris kursunu tamamlayan nəticə həm də metodik xarakter 
daĢıyır.  Nəticə  oxucuda  əldə  olunmuĢ  bilikləri  yekunlaĢdırmaq 
üçün nəzərdə tutulur. Redaktor kitabın oxucu dairəsini nəzərə ala-
raq, nəticəni analiz etməlidir. Bu zaman redaktor nəticənin kurs ilə 
əlaqəsini üzə çıxarmalıdır.  
Materialın  mənimsənilməsini  təĢkil  edən  aparat  tədris  ədə-
biyyatının və  didaktik  sistemin əsas  hissəsidir  və sualları,  məĢğə-
lələri, tapĢırıqları əhatə edir. 
Metodik aparat məktəb dərslikləri üçün xüsusilə vacibdir. Bu 
aparatın  məqsədi  dərslikdə  yer  alan  materialın  əlavə  iĢlənməsini 
təmin  etmək,  oxucunu  sərbəst  Ģəkildə  yoxlamaq,  nəzəri  bilikləri 
praktikaya tətbiq etməkdir. 
Metodik  aparatın  düzgün,  dəqiq  iĢlənilməsi  məsuliyyəti 
müəllifin üzərinə düĢür. Bu aparatın hazırlanması zamanı əsas cə-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
163 
 
hət oxucunun bilik və imkanlarını nəzərə almaqdır. Redaktor sual 
və məsələlərin qiymətləndirilməsinə formal yanaĢmamalıdır. Apa-
ratın  bu  elementi  həm  də  fənnin  xüsusiyyətləri  ilə  müəyyən  olu-
nur.  Ġlk  baxıĢda  elə  görünə  bilər  ki,  müəlliflər  sualları  müxtəlif-
ləĢdirməlidirlər.  Ancaq  vəsaitin  predmeti  bütünlükdə  konkret 
praktikaya istiqamətləndirilmiĢdir. 
Redaktor  müəlliflə  birlikdə  aparatın məqsədini müəyyənləĢ-
dirərkən fənnin xüsusiyyətlərini  nəzərə almalıdır.  
Annotasiya  mündəricat,  məqsəd  təyinatı,  oxucu  auditoriyası 
nöqteyi-nəzərindən  nəĢrin  qısa xarakteristikasını  əks  etdirir.  NəĢ-
rin seçilməsində, reklam kampaniyasının təĢkilində annotasiyadan 
istifadə olunur.  Ona  görə də buradakı informasiyalar  tövsiyəedici 
xarakter daĢıyır.  
 
Dərsliklərin nəşrə hazırlanması 
 
Dərslik  fənnin  məzmununa  aid  ən  zəruri  elmi-nəzəri  mate-
rialları əhatə etməklə yanaĢı, həm də tədris prosesinin ümumi sis-
temini  istiqamətləndirir. Dərsliyin  hazırlanması  elmi,  intellektual, 
texniki və  bütövlükdə  yaradıcı xarakterli mürəkkəb prosesdir.  Bu 
proses 3 istiqamətdə gedir:  
dərsliyin layihələĢdirilməsi;  
dərsliyin yazılması;  
dərsliyin istehsalı
156
.  
Bu fazaların hər biri də müxtəlif mərhələləri əhatə edir. Belə 
ki,  dərsliyin  layihələşdirilməsi  zamanı  yeni  dərsliyə  tələbat  öyrə-
nilməli,  layihə,  tədris  prosesinin  konsepsiyası,  dərsliyin  məzmun 
və  strukturu,  proqrama  uyğunluğu  müəyyənləĢdirilməli,  material-
lar toplanmalı, nümunə üçün bir fəsil yazılmalı, dərsliyin struktur 
quruluĢunun mövcud tədris proqramına uyğunluğu öyrənilməlidir. 
                                                           
156
 Dərslik necə olmalıdır / tərcümə ed. N.Qaramanlı, A.Həsənov və G.Məmmə-
dova. - Bakı: 2003, s.4.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə