Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
208
mətn üzərində bələdçi rolunu oynayır. Məsələn, baĢlıqlar bu
elementlərə aid edilir. Bu elementlər adətən ″köməkçi
elementlər″ adlandırılır
182
.
BuraxılıĢ məlumatları – çıxıĢ məlumatlarının bir hissəsi
olub, nəĢrin yaradıcı-texniki xarakteristikasını verir, kitabın isteh-
sal tarixini, çap olunduğu mətbəə və nəĢriyyat haqqında məlumat-
ları özündə əks etdirir. BuraxılıĢ məlumatlarına aiddir: nəĢriyyat
fəaliyyətinə dair lisenziya nömrəsi, verilmə tarixi, formanın yığı-
ma verilmə tarixi, çapa imzalanma tarixi, format, kağız növü və
nömrəsi, qarnitur, çap üsulu, fiziki çap vərəqi, uçot-nəĢriyyat vərə-
qi, tiraj, səhifə sayı, poliqrafiya müəssisəsinin formaya dair sifariĢ
nömrəsi, nəĢriyyat və mətbəənin adı, ünvanı, nəĢrin ili və s. Bu sa-
dalanan elementlərə heç də həmiĢə təkrar nəĢrlərdə rast gəlinmir.
Təkrar nəĢrlərin Ģərhi üzərində iĢləyərkən redaktor əvvəlki nəĢrin
müsbət təcrübəsindən geniĢ istifadə etməlidir. Digər tədqiqat-
çıların göstərdiyi faktı araĢdırarkən mütləq onların müəlliflərini
göstərmək lazımdır.
ġərhlərin tərtibi zamanı iki problem yarana bilər. Onlardan
biri budur ki, mətn quru protokol Ģərhləri ilə müĢayiət oluna bilər.
Belə Ģərhlər bədii obrazların özunəməxsusluq və gözəlliyini anla-
mağa mane olur. Digər təhlükə isə ondadır ki, müəllif mətni sər-
bəst və subyektiv Ģərhlərə meyilli ola bilər. NəĢri Ģərh edən Ģəxs
oxucuya əlçatmaz faktları dəqiq təqdim etməlidir.
Çünki bu faktla-
rı dəqiq mənimsəmədən baĢa düĢmək qeyri-mümkündür. ġərhçi
daima əsərin bu və ya digər yerində subyektiv Ģərh təhlükəsi qarĢı-
sında durur. Subyektiv qərar nə qədər qaçılmaz olsa belə, verilmiĢ
Ģərh materialın subyektivliyi və mövcud ifadələrin akademik dol-
ğunluğu ilə seçilməlidir.
182
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. -
Москва, Издательство МГУП., 2002, 468 с.
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html