Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
65 
 
3.
 
Klassik abidələrin bir nüsxə əsasında nəĢr edilməsinin baĢ-
lıca  məqsədi  dilçilik  məsələlərinin  öyrənilməsi  zərurətin-
dən meydana gələ bilər.  
4.
 
Ayrı-ayrı  tarixi  sənədlərin  tərcüməsi  ilə  birlikdə  onların 
faksimilesi də nəĢr edilir. Belə nəĢrlər tarixi sənədlərin təd-
qiqatçı  tərəfindən  düzgün  oxunub-oxunmaması,  müxtəlif 
xarakterli istilahların tərcüməsinin nə dərəcədə düzgün ve-
rildiyini yoxlamaq məqsədilə həyata keçirilir.  
Məsələn, Prof. A.Musayeva “Türkiyədə yaranan Azərbay-
can  ədəbiyyatı  və  Xəlilinin  “Firqətnamə”si  (2010)  adlı  kitabında 
Xəlili irsinin tədqiq tarixini araĢdırmıĢ, elmi-paleoqrafik və teksto-
loji-filoloji  baxımdan  tədqiqata  cəlb  etmiĢ,  “Firqətnamə”nin  2 
Sankt-Peterburq, 1 Berlin  və 2  Ġstanbul  əlyazması əsasında trans-
foneliterasiyasını vermiĢ və sonda ilk dəfə olaraq əsərin ən dəyərli 
nüsxəsi hesab olunan Ġstanbul Millət kitabxanasındakı nüsxəsinin 
fotofaksimilesini təqdim etmiĢdir.   
F.e.n.  P.Kərimovun  “Əlican  Qövsi  Təbrizi  “Divan”ının 
tekstoloji  tədqiqi,  Təbriz  nüsxəsinin  fotofaksimilesi”  (2006)  adlı 
əsəri  də  faksimile  nəĢrlərə  nümunə  ola  bilər.  Tədqiqtçı  burada 
Qövsi  Təbrizinin ana dilində bağladığı  divanının  tekstoloji tədqi-
qini  aparmıĢ  və  elmi-tənqidi  mətninin  tərtib  prinsiplərini  Ģərh  et-
miĢ, eləcə də elmi-tənqidi mətn tərtib ediləndən sonra əldə edilmiĢ 
Təbriz nüsxəsinin fotofaksimilesini daxil etmiĢdir. Təbriz nüsxəsi-
nin nəĢrə əlavə edilməsi “Divan”ın elmi-tənqidi mətninin gələcək-
də daha da təkmilləĢdirilməsinə kömək etmək məqsədi daĢıyır.   
Son  illərdə  nəĢr  olunmuĢ  bəzi  kitablarda  qüsurlara  da  rast 
gəlirik. Belə ki, hər hansı bir əlyazmanın faksimilesi nəĢr olunar-
kən kitaba çox qısa ön söz yazılır və bundan sonra əsərin faksimile 
mətni verilir. MətnĢünaslıq nəzəriyyəsi və təcrübəsində bu, yolve-
rilməzdir. Faksimile nəĢrə ən azından əsər, yer, Ģəxs adları göstə-
ricisinin  daxil  edilməsi,  əlyazmanın  mündəricatının  hazırlanması 
vacib Ģərtlərdəndir.    


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
66 
 
Diplomatik nəşrlər faksimile nəĢrdən fərqli olaraq əlyazma-
nın  fotosurəti  deyil,  mətnin  müxtəlif  vasitələrlə  (kompüter  və  s.) 
yığılmıĢ  formasını  əhatə  edir.  Diplomatik  nəĢrlərin  elmi  əhəmiy-
yəti  ondan  ibarətdir  ki,  tədqiqatlara  söykənərək  hazırlanmıĢ  düz-
gün  mətn  hazır  material  olaraq  gələcək  tədqiqatçıların  ixtiyarına 
verilir
95
.  K.ġərifli  diplomatik  nəĢrlər  üçün  hazırlanmıĢ  aparatın 
faksimile  nəĢri  ilə  müqayisədə  daha  mürəkkəb  olduğunu  yazır. 
Belə  ki,  mətnĢünas  nəĢrə  yazdığı  müqəddimədə  nəĢr  üçün  əsəri 
hansı prinsipə əsasən seçdiyini, onun mətni üzərində apardığı araĢ-
dırmalarda  hansı  üsullara  söykəndiyini  iĢıqlandırmalıdır.  Sonda 
abidənin müfəssəl tekstoloji təsviri verilməlidir.  
Akademik  nəşr  klassik  mətnlərin  elmi-tənqidi  yolla  hazırla-
nan nəĢrinin ali formasıdır. Akademik nəĢr yazıçının bütün yaradı-
cılıq irsini tam əhatə edir, onun əsərlərinin əsl müəllif mətnindən 
ibarət  olur. Bu nəĢrdə  yazıçı mətninin öyrənilməsinin müasir və-
ziyyətini əks etdirən və həmin nəĢri hazırlamıĢ mətnĢünasların iĢi-
ni  səciyyələndirən  müqəddimə,  çoxcəhətli,  dərin  elmi  izahlar, 
Ģərhlər, qeydlər, göstəricilər və s. verilir
96
.     
Prof. Ġ.Vəliyev də akademik nəĢrin klassik yazıçıların bütün 
əsərlərini  əhatə  etdiyini,  elmi  nəĢrdə  isə  bütün  əsərlər,  yaxud 
müəyyən bir əsərin bütöv izahlarla, əlyazmanın faksimilesi ilə bir-
likdə nüsxə fərqləri  və b. birgə buraxıldığını  yazır. Kütləvi nəĢr-
lərdə isə bu qədər bilgilər verilmir. GeniĢ oxucu kütləsinin tələbatı 
və imkanları nəzərə alınır, mətnlə  yanaĢı, çətin sözlərin lüğəti də 
kitaba salınır
97
.   
 Şərti mətnşünaslıq  işarələri.  Prof. D.Lixaçov  mətnĢünaslıq 
iĢarələrini aĢağıdakı Ģəkildə sistemləĢdirərək təqdim etmiĢdir
98

Tərtibçi və ya naĢirin mətnə əlavə etdiyi hər hansı bir hissə, 
mətndəki redaktə qeydləri, konyektura düzəliĢləri, nüsxə fərqləri-
                                                           
95
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 297. 
96
 Mirəhmədov Ə.ƏdəbiyyatĢünaslıq. Ensiklopedik lüğət. Bakı: 1998, s. 13. 
97
 Vəliyev Ġ. Ġnsan həyatda və sənətdə. - Bakı: 1998, s. 245. 
98
 Лихачев Д. Текстология (краткий очерк). - Москва: 1964, с. 73. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
67 
 
nin hərflərlə səhifə altında əksi, sətiraltı qeydlərdə redaktor müla-
hizələri və s. kursivlə yazılır. 
Əlyazmada qırmızı rənglə yazılmıĢ hərf, söz və sətirlər nəĢr-
də yarıyağlı şriftlərverilməlidir;  
< > - bucaqlı və ya əyilmiĢ mötərizələr təxmin olunan mətn-
lərdə istifadə edilir. Bərpa olunmuĢ mətn  və konyekturalar üçün 
həmçinin kursivdən istifadə olunur; 
<  ...  >  -  bucaqlı  mötərizə  içərisində  üç  nöqtə  mətndə  ötür-
mələrin olduğunu bildirir
[ ]  –  kvadrat  mötərizələr əlyazmada üzərindən xətt çəkilmiĢ 
mətni göstərmək üçündür; 
[ ]* - üzərində ulduz iĢarəsi olan kvadrat mötərizə  üzərindən 
xətt  çəkilmiĢ  və  ya  təxmin  olunan  oxunun  bərpasını  göstərən 
iĢarədir; 
| - Ģaquli xətt sətirdən – sətirə keçməni göstərmək üçün isti-
fadə edilir; 
||  -  iki  Ģaquli  xətt  səhifədən  –  səhifəyə  keçməni  göstərmək 
üçün  istifadə  olunur.   HaĢiyədə  və  ya  iki  Ģaquli xətdən  sonra  adi 
mötərizədə mətnin davam etdiyi səhifə göstərilir. 
K.ġərifov müasir Azərbaycan mətnĢünaslığında “Ģərti mətn-
Ģünaslıq  iĢarələri”  anlayıĢnın  mövcud  olmadığını  və  tədqiqatçıla-
rın  tədqiq  edilən  mətnin  əlyazma  nüsxələrini  və  nüsxə  fərqlərini 
göstərən  Ģərti  iĢarələri  sadəcə  olaraq  ixtisarlar  adlandırdıqlarını 
qeyd edir
99

 
Klassik ədəbiyyatın soraq-məlumat aparatı 
 
Elmi-tənqidi  mətnlərin  soraq  məlumat  aparatını  bu  Ģəkildə 
sistemləĢdirmək mümkündür: 
arxeoqrafik giriĢ; 
mətnĢünaslıq tədqiqatı və mətnin çatdırılması qaydaları; 
                                                           
99
 ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. - Bakı: 2011, s. 288. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə