Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
176 
 
klassik  uĢaq  ədəbiyyatı  nümunələrindən  bəhrələnmək,  xarakterik 
nümunələri  dərsliklərə  salmaq  çox  yaxĢıdır.  Ancaq,  XXI  əsr 
uĢağının tələbatını  XIX  əsrdə  yazılan ədəbi  nümunələrlə ödəmək 
müĢkül  məsələdir.  Müasir  anlamda  klassik  uĢaq  ədəbiyyatı 
nümunələrimizin  əksəriyyətinin  dili,  mövzu  və  problematikası, 
onun  bədii  həlli  bugünkü  dövrün  tələblərinə  o  qədər  də  cavab 
vermir.  Bizdən  əvvəl  yarananların  ən  yaxĢı  cəhətlərindən 
bəhrələnməli,  ədəbiyyatımızı  yeni  istiqamətdə,  bu  günün  reallığı 
kontekstində inkiĢaf etdirməyə çalıĢmalıyıq”
168
.   
UĢağın  qavraya  biləcəyi  Ģəkildə  təsvir  olunmuĢ  gerçəkliyi 
əhatə  edən  (insan,  dünya,  təbiət  və  s.  haqqındakı)  bilik  və 
təsəvvürləri uĢaq ədəbiyyatının predmeti saymaq olar.  
UĢaq  ədəbiyyatının  spesifikliyi  bədii  formanın  aydınlığı  və 
dilin  sadəliyidir.  Burada  bədii  obraz  da,  onun  daxili  aləmi  də, 
danıĢıq  və  hərəkətləri  də  inandırıcı  olmalıdır.  UĢaq  kitabında 
dünya, həyat haqqında sadə Ģəkildə danıĢılmalı, qeyri-adilikləri ilə 
maraq  doğurmalı,  cəlbedici  olmalıdır.  Bu  cəlbedicilik  zahiri 
xarakter daĢımamalıdır.  
UĢaq və yeniyetmələrin kitabla ünsiyyətinin baĢlıca xüsusiy-
yətləri  yaĢla  müəyyən  olunur.  NəĢriyyat  praktikasında  ənənəvi 
olaraq uĢaqları dörd yaĢ kateqoriyasında fərqləndirirlər:  

 
məktəbəqədər (3-7),  

 
kiçik məktəb yaĢı (8-11),  

 
orta məktəb yaĢı (11-14),  

 
yuxarı məktəb yaĢı (14-18).  
Bu  qrupların  hər  birinin  xüsusiyyətini  yaxĢı  bilmək  müəllif 
və redaktor üçün çox vacibdir.  
UĢaqların inkiĢafında və təhsilində önəmli yeri tutan kitablar 
yaĢ kateqoriyasına görə fərqli özəlliklərə malik olur.  
                                                           
168
 Yusifoğlu R. Azərbaycan uĢaq ədəbiyyatının yaranmasında varislik prinsipi 
//  Türk  xalqları  ədəbiyyatı.  Beynəlxalq  uĢaq  ədəbiyyatı  konqresi  materiallar. 
Bakı: 2008, II kitab, s. 181. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
177 
 
Məktəbəqədər  yaĢlı  uĢaqlar  üçün  kitablar  balacaların  baĢa 
düĢdüyü problematikanın  əsasında qurulur, onların  anladığı  dildə 
yazılır.  Bir  qayda  olaraq  bu  kitablar  böyüklər  tərəfindən  ucadan 
oxunur  və  onlardakı  qısa  mətn  illüstrasiyalarla  sıx  bağlı  verilir. 
Bəzən  isə  illüstrasiyalar  daha  çox  üstünlük  qazanır
169
.  Məktə-
bəqədər yaĢlı uĢaqlar üçün oyuncaq kitablar, hərəkət edən illüstra-
siyalar, cizgili və rəngli boyalarla bəzədilmiĢ kitablar, iĢıqlanan və 
danıĢan kitablar və s. xarakterik formalardır.  
UĢaq ədəbiyyatının tərbiyəedici və təhsilverici xüsusiyyətləri 
uĢaq  ədəbiyyatının  quruluĢunu  və  təsnifatını  müəyyənləĢdirir. 
UĢaq ədəbiyyatı aĢağıdakı yarımtiplərə bölünür: tərbiyəvi kitablar, 
əyləncəli kitablar, bədii kitablar.  
Tərbiyəvi  kitablar  əsasən  cəmiyyət,  onun  formalaĢması  və 
quruluĢ,  dünya  tarixinin  formalaĢması  və  s.  məsələlər  haqqında 
uĢaqlara  gərəkli  bilgilər  verməlidir.  Bu  kitablar  bədii,  elmi  və 
publisistik formada yazıla bilər.  
Elm və texnikanın sürətli inkiĢafı əyləncəli kitablara marağı 
artırmıĢdır.  Belə  kitablar  kiçik  yaĢlı  uĢaqlar  üçün  nəzərdə  tutulsa 
da, onları yuxarı yaĢ qrupları da maraqla oxuyurlar. Belə kitablar-
da  illüstrasiyalara  geniĢ  yer  verilir.  Bu  da  predmeti  oxucunun 
əyani Ģəkildə qavramasına müsbət təsir edir. 
Bu sahədə uĢaqlar üçün məlumat ədəbiyyatı, xüsusilə ensik-
lopediyalar  mühüm  yer  tutur.  UĢaq  ensiklopediyaları  hazırda 
bütün dünya ölkələrində tirajına və ad göstəricisinə görə ən geniĢ 
yayılan kitablar siyahısına daxildir.  
UĢaq ədəbiyyatının  yazıçı və tərcüməçiləri bu ədəbiyyatdan 
bir pedaqoji vasitə kimi istifadə etməyə meyillidirlər. Baxmayaraq 
ki,  uĢaq  ədəbiyyatının  ümdə  vəzifəsi  uĢaqları  əyləndirmək  və 
onları  tərbiyə  etməyə  xidmət  etməlidir.  Bu  günlər  bu  ədəbiyyat 
                                                           
169
 GeniĢ məlumat üçün bax: YaĢar M., Yazıcı Z. Erken çocukluk dönemi çocuk 
kitaplarında  biçimsellik  (metin,  dil  ve  resimleme)  //  Türk  xalqları  ədəbiyyatı. 
Beynəlxalq  uĢaq  ədəbiyyatı  konqresi  materiallar.  Bakı:  2008,  II  kitab,  s.  936-
940. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
178 
 
vasitəsilə  uĢaqlar  müəyyən  bir  ideologiya  içərisinə  sürüklənir  və 
onlara bəzi dəyərlər qəbul etdirilməkdədir. Bunun əsas səbəbi isə, 
uĢaqların  dünyagörüĢünün  onlardan  yaĢca  böyük  insanlardan  az 
olması və əsasən oxuduqlarına inanmalarıdır. 
UĢaqlar üçün dünya klassiklərinin əsərlərinin böyük əksəriy-
yəti tərcümə edilir və iĢıq üzü görür. UĢaq ədəbiyyatının tərcüməsi 
problemlərini  araĢdıran  N.Əliyeva  yazır:  “UĢaq  ədəbiyyatının, 
eləcə  də  tərcümə  edilmiĢ  uĢaq  ədəbiyyatının  gənc  oxucuya  təsir 
göstərə biləcək böyük gücü vardır. Bu gücdən uĢaqların dünyagö-
rüĢünü və dözümlülüyünü artırmaq və  ya azaltmaq və onlara  hər 
hansı dünyagörüĢünü aĢılamaq üçün istifadə oluna bilər”
170

N.Əliyeva qloballaĢmanın inkiĢafının yer kürəsinin müxtəlif 
hissələrində yaĢayan uĢaqlara digər ölkələr haqqında daha çox mə-
lumat əldə etmə və baĢqa mədəniyyətlərlə tanıĢ olmaq imkanı ver-
diyini qeyd edir. Lakin belə olan halda üç sual ortaya çıxır: 
1. uĢaq ədəbiyyatı tərcüməsində əcnəbi mədəniyyətin təlqin 
edilməsi nə dərəcədə yaxĢı fikirdir? 
2. bu təlqinetmə uĢaqların dünyagörüĢünü inkiĢaf etdirəcək-
mi? 
3.  uĢaqlar  əcnəbi  mədəniyyətin  yayılmasını  öz  mədəniy-
yətləri ilə müqayisədə necə qəbul edirlər.    
UĢaqların  qeyri-mükəmməl  dil  biliklərini  və  danıĢıq  qa-
biliyyətlərini  nəzərə  alaraq  deyə  bilərik  ki,  tərcüməçilər  uĢaq 
ədəbiyyatının tərcüməsi zamanı çox böyük çətinliklərlə üzləĢirlər. 
Bundan  baĢqa,  yerli  mədəniyyətlə  sıx  əlaqədə  olan  və  yalnız 
müəyyən  bir  xalqın  mədəniyyətinə  xas  olan  söz  və  ifadələrlə 
zəngin  olan  sehrli  uĢaq  ədəbiyyatının  tərcüməsi  zamanı 
tərcüməçilər  bəzən  bu  tip  dilemmalar  qarĢısında  qalırlar:  görəsən 
müəyyən  xalqın  mədəniyyətinə  xas  olan  bu  sözləri  tərcümə 
                                                           
170
  Əliyeva  N.  UĢaq  ədəbiyyatının  tərcüməsi  –  kim  nəyi  kimlər  üçün  tərcümə 
edir?  //  Türk  xalqları  ədəbiyyatı.  Beynəlxalq  uĢaq  ədəbiyyatı  konqresi 
materiallar. Bakı: 2008, II kitab, s. 929. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə